Dəyərli sətirlər!

 
Dəyərli sətirlər!

Sizinlə, sənətinin zirvəsində dayanan- Zəlmixan
Yaqubun hikmət dolu sətirlərini paylaşıram.
Düşünürəm ki, dəyərli sətirləri siz də bəyənəcəksiniz.


Qılınc və Balınc
Başımızın altına qoyulan balınca bax,
Başımızın üstündə yellənən qılınca bax!

Həyat-Ölüm
Məni öldürən həyat, nifrət edirəm sənə,
Məni yaşadan ölüm, hardasan tez gəlsənə?!

Başçı
Başçı baş olanda baxtımıza gün düşər,
Başçı başsız olanda, baxtımıza düyün düşər.

Dərd
Əzdikcə əzdi-tökdü, çeynədikcə-çeynədi,
Günümüzə bax Allah, dərd gör bizə neynədi?

Vaxt
Nə yıxılana baxır, nə yerindən qalxana,
Zaman axır sular tək, hey çalxana-çalxana!

Anlamaq
Vaxtında anlasaydıq, nədir xeyirlərimiz,
Yerin bir tərəfini, əyərdi ləngərimiz, şərimiz

Kitab
Dünya qədim bir kitab, oxunur varaq-varaq
Onu kim qurtardı ki, biz oxuyaq qurtaraq?!

QURAN
Bir kitab oxuyuram, ucadır hər kitabdan,
ALLAH məni ayırma, bu şirin istirabdan!

Ağac
Qol budaqlı ağacam, yuvalarla doluyam,
"Kəsilmiş tut" dalıyam, havalarla doluyam!

Qış və Yaz
Öz ömrünə yas tutur, qar əriyə-əriyə,
Yaz meydana girəndə, qış çəkilir geriyə!

Nə qədər ki,...
Nə qədər ki, insanın gözündə axar su var,
Nə qəlbin rahatlığı, nə gözün yuxusu var!

Sev
Hər qarışı müqəddəs, aranı sev, dağı sev
Məni sevmək istəsən, bu YURDU, TORPAĞI sev!

Günah
Göy üzünü bürüyür, yer üzünün ahları,
İnsan necə götürür, bu qədər günahları?!

Şam-pərvanə
Könül, əgər bənzəməsən pərvanəyə, ya şama,
Çırp özünü qayalara, öl, dünyada yaşama!

Canlı-Cansız
Dünyaya canlı gələn, dünyadan cansız gedər,
İnamı olmayan kəs, dinsiz-imansız gedər!

Günəş
Gah bulud altdan çıxır, gah buludda gizlənir,
Göy kimi arxası var, oxşanır, əzizlənir!

SÖZ
Söz var daşa toxunub, söz də var daşdan keçib,
Bircə sözün üstündə, kişilər başdan keçib!

İNSAN HƏYATI!
Sirli bir nəsil yatır torpağın hər qatında,
Neçə nəslin payı var, bir insan həyatında!


Geri dön

nilayka

  • 13 aprel 2011 23:41
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
Anlamaq
Vaxtında anlasaydıq, nədir xeyirlərimiz,
Yerin bir tərəfini, əyərdi ləngərimiz, şərimiz

Dünya qədim bir kitab, oxunur varaq-varaq
Onu kim qurtardı ki, biz oxuyaq qurtaraq?!


cox maraqli sozlerdir bacisim cox sag ol

--------------------

lider

  • 13 aprel 2011 22:50
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
tewekkurler

tewekkurler

::..ONSLAUGHT::..

  • 13 aprel 2011 20:00
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
twk smile

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Memmedzade_Mesume

  • 13 aprel 2011 19:58
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
{awards}
twk

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

never say never

  • 13 aprel 2011 19:56
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
Dərd
Əzdikcə əzdi-tökdü, çeynədikcə-çeynədi,
Günümüzə bax Allah, dərd gör bizə neynədi?

--------------------
Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır (Fredrich Von Schiller)

SUADA_M

  • 13 aprel 2011 19:36
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
EEEEEEHHH HAMISI wink TWK

--------------------

YazYamuru

  • 13 aprel 2011 19:27
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
İNSAN HƏYATI!


OOOOOOFFFFFF

--------------------



_mulatka_

  • 13 aprel 2011 19:08
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
twk,bele deee.bezileri maraqli idi fellow

FanatkaJB

  • 13 aprel 2011 19:04
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
twk

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1138
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}