Ikinci şans

 
Ikinci şans


Yenidən başlasaq...yenidən doğulmağın mümkün olmadığını bilirəm.Dəyişməyin asan olmadığını da.Şanslar insana bir dəfə verilir.Bu şansın ucundan tutub yeni yollara çıxsaq.Qəlbimizi görə bilsək ovuclarımızda.O tər təmiz və parlaqdır deyə kibirlənmək yerinə o çat verib,qırılıb,incinib deyə fəxr etsək.Fəxr etsək ki o yaşayıb.O sevinib də.Xoşbəxtliyi də dadıb.Elə bunlar deyil mi bizə verilən ikinci şans?Hər bədbəxtliyin arxasından gələn xoşbəxtliklər deyil mi? O zaman niyə qaranlıq otağı özümüzə dost seçək əgər çöldə günəş bizim üçün parlayırsa.

Ikinci şans

Qartallara bənzətsək özümüzü.Onlar kimi göylərə qalxmasaq da onlar kimi ikinci şans verməkdən qorxmasaq.Onlar necə yaşayır heç bilirsiniz?Düz 40 illik qartal ömründən sonra onların ikinci həyatı başlayır.Ya yaşamaq ya ölmək.Yaşamağı seçir qartal!Kim deyir ki,asan olur? Dırnaqlar qopur,dimdik düşür,qanadlar boşalır.Uzun müddət öz yuvasında tək və əziyyətlərlə yaşamağa məhkum olur və sonda...sonda ikinci şansı ona yeni həyat bəxş edir.Qartal belə yaşamaqdan qorxmursa,ikinci şansların bədbəxtlik yerinə yeni həyat,yeni günəş,yeni təbəssüm bəxş etdiyini bilirsə insanlar niyə qorxsun?

Ikinci şans

İnsanlara qorxumuz bəlkə də elə insanlardan başlayır.Sevirik xəyanət görürük,dost deyirik yanılırıq,hər kəs öz eqosu naminə çalışır,hər kəs öz eqosu xatirinə yaşayır.Amma niyə yaxşıları görməzdən gəlirik,niyə yaxşılara dəyər vermədiyimizi görməzdən gəlirik?Niyə insanları özümüzdən küsdürürk? Düzülən niyə suallarına veriləcək cavab tapmadığımızdandır bəlkə bu acizliyimiz.
Gözlərinizi yumub əl uzatmaqdansa gözlərinizi açıb kimə əl uzatdığınızı yaxşı seçin.O zaman niyələrsiz bir həyat və peşmançılıqsız bir ömür yaşamış olarıq.

Ikinci şans

Sevməkdən acizlər qorxar.Siz əziyyət çəkməyə ərinməyin.Çünki hər çətinlik növbəti asanlığa bir stimuldur!


Geri dön

Grace_Angel

  • 14 oktyabr 2010 16:43
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
Tewekkurler...maraqli movzudur....mence her bir insanin 2-ci sansi var....

--------------------

STORM MEN

  • 10 avqust 2010 10:06
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Hamıya ikinci şans verilir.Çox sağol dəyərli sözlərə görə.

--------------------

Ulya

  • 24 iyul 2010 20:32
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur baciwim bele maraqli xebere gore.

Mr_Unlimited

  • 24 iyul 2010 16:52
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
maraqli idi tewekkurler

_SliPkNoTkA_

  • 24 iyul 2010 02:06
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
mene heyatimda bezi seyleri silmek ucun wans verseydiler kaski neyse thanks

--------------------

swarthy_beautiful

  • 24 iyul 2010 00:08
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}

Sevməkdən acizlər qorxar.Siz əziyyət çəkməyə ərinməyin.Çünki hər çətinlik növbəti asanlığa bir stimuldur!

hmm raziyam.gozel movzuya gore sagolun

Yusif

  • 23 iyul 2010 23:56
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
xebere gore cox tesekkur edirem

DaMLa

  • 23 iyul 2010 23:37
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Mövzuya görə təşəkkürlər... Bəyəndimmm smile

Bu həyatdı... çətinlik də görürük, xoş gün də... Çünki sınaq, imtahan meydanıdır yaşadığımız bu həyat. Bu dünya bir tarladır ki, əkdiklərimizi Axirət günü biçəcəyik. Çalışaq atdığımız hər addıma , etdiyimiz hər bir əmələ fikir verək... imanımızı kamilləşdirək, ixlasla etdiyimiz ibadətlərimizlə, fitrə, zəkat, sədəqələrimizlə savablarımızı artıraq... Axirət günü imtahandan üzüağ çıxaq =)


P.S. Bunu unutmayaq... bu həyat (həyatda yaşama şansı) bizə 1 dəfə verilir... əbədi dünyamızı qazanmaq şansı =)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 49
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}