Fransada daha bir çarşab qadağası

 
Fransada daha bir çarşab qadağası

Fransada bu gün müsəlman qadınların ictimai yerlərdə üzlərini qapamasını qadağan edən qanun qüvvəyə minir. Bununla da bu gündən etibarən Fransada yaşayan müsəlman qadınların ictimaiyyət arasında burqa, niqab və paranca kimi üzü örtən geyimlərdə olması qadağan edilir. Lakin qadınların evdə, mehmanxana otağında, iş yerlərində belə geyimlərinə qadağa qoyulmur.

Qadağanın pozulmasına görə 150 avro məbləğində cərimə nəzərdə tutulur. Bundan başqa, qanunu pozanlara layiqli vətəndaş kursu keçmək öhdəliyi qoyula bilər. Əgər ictimai yerlərdə qadını bu cür geyinməyə kiminsə məcbur etdiyi ortaya çıxarsa, həmin şəxs 30 min avro məbləğində cərimlənə və 1 il müddətinə azadlıqdan məhrum edilə bilər. Əgər məcbur edilən qadın azyaşlıdırsa, bu halda məcbur edənə qarşı həmin cəzanın iki qatı nəzərdə tutulur.

Müsləman qadınların heç də hamısı qanuna əməl etməyə hazırlaşmır. "Aprelin 11-də mənim həyatım yenə də paranca taxan Fransa vətəndaşı olaraq davam edəcək. Mən ictimai yerlərə, istədiyim hər yerə belə çıxacam. Nəticələr nə olur-olsun, parancamı çıxarmayacam", - deyə Fransada yaşayan müsəlman qadınlardan biri bildirib.

Qeyd edək ki, qanun ötən il oktyabrın 12-də Fransa prezidenti Nikolya Sarkozinin təşəbbüsü ilə qəbul edilib. Qanuna riayət edilməsinə nəzarəti hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirəcəklər. Lakin onların əksəriyyəti yeni qanunun ölkədə təhlükəsizliklə bağlı vəziyyətə təsir etməyəcəyini düşünür.

"Üzü örtən geyimin qadağan olunması, ola bilər ki, əhəmiyyətsiz bir qanun deyil. Lakin inanmıram ki, bu, Fransada terrorla mübarizədə əsas bəndlərdən birinə çevriləcək", - hüquq mühafizəçilərindən biri belə düşünür.

65 milyon əhalisi olan Fransada, rəsmi məlumatlara görə, azı 3000 qadın paranca geyinir.


Geri dön

toto_022

  • 16 aprel 2011 16:51
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
eh bu fransizlar

sevgi yalandir

  • 13 aprel 2011 19:05
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
xebere gore twkler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sss_gomes

  • 13 aprel 2011 15:48
  • Məqalə: 13
  • Şərh: 125
  • Bal:
{awards}
Menim bu meseleye qarsi fikrim beledir ki Avropanin merkezinde üzü baqli gezmek indiki dovrde cox tehlukelidir.Axi tam qapali carsabda olanda hardan bilesen ki bu uzunu gormediyin insanin carsabinin altinda hansi tehlukeli silah var.Men bu addimi cox normal qebul edirem.Bu menim subyektiv fikrimdir.O ki qaldi hicaba mence onlar hicaba qadaqa qoymayiblar ve eger hicaba qadaqa qoyarlarsa bu artiq cox pis davranis olar.

tunar_mamedov

  • 12 aprel 2011 12:06
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
tewhekkurler

only-girl

  • 11 aprel 2011 20:44
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tesekurler

--------------------

_RONALDO_

  • 11 aprel 2011 19:37
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TEKRARDI YENEDE

--------------------

munika

  • 11 aprel 2011 17:26
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
tewekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 53

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}