Emin Ağalarovun albomu CITY BEAT radiosunda lider oldu

 
Emin Ağalarovun albomu CITY BEAT radiosunda lider oldu

Azərbaycanlı ifaçının Böyük Britaniyada qələbə yürüşü

Tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarovun (EMIN) "Wonder" albomu Böyük Britaniyada uğur qazanmaqda davam edir. Müğənninin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, albom Britaniyanın məşhur CITY BEAT radio dalğalarında həftənin lideri olub.

Qeyd edək ki, martın 28-dən etibarən Londonda Emin Ağalarovun "Wonder" albomunun satışı təşkil edilib. İngiltərədə yazılmış albomda yer almış 12 mahnıdan 9-nun müəllifi Emin Ağalarovun özüdür. Albomda yer almış "Obvious” hiti bu günlərdə Britaniya radiostansiyalarının hit-paradlarında lider mövqedədir. Mahnını 60 milli regional stansiyalar səsləndirir. "Obvious” ötən ay İngiltərədə səsləndirilən 25 mahnının içində olub. Britaniyanın BBC-2 radiostansiyası bu mahnını hər gün bir neçə dəfə səsləndirir.

Onun "Wonder" diski artıq bir sıra ölkələrdə, o cümlədən Rusiya, Ukrayna və təbii ki, Azərbaycanda musiqisevərlərə təqdim edilib. Bəstəkar və müğənninin hədəfi indi digər ingilis dilli ölkələrdir.

Xatırladaq ki, Emin Ağalarov 2006-ci ildə buraxdığı "Still" adlı debüt albomu ilə böyük səhnəyə qədəm qoyub. 50 min tirajla satılan həmin albom o zaman Rusiya üçün inanılmaz rəqəm idi. Ardınca, 2007-ci ildə "Incredible", 2008-ci ildə "Obsession", 2009-cu ildə "Devotion" adlı albomlarını buraxan müğənninin son işi isə "Wonder"dir. Bu albom Azərbaycan dinləyicilərinə artıq ötən ilin dekabrında təqdim olunub.

Emin Ağalarov Azərbaycanın paytaxtı Bakıda doğulub, sonralar ailəsi ilə birlikdə Moskvaya köçüb. İlk dəfə publika qarşısına Nyu-Yorkda təhsil aldığı zaman klassik rok-n-rol müğənnisi kimi çıxıb. Emin təhsilini bitirdikdən sonra Moskvanın ən perspektivli korporasiyalarının birinin administratoru təyin edilir. Lakin musiqiyə olan böyük həvəsi 2006-cı ildə onu debüt albomu olan "Still"i buraxmağa vadar edir və albom Rusiyada fenomenal dərəcədə satılır. Bu uğur onun sonrakı üç albomunda da davam edir. Rusiya səhnəsini ələ aldıqdan sonra Eminə öz uğurunu xaricdə təkrarlamaq üçün kömək lazım idi. Və o zaman Emin buna qədər Enrike İqlesias, Şer, Ceyms Morisson kimi müğənnilərlə işləmiş prodüsser Brayna Roulinqlə görüşür. Eyni zamanda İvor Novella mükafatının qalibləri Pol Barri və Ueyn Qektor kimi yüksək səviyyəli müəlliflərlə çalışmağa başlayır.


Geri dön

R.M_FaNaTka

  • 29 may 2011 02:46
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
twk

--------------------

kiss love

  • 11 aprel 2011 21:24
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkulerrrr

--------------------

_RONALDO_

  • 11 aprel 2011 19:30
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
PERFECT fellow THANKS what

--------------------

FanatkaJB

  • 11 aprel 2011 18:31
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
twk

--------------------

Mesume_Memmedzade

  • 11 aprel 2011 16:05
  • Məqalə: 16
  • Şərh: 241
  • Bal:
{awards}
TESKLER smile

--------------------
♥♥♥Terk edib geden bir gun geri donmek istese icaze verin donsun...ve kimi itirdiyini derk etsin♥♥♥

BeSt Of

  • 11 aprel 2011 15:53
  • Məqalə: 1
  • Şərh: 207
  • Bal:
{awards}
PERFECT....... fellow love THANKS bully

--------------------
....Fikirləşirəm ki,riyaziyyatı daha yaxşı öyrənməliyəm.Artıq insanların neçə üzü olduğunu hesablaya bilmirəm!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}