Naz et mənə, ey sevgili canan

 
Naz et mənə, ey sevgili canan

Əvvəl baxışınla məni heyran elədin sən,
Bir incə gülüşlə ürəyim qan elədin sən,
Sonra məni bir lütf ilə xəndan elədin sən,
Kafər qızı, axır məni Sən`an elədin sən,
Yansın dilim ağzımda, desəm, nazını az et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.

Xalq eyləmiş öz keyfi gələndə səni tari,
Öldür, bu bəladan məni qurtar, səni tari!
Rəhm et mənə, biganəyə naz eyləmə bari,
Alqış elə bir aşiqə var sən kimi yari,
İnsaf elə, öz aşiqini məhrəmi-raz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.

Ayinəni heyrətdə qoyub əksi-cəmalın,
Xürşidi xəyalətdə qoyub arizi-alın.
Aşiqləri həsrətdə qoyub zülf ilə xalın,
Bəlkə, ola qismət bizə gülzari-vüsalın.
Hərdən bu sınıq könlümü bir lütf ilə saz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.

Gördüm, gözəlim, özgəyə sən naz eləyəndə,
Az qaldı ki, uça ruhum, can qalmadı məndə.
Bu nazi-nəzakət var ikən bir belə səndə,
Hal əhli, inan!, düşməyə bilməz bu kəməndə.
Daim bu gözəl xilqətə min razü niyaz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et!

Vaiz, elə zənn eyləmə Həqqi danır aşiq,
Nə Kə`bə, nə bütxanə, nə məscid tanır aşiq.
Lakin özünü Həqq sevən insan sanır aşiq,
Dünyada, fəqət, təkcə məhəbbət qanır aşiq!
Sən get hələ, ölmüşlərə təklifi-nəmaz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.

Vahid, demə, mən daimiyəm zövqü-səfadə,
Mənsuri də yad etməliyik dari-fənadə.
Bu misrəyi-nazi o demiş bir belə sadə,
Yarəb, sən ona rəhmətini eylə ziyadə,
Qəbr içrə onun ruhini lütfinlə fəraz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.

Əliağa Vahid


Geri dön

sevgi yalandir

  • 13 aprel 2011 17:12
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
супер smile

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sss_gomes

  • 13 aprel 2011 16:02
  • Məqalə: 13
  • Şərh: 125
  • Bal:
{awards}
Beh-beh.Lezzet eledi.Çox saqolun. smile

Kisa_Kiss

  • 13 aprel 2011 12:53
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
winked супер спасибо

--------------------

KERIMOV KERIM

  • 13 aprel 2011 08:37
  • Məqalə: 0
  • Şərh: 24
  • Bal:
{awards}
ZOR SEYIRDI

sevgim

  • 13 aprel 2011 01:30
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
ela serdi tsk

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Orxan Nagiyev

  • 13 aprel 2011 01:20
  • Məqalə: 200
  • Şərh: 344
  • Bal:
{awards}
BƏYƏNƏNLƏRƏ TƏŞƏKKÜR!!!

--------------------

Nurlan_253

  • 12 aprel 2011 22:53
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
YAXSI SEIRDIR TNKW

romantik_awk

  • 12 aprel 2011 21:56
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
cox super twk

--------------------

фея

  • 12 aprel 2011 21:24
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Orxan Nagiyev,
ela weirdir cox beyendim coxxx saqol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

nilayka

  • 12 aprel 2011 21:06
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
gozel seirdi tewekkurler

--------------------

Orxan Nagiyev

  • 12 aprel 2011 20:57
  • Məqalə: 200
  • Şərh: 344
  • Bal:
{awards}
THE DRAGON`S FORCE___ MƏNA TAPA BİLMƏDİNSƏ PROBLEM ÖZÜNDƏDİ, ƏLİYAĞA VAHİD NEYLƏSİN???

--------------------

lider

  • 12 aprel 2011 20:37
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
tewekkurler.

_RONALDO_

  • 12 aprel 2011 20:36
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
IL KSERH MENDEN MENASIZ SEIRDI

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}