"Bakı"nın çempionluq ümidləri rəsmən bitdi

 
"Bakı"nın çempionluq ümidləri rəsmən bitdi

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Əvvəl ikinci, sonra ilk “altılıq” komandaları meydana çıxıb. Uzun fasilədən sonra doğma publika önünə çıxan “Gəncə”nin baş məşqçisi Mehman Allahverdiyev bu dəfə də qələbəyə həsrət qalıb. Onun yetirmələri “Muğan”la görüşdə yalnız penalti sayəsində məğlubiyyətdən qaçıb.

Bir gün əvvəl məhz penalti ilə 1 xal qazanan “Neftçi”nin büdrəməsindən isə yararlanan olmayıb. Belə ki, liderin ən yaxın izləyiciləri “Qarabağ”la “Xəzər Lənkəran” kimin güclü olduğunu müəyyənləşdirə bilməyib – 0:0.

Turun ikinci paytaxt derbisi isə Şüvəlandakı yeni AZAL stadionunda keçirilib. “Bakı”nı qəbul edən “təyyarəçilər” eyniadlı stadionun açılışını qələbə ilə qeyd edib. Bununla da AZAL günün yeganə komandası du ki, 3 xal qazanıb. “Təyyarəçilər” həm də ilk “altılıq” komandaları arasında turun qələbə qazanan tək komandası olub. Aleksandr Starkovun yetirmələrinin isə qızıl medallara nəzəri şansları da tükənib. Belə ki, sona 6 tur qalmış bakılılar liderdən 21 xal geri qalır. “Bakı” 1-ci “altılıq”da çempionluqdan rəsmən əli üzülən ilk komanda olub. Qeyd edək ki, “təyyarəçilər”lə oyunda yalnız qələbə “Bakı”nın 1-ci yerə nəzəri şanslarını saxlayacaqdı.


10 aprel
“Gəncə” – “Muğan” - 1:1
QOLLAR: Sabir Allahquliyev, 67-p. - Taqim Novruzov, 51
Gəncə. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 3:0


“Qarabağ” – “Xəzər Lənkəran” - 0:0
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 2:1

AZAL – “Bakı” - 1:0
QOL: : Gennadi Bliznyuk, 45+1
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
Təsnifat mərhələsindəki oyunlar – 3:2, 0:0

1 Neftçi 26 16 8 2 45-11 56
2 Xəzər L 26 14 8 4 29-14 50
3 Qarabağ 26 15 4 7 33-16 49
4 AZAL 26 12 9 5 30-17 45
5 İnter 26 12 6 8 26-21 42
6 Bakı 26 9 8 9 29-24 35

***

7 Qəbələ 26 10 9 7 25-17 39
8 Muğan 26 8 8 10 19-27 32
9 Gəncə 26 5 11 10 25-31 26
10 Turan 26 6 6 14 20-37 24
11 Simurq 26 3 6 17 15-40 15
12 MOİK 26 2 5 19 9-50 11

Bombardir: Bahodir Nasimov ( Ne
ftçi ) – 15.


Geri dön

only-girl

  • 11 aprel 2011 20:27
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
tşk maraqlidir

--------------------

_RONALDO_

  • 11 aprel 2011 19:49
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
QARABAG YEK

--------------------

SUADA_M

  • 11 aprel 2011 05:11
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
TWK wink

--------------------

nilayka

  • 10 aprel 2011 23:59
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk

--------------------

romantik_awk

  • 10 aprel 2011 23:49
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
hihihi BAKIYA YAXWI YOL wink

--------------------

xezerlenkeran

  • 10 aprel 2011 23:47
  • Məqalə: 1
  • Şərh: 281
  • Bal:
{awards}
cempionluq ve kubok XEZER LENKERANİNDİR wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}