Canon Peşəkar Videokameralara 3D-video Çəkilişi Funksiyasını Əlavə Edib

 
Canon Peşəkar Videokameralara 3D-video Çəkilişi Funksiyasını Əlavə Edib

Kontentin stereoskopik təsviri texnologiyalarının uğurlu inkişafı üçün təkcə istehlak sektoruna aid müvafiq məişət texnikasının deyil, həm də 3D-kontent yaratmağa imkan verən qurğuların istehsalı vacibdir.

Son dövrlərdə çoxsaylı 3D rəqəmli kameralar meydana çıxsa da, onlar əsasən istehlakçılar üçün nəzərdə tutulmuşdur. Görünür, elə bu səbəbdən, Canon şirkəti peşəkar aparatlarda, məhz XF305 və XF300 videokameralarında bu müasir texnologiyanı tətbiq etməyə qərar vermişdir.

XF305 Və XF300 Videokameralarında 3D-Video Çəkilişi

Şirkət təqribən bir il öncə istehsal etdiyi bu modellərin yeni versiyasını deyil, onlar üçün xüsusi proqram təminatı təqdim etmişdir. Beləliklə də, XF305 və XF300 videokamera sahibləri pulsuz olaraq 3D rejimində video çəkmək funksiyasından yararlana biləcək. Amma bunun üçün eyni zamanda iki videokameradan istifadə etmək lazım gələcək.

Belə ki, Canon 3D Assist kamerasının xüsusi funksiyası 3D-video çəkilişi üçün kameraları sinxronlaşdırmağa imkan verir.

XF305 Və XF300 Videokameralarına Əlavə Edilmiş Digər İmkanlar

Bununla yanaşı, yeni proqram təminatı istifadəçiyə bir sıra digər imkanlar da verir. Məsələn, kontentin eyni zamanda iki kart yaddaşına yazılması (istifadəçinin videonun etibarlı şəkildə saxlanmasına dair narahatçılığı olduğu təqdirdə), birinci CF-kart dolduqda avtomatik olaraq ikincidən istifadə rejiminin söndürülməsi və videonun orientasiyasının (horizontal, şaquli və diaqonal) dəyişdirilməsi.

Qeyd edək ki, qurğular 4-dyüm maye-kristal displey, 0,52 dyüm videoaxtarıcı, daxili stereomikrofon, iki ədəd XLR audioslotu və DIGIC DV III prosessoru ilə təchiz edilmişdir. Video 1080p çözünürlükdə (MPEG-2 4:2:2 kodeki və 50 Мbit/s) çəkilir.

Videokameraların Dəyəri


XF305 və XF300 videokameralarının satış qiyməti müvafiq olaraq 8000 və 6700 dollardır


Geri dön

Lexikon

  • 11 aprel 2011 22:04
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
serhleriniz ucun tewekurler

only-girl

  • 11 aprel 2011 20:46
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
tesekurler

--------------------

_RONALDO_

  • 11 aprel 2011 19:36
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
bele olsa butun kinolar bu kamera ile cekilecek

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}