Ilk sevgi...

 
Ilk sevgi...

İlklərin sevgisi bir başqa olur... Heç zaman da unudulmur... Üstündən necə hadisələr keçsə belə ilk, elə ilk olaraq da qalır...
İlk addım, dediyimiz ilk söz, məktəbə ilk dəfə getdiyimiz gün, institutda ilk günümüz... Hər biri bizim həyatımızın ən özəl anlarıdır...

Ilk sevgi...

Amma bir ilk var ki, o daha başqadır bizim üçün... Bu ilk sevgidir... Birinə qarşı ilk dəfə hiss etdiyimiz bir şey. Qəribə bir həyəcan... Duyğularla, düşüncələrlə ifadə edilməyəcək qədər mükəmməl və mürəkkəb, amma yenə də gözəl bir hiss... Kimiləri üçün bu ilk elə son olaraq da qalır... Qarşılarına doğru bir insan çıxdığından sevgini başqasında axtarmağa ehtiyac da qalmır. Bu əsl xoşbəxtlikdir... Kimiləri üçünsə o, həqiqətən də bir ilk olaraq qalır. Amma yaddaşlara elə həkk olunur ki, heç vaxt xatirəndən çıxmır...

Ilk sevgi...Ilk sevgi...

Sevgi onsuz da gözəl bir hiss, fərqli bir duyğudur. Hələ onu ilk dəfə bir ilə yaşayırsansa, necə unuda bilərsən ki??? Yalansı, saf bir sevgiylə bağlanırsan ona...Həyatda birinin sənin üçün nə qədər önəmli olduğunu başa düşürsən... Çalışırsan ki, ona qarşı hisslərini ən gözəl şəkildə ifadə edəsən, sevgini ən gözəl şəkildə yaşayasan... Amma...Amma... O - Tanrının sənin üçün ilk sevgin olaraq göndərdiyi insan bütün həyatını paylaşacağın biri deyilsə, yaşanan hər şey geridə qalır... O keçirdiyin bütün hiss və həyəcanlar yerini qəribə bir hüzünə verir... Amma heç bir zaman unutmayacağın, qəlbinin bir hissəsində ömrünün sonunadək saxlayacağın qəribə bir hüzünə...

Ilk sevgi...

Bəs sizin necə??? Sizin də heç vaxt unutmayacağınız ilk sevginiz olub???

Ilk sevgi...


Geri dön

Mesume Memmedzade

  • 27 fevral 2011 16:10
  • Məqalə: 0
  • Şərh: 135
  • Bal:
sevgi yalandir menim ucun love

--------------------
Esqin ilk nefesi mentiqin son nefesidir

Dj_Tural

  • 15 oktyabr 2010 02:23
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
Evvela bele gozel xebere gore tewekkurler.ilk defe urekden sevdiyim 10cu sinifde oxuyarken olub ozumden 1 yaw balaca qizi sevmiwem bu sevgimiz 2 il davam edib amma axirda onun padruqasinin qisqancligi ucbatindan ayrilmiwiq.Cox heyif
recourse recourse recourse

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

STORM MEN

  • 23 avqust 2010 23:14
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Gözəl sözlərdi .twk

--------------------

STORM MEN

  • 10 avqust 2010 10:08
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Olmayıb olanda deyərəm

--------------------

Ulya

  • 24 iyul 2010 20:31
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Ilk sevgi... cox gozel xeberdi.heqiqeten cox xowuma geldi.cox sagol

Mr_Unlimited

  • 24 iyul 2010 17:09
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
ilk mehebetim olub. mekteb illerinde. 4 il sevmiwem. indiyedek yadimda. sinif yoldawim olub indide arada bir daniwiriq.))) sinif yoldawi kimi

DaMLa

  • 24 iyul 2010 00:19
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Sevgi... mehebbet barede hisslerimi istedim bu şeirle ifade edim =)


Yazırıq sevgiden, yazırıq ancaq,
Ele setirlerde alışırıq biz.
Mehebbet olubdur oyun-oyuncaq,
Hansı mehebbetden danışırıq biz... smile

Odlara qalanmaq öteri hissdir,
Kelmeler biçimli, sözler biçimli.
Çoxları diplomsuz mütexesisdir,
Eh, ürek aldatmaq bir su içimi...

Sevimmi?! Tereddüd qet ede bilmir,
Bezen itiririk inam, ümüdi.
Ürek var, duyğular feth ede bilmir ,
Ürek var, hendesi fiqur kimidir... tongue

Bir qelbe girende boyalı sözler,
Gören öz sözünü ürek dedimi?!
Axtarır, axtarır, axtarır gözler;
İşleyen bir saat kefkiri kimi...

Tebessümler saxta, söz qiymetlidir,
Yalanı yalanla alqışlayırlar.
Çoxları könülden sexavetlidir,
Her qıza bir könül bağışlayırlar... lol

Ele mehebbetden yazırıq ancaq,
Ele setirlerde alışırıq biz.
Mehebbet olubdur oyun-oyuncaq,
Hansı mehebbetden danışırıq biz... winked


P.S. Şeirin müəllifi men deyilem, haaa... bilmirəm kimdir.. amma çox doğru, çox gözəl ifadə edib... smile

--------------------

Yusif

  • 24 iyul 2010 00:13
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
cox solun xeberlere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}