Plethore LC-750 təkrarsız təəssürat doğurur

 
Plethore LC-750 təkrarsız təəssürat doğurur

Həyatda arzuların sonu yoxdur- məsələn, dünyanın ən yaxşı avtomobilini düzəltmək
arzusu kimi.2000-ci ildə elektronçu Lyuk Şartran və biznezmen Karl Deskoto imkanlarını
birləşdirmək qərarına gəldilər və Monreal şəhəri ətrafında HTT Technologies şirkətini təsis etdilər.

Yeni təşkil edilmiş firma qarşısına Kanada superkarı hazırlamaq məqsədi qoydu.
Yeni avtomobil ABŞ və Avropadan olan rəqibləri fonunda zəif görünməməli idi.
Lakin necə deyərlər, nağılı tezbazar danışmaq olar, iş görmək isə vaxt aparır.
İş qabiliyyətli prototip yalnız 2007-ci ilin yanvarında hazır oldu.
Daha ilyarım onun hərtərəfli sınaqlarına sərf edildi. Və nəhayət 2009-cu ilin sentyabrında
Plethore LC-750 adlandırılan avtomobilin sınaq nümunəsi ilk dəfə mətbuatda göründü.

Fransız dilindən tərcümədə plethore ziyadə, dolğun mənasını verir.
Bu halda müəlliflər onların əməyinin məhsulu olan avtomobilin insanda doğuracağı
hisslərin dolğunluğuna işarə ediblər. Plethore LC-750 konstruktorları bu avtomobilin
üzərində işləyərkən McLaren F1 obrazından ilham alıblar. Belə ki, məsələn McLaren F1 kimi
onun da salonu üç nəfər üçün nəzərdə tutulub: sürücü kreslosu mərkəzdə yerləşir.

Onun arxasında sağda solda isə iki ucaboylu (1,9 m) sərnişin otura bilər.
Sürücünün mərkəzdə yerləşməsi ona avtomobili idarə etməkdən unudulmaz təssürat
qazandıracaq. Bu duyğulu anları bir daha yalnız formula bolidi idarə edərkən yaşamaq
mümkündür. Praktik nöqteyi-nəzərdən belə tərtibat kütlənin optimal bölüşdürülməsi
hesabına yüksək sürətlərdə maşının sabitliyini və
idarə edilməsini yaxşılaşdıracaq və Plethore LC-750 həqiqətən təkrarsız bir avtomobil olacaq.


Geri dön

nilayka

  • 12 aprel 2011 20:07
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
twk

--------------------

_RONALDO_

  • 12 aprel 2011 18:46
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tesekurler daha besdide masinlar haqda az yollada

--------------------

YazYamuru

  • 12 aprel 2011 12:36
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
aaaayyy suuperdiiieeeeeee bu love wink tşkk

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 49
Cəmi: 71

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}