Peyğəmbərdən (s) nəql olunan hədislər

 
Peyğəmbərdən (s) nəql olunan hədislər


Bir gün Peyğəmbər (s) bir yerdən keçirdi. Gördü ki, bir dəstə insan bir yerə yığışıb. Soruşdu: Nə olub? Dedilər: Burada biri var dəli olub, onu cin vurub. Buyurdu: Bu dəli deyil, xəstədir. İstəyirsinizmi ki, sizə həqiqi dəlinin kim olduğunu bildirim? Dedilər: Bəli, ey Allahın rəsulu! Həzrət (s) buyurdu: Həqiqi dəli o kəsdir ki, təkəbbürlə yol gedir, hamıya yuxarıdan baxır, o tərəf-bu tərəfə yekəxanalıqla dönür, günah edir, amma behişt arzusundadır, nə şərindən amandadırlar, nə də xeyrinə ümidvardırlar. Belə adam həqiqi mə’nada dəlidir.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Dördayaqlının öz sahibi boynunda altı haqqı var; elə ki, bir yerdə dayandı birinci gərək ona ot versin, suya çatanda birinci ona içirsin, üzünə vurmasın (çünki, Allaha təsbih deyir), dayanarkən belində oturmasın (yalnız Allah yolunda, yəni, cihad meydanında və s.) gücü çatdığı qədər yükləsin və ondan bacardığından artıq sürət tələb etməsin.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Ey müsəlmanlar, zinadan çəkinin! Zinanın altı cəzası var. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyada olan cəzaları bunlardır; gözəlliyi aradan aparar, fəqirlik gətirər və ömrü qısaldar. Axirətdə olan əzabları isə bunlardır; Allahın qəzəbinə səbəb olar, hesabı çətinləşdirər və əbədi atəşə səbəb olar.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Beş dəstə insan beş əmələ görə cəhənnəmə gedər; padşah zülmünə görə, çöl-biyaban camaatı təəssübünə görə, kənd sahibləri yalanlarına görə, tacirlər xəyanətlərinə görə, kəndlilər nadanlıqlarına görə və mütəfəkkirlər paxıllıqlarına görə.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Hər bir müsəlmanın digər müsəlman boynunda altı haqqı var; görüşən zaman salam vermək, dəvətini qəbul etmək, ona qarşı xeyirxah olmaq, ona nəsihət etmək, asqıran zaman ona “yərhəməkumullah” demək, xəstə olan zaman onu yoluxmaq, öləndən sonra dəfn mərasimində iştirak etmək.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Altı şey altı yerdə qəribdir; məscid namaz qılmayanlar arasında, Qur`an onu oxumayanların evində, Qur`an fasiqin qəlbində, müsəlman qadın dinsiz, zülümkar və bədxasiyyət ərin evində, müsəlman kişi əxlaqsız və alçaq qadının evində və alim sözünə qulaq asmayanların arasında.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Bir kişi Peyğəmbərə (s) ərz etdi: “Mənə elə bir əməl öyrət ki, onun vasitəsi ilə həm Allah, həm də bəndələri məni sevsin, var-dövlətim çox, bədənim sağlam, ömrüm uzun olsun və Qiyamət günü də səninlə məhşur olum.” Peyğəmbər (s) buyurdu: “Sənin bu istədiklərin altı şeyə bağlıdır. Ona görə də gərək həmin altı şeyə riayət edəsən. Allahın səni sevməyini istəyirsənsə Ondan qorx və təqvalı ol. Camaatın səni sevməsini istəyirsənsə onların malına tamah salma. Əgər istəyirsənsə var-dövlətin çox olsun çoxlu sədəqə ver. Bədəninin sağlam olmağını istəyirsənsə çoxlu oruc tut. Əgər uzun ömürlü olmaq istəyirsənsə qohumlarınla mehriban və xoşrəftar ol. Qiyamət günü də mənimlə məhşur olmaq istəyirsənsə Qəhhar Allah qarşısında çox səcdə et.”

Peyğəmbərdən (s) nəql olunan hədislər


Peyğəmbər (s) Əliyə (ə) buyurur: “Səni sevən hər bir kəs mömindir (yaxud səni möminlərdən başqa bir kəs sevməz.) Sənə düşmən olan hər bir kəs də münafiqdir.”

