Dini mətnlərdə 40 ədədi

 
Dini mətnlərdə 40 ədədi

Dini mətnlərə diqqət etsək, 40 ədədi başqa ədədlərə nisbətə
çox istifadə olunub. O cümlədən bunları qeyd etmək olar:


1. Peyğəmbərin (s) 40 yaşında peyğəmbərliyə çatması;
2. İnsan ağlının 40 yaşda ən üstün dərəcəsinə çatması;
3. Həzrət Musanın (ə) Tur dağında 40 gün qalması;
4. Bəni-İsrail qövmünün Allahın nemətinə küfr edib və buzova
ibadət etməslərinə görə 40 il məhkum olmaları;
5. Şərab içən şəxsin 40 gün bədənində şərabın əsərinin qalması və
40 gün halal yeməklə şərabın təsirinin insan bədənindən çıxması;
6. 40 gün ət yeməyən insanın əxlaqı pisləşər;
7. 40 gün halal yeyən insanın qəlbini Allah nurlandırar;
8. 40 mömin üçün dua etmək;
9. 40 hədis əzbərləyən və həyatında icra edən qiyamət günü fəqih və alim kimi olar;
10. Ölülər üçün qırx mərasimi keçirmək.


40 ədədinin müqəddəsliyi
40 ədədi dini mətnlərdə başqa ədədlərə nisbətən çox istifadə olunub.
Bu ədəd Quranda 4 müxtəlif yerdə işlənib. Onlardan ikisi həzrət Musanın (ə) Tur dağında
ibadətlə məşğul olması və sonda hansısa bir məqama çatması, biri Musanın (ə)
qövmü (Bəni-İsrail) haqda, sonuncu ayə isə insanın ağlının kamilliyinin 40 yaşda olması haqda işlənib.

Həzrət Musa haqda nazil olan ayə
Həzrət Musa (ə) Allah-Taala ilə danışması üçün 30 gün Tur dağında qalmalı və ibadətlə
məşğul olmalı idi. Lakin Allah-Taala 30 günə 10 gün də artırıb 40 gün etdi və sonra
Musaya (ə) Tövrat kitabını nazil edib,
onunla hansısa bir vasitə ilə danışmaq vədəsini yerinə yetirdi.

Allah-Taala bu mətləbə Quranda belə işarə edir:
“Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz
və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə
etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu...” (Əraf/142)

Bu ayədə maraqlı məqamlardan biri də budur ki, Allah-Taalanın 30 günə artırdığı 10 gün
zil-həccə ayının ilk 10 günü idi. Rəvayətlərə əsasən, həmin 10 gündə şam və
işa namazlarının arasında iki rəkət müstəhəb namaz qılınır. Bu namazın savabı
həccə gedən insanların savabı qədərdir. Namazın qılınma qaydası isə sübh namazı kimidir,
yalnız bu fərqlə ki, hər rəkətdə Həmd surəsindən sonra ixlas surəsinin
əvəzinə, Musanın (ə) haqqında nazil olmuş yuxarıdakı ayəni oxumaq lazımdır.

Sözügedən ayədən belə başa düşmək olar ki, insanın 40 gün bir əməli davamlı surətdə
yerinə yetirməsi onun həyatında çox böyük təsir bağışlayır. Peyğəmbər (s) də bu mövzunun
doğruluğuna işarə edib belə buyurur: “Hər kəs 40 gün əməllərini xalis etsə,
Allah-Taala üçün yerinə yetirsə, Allah-Taala hikmət çeşmələrini onun qəlbindən dilinə cari edər”.

İmam Baqir (ə) isə belə buyurur: “Hər kəs imanını 40 gün Allah üçün xalis etsə,
Allah onun qəlbindən dünya sevgisini çıxarar, ona elə baxış verər ki, dərd və dərmanını tanıyar.”
Böyük alimlər hədisdə 40 ədədin işlənməsini belə izah edirlər ki,
Allah-Taala insanın mənəvi halının bir haldan başqa
bir hala keşməsinin 40 gün ərzində mümkün olduğunu bildirib.

İnsanın nütfəsi ana bətnində 40 gündən sonra “ələqə” olur, “ələqə” isə 40 gün
ərzində “müzğə” və hər 40 gündə uşaq ana bətnində yeni bir forma alır.

