"Ferrari"dən 275 min dollarlıq kitab

 
"Ferrari"dən 275 min dollarlıq kitab

Italiyanın əfsanəvi superkar istehsalçısı olan “Ferrari” şirkəti bu markadan olan idman avtomobillərini dəyərləndirə bilənlər üçün “rəsmi bibliya” buraxıb. Belə ki, brilyantlarla bəzədilmiş “Official Ferrari Opus Enzo Diamante” kitabının qiyməti 275 min dollardır.

Məsələ burasındadır ki, bu kitab “Ferrari California” və “458 Italia” modellərinin dəyərindən də baha başa gəlir. Çünki ABŞ-da bu modellərin qiyməti 192 və 225.3 min dollara bərabərdir. Kitabın tirajı isə olduqca məhduddur – dünyanın hər bir ölkəsi bu unikal kitabın ancaq bir nüsxəsini əldə edə bilər.

Avtonəhəngin mətbuat xidmətindən bildiriblər ki, bu qayda hər kəsə şamil edilir və ölkələrin əhalisinin sayından və ya orada olan “Ferrari”lərin sayından asılı deyil. Artıq bu kitabın ilk alıcısı da var. Bu kitab Melburnda keçirilən “Formula-1” çempionatında baş verib.

“Ferrari” öz nəşrini dünyanın ən bahalı nəşri kimi qiymətləndirir. Çünki bu nəşr həqiqətən də şedevrdir. Qırmızı üzlü kitabın üzərində şirkətin rəmzi olan 1.5 min ədəd brilyantla bəzədilmiş çapan at şəkli yerləşdirilib. 852 səhifədən ibarət kitabın ümumi çəkisi 37 kiloqramdır. Burada 2 mindən artıq şəkil və “Ferrari”nin yol və oğurluq əhvalatları barədə hekayələr və əhvalatlar dərc edilib. Təbii ki, “qırmızı” komandada çıxış edən peşəkar pilotlar da unudulmayıb.

“Diamante” nəşri ilə bərabər şirkət kitabın daha qənaətçil versiyasını da buraxıb. “Classic Model” adlandırılan bu seriyadan olan kitabın qiyməti 4.1 min dollardır. Burada isə “Ferrari”nin indiki pilotları – Fernando Alonso, Felipe Mass, Cavallino Rampante və Enzonun avtoqrafları əks olunub. Ən maraqlı fakt isə odur ki, bu iki kitabın tirajı “Ferrari”nin istehsal etdiyi eyniadlı avtomobil markalarının istehsalının sayı ilə bərabər olub.


Geri dön

nilayka

  • 13 aprel 2011 23:30
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
tewekkur edirem

--------------------

lider

  • 13 aprel 2011 22:58
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
feel

feel

::..ONSLAUGHT::..

  • 13 aprel 2011 20:15
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

D_eMo_N

  • 13 aprel 2011 18:58
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
{awards}
Tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}