Peyğəmbərdən (s) nəql olunan hədislər


Mənim ümmətimə doqquz şeydən günah yazılmaz: Səhv, unutqanlıq, zorla məcburiyyət, qüdrəti çatmadığı şeydən ötrü, zərurət, ürəyə pis şey gəlmək (məqsəd budur ki, bu cür şeylərin, məsələn, səfərə çıxarkən qarşısında qara pişik keçməyin və s. bu kimi işlərin günahı bağışlanmışdır, lakin, bunlara etina etmək olmaz.) və qəlbə gələn vəsvəsələr, məsələn, hər hansı bir şəxs barədə pis fikirləşmək, bu da nə qədər ki dilə gəlməyib, günah hesab olunmaz.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Cabir deyir: “Bir gün Həzrət Peyğəmbərin (s) hüzurunda idim. Üzünü Əliyə (ə) tutub buyurdu: “Ey Əbəlhəsən! İstəyirsənmi ki, sənə bir müjdə verim?” Əli (ə) ərz etdi: “Bəli, əlbəttə, ya Rəsuləllah!” Peyğəmbər (s) buyurdu: “Elə indicə Cəbrail nazil olub Allah tərəfindən xəbər gətirdi ki, sənin şiələrinə doqquz imtiyaz verilib: ölüm zamanı rahatlıq və xoş münasibət, vəhşət zamanı qəlbi aramlıq, (axirət və qəbir) qaranlığından nur, (Qiyamət) qorxusundan amanda olmaq, əməllər haqq-hesab olunarkən fəzl və kərəm, Sirat körpüsündən asanlıqla keçmək, behiştə digər insanlardan qabaq daxil olmaq və nəhayət, nurları öndən və sağdan onlara doğru tələsər.”

Peyğəmbərdən (s) nəql olunan hədislər


Bir gün bir yəhudi öz dostuna dedi: “Gedək bu peyğəmbəri görək.” Dostu dedi: “Peyğəmbər demə. Çünki eşitsə öz-özünə fəxr edər.” Onlar Peyğəmbərin (s) hüzuruna gəlib soruşdular: “Doqquz açıq-aşkar hökmü olan ayə hansılardır? “Peyğəmbər (s) buyurdu: “Allaha şərik qoşmayın, israf etməyin, zina etməyin, Allahın möhtərəm bildiyini nahaqdan öldürməyin, günahsızı öldürmək üçün qoluzorluların çənginə verməyin, cadu ilə məşğul olmayın, pakdamən qadınlara böhtan atmayın, döyüşdən qaçmayın və xüsusən, siz israillilər, şənbə günü həddi aşmayın.” Yəhudilər Peyğəmbərin (s) əlindən öpüb onun peyğəmbərliyinə şəhadət verdilər.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Allah mənə üç imtiyaz verib, Əli onların üçünə də şərikdir. Üç imtiyaz da Əliyə verib, lakin mən onlara şərik deyiləm. Soruşdular: “Müştərək olan üç imtiyaz hansılardır?” Buyurdu: “Biri “Həmd” bayrağıdır ki, Əli onun bayraqdarıdır. Digəri “Kövsər” hovuzudur ki, Əli onun saqisidir. Üçüncüsü isə behişt və cəhənnəmin ixtiyarıdır ki, Əli onları ayırandır. Əliyə məxsus olan üç imtiyaz isə bunlardır: Mənim kimi qayınatası var, Fatimə kimi həyat yoldaşı var, Həsən və Hüseyn kimi övladları var ki, mən bunların heç birinə sahib deyiləm.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Üç şey hafizəni qüvvətləndirər; misvak (dişləri yumaq), oruc və Qur`an oxumaq.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Allah-təala Qiyamət günü üç kəslə danışmaz, onları (günahlardan) paklaşdırmaz və onları dəhşətli əzaba düçar edər: Onlardan birincisi bir kəsə bir şey verən zaman minnət qoyan, ikincisi andı öz qazanc mənbəyi edən, üçüncüsü isə təkəbbür üzündən geyimini uzadan kəsdir.

Peyğəmbərdən (s) nəql olunan hədislər


Geri dön

sss_gomes

  • 13 aprel 2011 16:44
  • Məqalə: 13
  • Şərh: 125
  • Bal:
Allah sizden razi olsun.Cox maraqlı ve ibrətamiz kelamlardır.

never say never

  • 12 aprel 2011 22:40
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
axira qeder oxudum heqiqetende cox deyerli movzudu
ALLAH razi olsun muellifden
Secilmis xeberim etdim

--------------------
Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır (Fredrich Von Schiller)

tunar_mamedov

  • 12 aprel 2011 12:04
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
ALLAH ureyinize gore versin

Aleyra

  • 11 aprel 2011 22:49
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Allah razi olsun

_RONALDO_

  • 11 aprel 2011 19:31
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
COX RAZIYAM. ALLAH RAZI OLSUN

COX RAZIYAM. ALLAH RAZI OLSUN

--------------------

BeSt Of

  • 11 aprel 2011 15:50
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
TESHEKKURLER... ALLAH RAZI OLSUN bully

--------------------
....Fikirləşirəm ki,riyaziyyatı daha yaxşı öyrənməliyəm.Artıq insanların neçə üzü olduğunu hesablaya bilmirəm!!!

MY LOVE ZZ

  • 11 aprel 2011 15:47
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
Cox maraqlidi tewekkurler tez tez olsun bele xeberler

_mulatka_

  • 11 aprel 2011 14:48
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
twk,coox gozel hedislerdir.Allah razi olsun bunlari yazandan.Allah ureyinize gore versin smile

twk,cox gozel hedislerdir.Allah razi olsun bunlari yazandan.Allah ureyinize gore versin

twk,coox gozel hedislerdir.Allah razi olsun bunlari yazandan.Allah ureyinize gore versin smile

lider

  • 11 aprel 2011 14:43
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
COX RAZIYAM. ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}