Sevgi şeirləri

 
Sevgi şeirləri

Ola bilməz

Xilqətdə sənin tək, gözəlim, can ola bilməz,
Əxlaqı gözəl, sevgili canan ola bilməz.

Fəxr eyləməsin öz gülünə bülbüli-şeyda,
Bir gül, hələ də sən kimi xəndan ola bilməz.

Minlərcə gözəllər yetirir gündə təbiət,
Amma, sənə bənzər gözəl insan ola bilməz.

Yüzlərcə əgər hüsnünə adəm ola heyran,
Bir kimsə mənim tək sənə heyran ola bilməz.

Sən tərbiyədə, hüsndə bir başqa gözəlsən,
Rəftarına, əxlaqına nöqsan ola bilməz.

Hürriyyətə, insanlığa layiq səni gördüm,
Hər kəs səni sevmişsə peşiman ola bilməz.

Öz aşiqinin naz ilə qan eyləmə könlün,
Hürriyyət olan yerdə könül qan ola bilməz.

Hər xoş görünən kimsəyə aldanma, heyifsən,
Hər xoş görünən kimsədə vicdan ola bilməz.

Bu hüsnlə çoxlar səni istər sevə, ey gül,
Vahid kimi eşqində qəzəlxan ola bilməz.

Nədir sevgi?

Məhəbbətdə taleyin öz nuru var
Gözəl arzu saf niyyətdi məhəbbət
Var dövləti neynirsən bəxtəvər?
Tükənməyən var dövlətdi məhəbbət.

Yanırsan yan tüstülənmə alışma
Öz sevgini kimə gəldi danışma.
Bu bəladan sağalmağa çalışma
Haqdan gələn gözəl dərddi məhəbbət

Necə öyrədim

Dəli bir şimşək ol gözlərimdə çax
Kədərini unut sevincindən bax.
Məndən istədiyin diləyə bir bax,
Mən sənə sevməyi necə öyrədim.

Sevirəm demirsən dilindən tutum .
Saçını oxşayım belindən tutum .
Yazı yazmırsanki əlindən tutum.
Mən sənə sevməyi necə öyrədim.

Qəlbimi üşüdən külək deyilsən,
Mənə mənim qədər uzaq deyilsən.
Sən körpə deyilsən uşaq deyilsən.
Mən sənə sevməyi necə öyrədim


Geri dön

UZEYIRIN GULIASI

  • 15 aprel 2011 16:43
  • Məqalə: 2
  • Şərh: 320
  • Bal:
Necə öyrədim

Dəli bir şimşək ol gözlərimdə çax
Kədərini unut sevincindən bax.
Məndən istədiyin diləyə bir bax,
Mən sənə sevməyi necə öyrədim.

Sevirəm demirsən dilindən tutum .
Saçını oxşayım belindən tutum .
Yazı yazmırsanki əlindən tutum.
Mən sənə sevməyi necə öyrədim..........SUPER,SPASIBOCHKI.

Qəlbimi üşüdən külək deyilsən,
Mənə mənim qədər uzaq deyilsən.
Sən körpə deyilsən uşaq deyilsən.
Mən sənə sevməyi necə öyrədim

--------------------
UZEYIRIN GULIASI.

sevgi yalandir

  • 15 aprel 2011 14:15
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TWKLER XEBERE GORE

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Made_In_Bakinka

  • 15 aprel 2011 00:59
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Hürriyyətə, insanlığa layiq səni gördüm,
Hər kəs səni sevmişsə peşiman ola bilməz.


nilayka

  • 15 aprel 2011 00:16
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
qeweng seirleri twk

--------------------

Cici-Kiz

  • 14 aprel 2011 23:04
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Ola bilmez xususile gozel serdi. MİNNETDARAM!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

lider

  • 14 aprel 2011 23:01
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
twkr.

-=EFSANE-XANIM=-

  • 14 aprel 2011 22:59
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
ELAAAAAAAAAAA

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}