Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı sürücülük vəsiqələri alınmayacaq

 
Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı sürücülük vəsiqələri alınmayacaq

Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar sürücülük vəsiqələri alınmır. Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Əliyev bildirib ki, Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında Prezidentin fərmanına müvafiq olaraq, bu qaydanın tətbiqinə martın 14-dən başlanıb.

Şöbə rəisinin sözlərinə görə, bu sərəncama qədər qüvvədə olan qanunvericiliyə görə, inzibati xəta törətmiş şəxslərdən sürücülük vəsiqəsi balla qiymətləndirilən qayda pozuntuları zamanı polis əməkdaşları tərəfindən alınırdı.

Şöbə rəisi bildirib ki, Azərbaycan Prezidentinin 14 fevral tarixli sərəncamının tələblərinə uyğun olaraq, yol polisi əməkdaşları inzibati xəta törətmiş şəxslərdən sürücülük vəsiqələrini İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda alırlar.

“Yeni qaydalara görə, sürücülük vəsiqəsi yalnız sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan qayda pozuntuları törədildiyi halda alınmalıdır. Yəni sürücü yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkəmənin qərarı ilə onun sürücülük hüququ məhdudlaşdırıldıqda, yaxud da törətdiyi sonuncu inzibati xətaya qədər onun 7 və daha artıq balı olarsa və onun sonuncu törətdiyi xəta balla qiymətləndirilərsə, sürücülük vəsiqəsi alınır”, – Əliyev vurğulayıb.

Onun sözlərinə görə, digər hallarda inzibati xəta törədən sürücü barədə inzibati protokol tərtib olunur və sürücü cərimələnir. Sürücü qərar qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni ödəməlidir.

Əliyevin sözlərinə görə, bundan sonra sürücülər cəriməni yalnız bank və ya plastik kart vasitəsilə ödəyəcək.

“POS-terminallardan cərimənin ödənilməsindən sonra qəbzin iki nüxsəsi veriləcək. Onlardan biri qaydanı pozan şəxsə təqdim edilir, digər orijinal çek isə tərtib olunmuş inzibati protokola bərkidilir”, – şöbə rəisi deyib.

Əliyev bildirib ki, yol polisinin Mərkəzi Məlumat Bazasında hər bir sürücü və onun törətdiyi inzibati xəta barəsində məlumatlar toplanıb. Sürücülər cəriməni qanunda nəzərdə tutulan müddətdə ödəmədikdə, məlumat bazasında bu barədə məlumatlar yerləşdiriləcək.


Geri dön

YazYamuru

  • 5 may 2011 02:45
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
HHHMMM BELE DEEEEEEEEEE recourse wink
SAGOL MELUMAT UCUN~~~~~~~~~~~~~

--------------------



sevgi yalandir

  • 13 aprel 2011 19:17
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
xebere gore twkler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Lexikon

  • 11 aprel 2011 22:06
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
serhleriniz ucun twk

only-girl

  • 11 aprel 2011 20:32
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
tşk maraqlidir

--------------------

_RONALDO_

  • 11 aprel 2011 19:40
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
LAP YAXSI UZUMU POLISLERE TUTUB DEYIREM: tongue tongue tongue

--------------------

nicat254

  • 11 aprel 2011 13:56
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
lap yaxsi wink tongue fellow

--------------------
nicat

Inciciceyi

  • 11 aprel 2011 11:43
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Illk werh menden twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}