Amma

 
Amma

Kimə soruşsam "Xoşbəxtsənmi?" deyə heç vaxt tam olaraq "bəli" cavabı ala bilmirəm.
Əvvəl bir düşünür və "Xoşbəxtəm.. Amma" deyə davam edir.
Əgər bir cümlənin içərisinə "amma" girmişsə, bir tərəfdə bir şeylər əskik qalmış olur.
Amma sözü bağlayıcı deyil əslində. Yəni bir şeyləri bir-birinə bağlamır; tam tərsi mötərizə rolunu
boynuna götürür. "Xoşbəxtəm..Amma" dediyində "amma"dan əvvəl söylədiyiniz heç bir şeyin mənası qalmır.

Amma

İnsanların bir çoxu xoşbəxtliyin dərhal arxasına amma əlavə edincə
bir yerlərdə bir şeylərin əskik qaldığını hiss edirəm.
Yaxşı gündə, pis gündə insanların həyat sevinclərini qoruması ya da qoruya bilməsi
sağlam bir ruh halının ən diqqətə çarpan göstəricisidir.
Sağlam bir ruh halına sahib olmaq üçün insanın əvvəl içindəki qapını döyməsi lazımdır.

Amma

Eynilə Mövlananın dediyi kimi: İçindəki qapını döy; başqa qapını deyil...
İçindəki qapını döyüncə özünlə üzləşərsən.
Əvvəl bu sualı soruşarsan özünə: Mən özümü nə qədər sevirəm?
Həqiqətən özümüzü nə qədər sevir, qoruyur və diqqət yetiririk?
Səhərlər oyandığımızda, o günün qalan ömrümüzün ilk günü olduğu
şüuruyla, əvvəl aynadakı insana təbəssüm edə bilirikmi?
Sonra təkrar çalın qapını. Başqalarını nə qədər sevirsiniz? Başqalarını sevərkən
cinsiyyətinə, irqinə, dilinə, dininə, paltarına və rənginə baxırsınızmı?
Yoxsa "Allah yaratdı!" deyərək, insan olduğu üçün onu sevir və ürəyinizə basırsınızmı?

Amma

Amma

Qapını təkrar çalın və soruşun özünüzdən; "Aid olmağı sevirəmmi?"
Bəli, aid olmağı sevmək sağlam bir ruh halının əhəmiyyətli bir başqa göstəricisidir.
Aid olmaq. Özünüzü evinizə aid hiss edirsinizmi? Yoldaşınıza, məhəllənizə, mənzilinizə,
küçənizə .. Əgər aid olmağı sevməzsə insan xoşbəxt ola bilməz.
Xoşbəxt ola bilməyincə də sağlam bir ruh halı sərgiləyə bilməz.

Amma

Bəli, nə qədər aidsiniz dünyaya və aid olduğunuz üçün xoşbəxtsinizmi?
Sonra qapınızı yenə çalın və yenidən çalın. İşləməyi sevirsinizmi? Özünüz üçün,
şəhəriniz üçün, ölkəniz üçün, dünya insanlığı üçün işləməyi. Bir insan əgər işi
sevmirsə xoşbəxt ola bilməz dünyada və sağlam bir ruh halı sərgiləyə bilməz.
Təkrar içimizdəki qapını döyək və soruşaq: Nə qədər inanclıyam? Nəyə, nə üçün,
nə qədər və nə qədər səmimiyyətlə inanırıq?
Bir şeylərə inanmaq sağlam bir ruh halının digər bir parçasıdır.

Amma

İnanclı olmaq, yaxşı pis günü qəbul etməkdir. İnanclı olmaq günahlandırmamaqdır.
İnanclı olmaq, başqa inanc və insanlara hörmətdir, dözümdür,səmimiyyətdir.
Sonra təkrar iç qapına yönəl və soruş: Xəyallarım varmı? Onları betonamı basdırdım , qumamı?
Xəyal yoxsa ümid yoxdur, xoşbəxtlik yoxdur. Xəyallarınızla üzləşin.
Sizə yetişməsə belə başqalarına fayda verəcək xəyallarınızı böyüdün.
Bəli Səhv yerdə səhv qapı döyməyin.
Yaxşı gündə, pis gündə yenə gülümsəmək üçün içinizdəki qapını döyün.


Geri dön

YazYamuru

  • 15 aprel 2011 01:11
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
eeeehhh bu ammalar ke$keler olmayaydi...... recourse

--------------------



nilayka

  • 13 aprel 2011 22:27
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
winked

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}