Ağılın 40 yaşda kamilləşməsi
2. ...nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər:
“Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə
şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi
əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən
müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)”

Bu ayədə işarə olunur ki, insanın kamilliyə çatması 40 yaşına qədər olur.
Ola bilsin kimsə 40 yaşından sonra hansısa İlahi bir məqama çatıb, amma bu,
çox az gözə çarpır. Məsumlardan nəql olunmuş hədisdə deyilir: “Əgər insan 40
yaşına çatsa, amma tövbə etməsə,
Şeytan əlini onun üzünə çəkib belə deyər: “Daha nicat tapmazsan!”

Bu hədisə əsasən, Allah-Taala insana 40 yaşına qədər çox lütf göstərir.
Günahlarının bağışlanması asan olur. Başqa bir hədisdə yenə məsumlardan nəql olunur:
“İnsan 40 yaşına yetişdiyi zaman Allah onun əməllərini yazan iki mələyə deyər: “Bundan sonra
onun bütün kiçik-böyük, az-çox bütün əməllərini yazın”.
Bu hədis də insanda olan batini çevrilişlərin 40 yaşına qədər olduğunu bildirir.

Bir çox insanlar 40 yaşından sonra tövbə edəcəklərini deyirlər.
Amma bunların fikirləri dində iki cəhətdən düzgün deyil:
1. Hansı insan sabah yaşamasına zəmanət verə bilər? Kimin əlində sabah yaşaması üçün
yazılı sənədi var? Deməli, heç bir insan deyə bilməz ki, mən mütləq 40 yaşdan çox yaşayacam.

2. İnsan 40 yaşına qədər günah etsə, artıq onun qəlbində nurlu bir yer qalmaz,
ağ bir kağızın qara bir qələmlə rəngləndiyi kimi. Bu qara kağızın heç kimə lazım
olmadığı kimi, günahla dolan qəlb də Allaha lazım deyil.
Ən azından az da olsa nuru olmayan qəlbin tövbə etməsi isə mümkün deyil.

Ölülərə olan qırx (ərbəin)
Bildiyiniz kimi, əgər insanın yaxın bir adamı dünyasını dəyişsə, ölümündən bir neçə
gün sonra xüsusi günlərdə onu yada salır. O günlərdən biri ölünün qırxıdır.
Qırx ərəb dilində “ərbəin” deməkdir. Belə ki, ölü sahibi ölüsünün qırxıncı günü onu yada
salır, onun üçün Quran oxutdurub ehsan süfrəsi açır. Bunu da qeyd edək ki,
ölü üçün tutulan bu qırx məsələsinin haradan yaranması dəqiq məlum deyil.

Məlum olduğu kimi, hər bir ölü üçün bir dəfə qırx mərasimi keçirilər.
Amma İmam Hüseynə (ə) hər il qırx mərasimi keçirilir. Özü də hər il o birisindən daha
əzəmətli keçir. Hər il milyonlarla insan Kərbəlaya gedir. Misal üçün, keçən il
İmam Hüseynin (ə) hərəm kompleksinin müdiri ərbəin günü Kərbəla şəhərinə
təqribən 14 milyona yaxın insanın daxil olduğunu bildirmişdi. 14 milyon insan
bir ölkənin əhalisi qədərdir, amma ərazisi çox da böyük olmayan, maddi durumu
güclü olmayan bir şəhərdə onların necə yerləşdiyini başa düşmək bir az çətin məsələdir.


Geri dön

_RONALDO_

  • 16 aprel 2011 14:27
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Minnetdaram Allah sizden razi olsun

--------------------

AbdulRauuf

  • 13 aprel 2011 22:34
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Minnetdaram Allah sizden razi olsun

nilayka

  • 13 aprel 2011 22:22
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
smile cox sag olun

--------------------

MY LOVE ZZ

  • 13 aprel 2011 16:25
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
cox maraqlidi tewekkurler

unutulmaz05

  • 13 aprel 2011 15:54
  • Məqalə: 12
  • Şərh: 130
  • Bal:
{awards}
cox saq olun xebere gore.

never say never

  • 13 aprel 2011 15:44
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
cox maraqli xeberdi

--------------------
Bağışlamaq və unutmaq yaxşı insanların intiqamıdır (Fredrich Von Schiller)

Aleyra

  • 13 aprel 2011 15:36
  • Məqalə: 4
  • Şərh: 643
  • Bal:
{awards}
Allah razi olsun ilk werh menden


Allah razi olsun ilk werh menden

Hazal_Kaya

  • 13 aprel 2011 15:34
  • Məqalə: 17
  • Şərh: 722
  • Bal:
{awards}
ILK SERH MENDEN ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 71

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 296
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}