Bu gün Alla Puqaçovanın doğum günüdür

 
Bu gün Alla Puqaçovanın doğum günüdür

Bu gün rus estradasının canlı əfsanəsi sayılan
Alla Puqaçovanın doğum günüdür. Müğənni 62 yaşını qeyd edir.

Alla Puqaçovanı Azərbaycanla bağlayan məqamlar da çoxdur.
2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif edib.

1949-cu il aprelin 15-də Moskvanın Krestyanskoe qəsəbəsində adi bir ailədə
dünyaya gələn Allanın uşaqlığı o vaxtlar Moskvaya xas taxta evdə keçib.
Valideynləri onu pianoçu kimi görmək istiəyirdilər. Amma əvvəlcə musiqi məktəbini,
sonra da musiqi texnikumunun dirijorluq və xor bölməsini bitirən Alla özünə başqa
yolu seçir. Çünkü onun müğənnilik və bəstəkarlıq bacarığı məhz musiqi texnikumunda
üzə çıxır. Və günlərin biri hələ uşaqlıqdan Azərbaycanlı ifaçı Müslüm
Maqomayevi canlı görmək arzusu ilə yaşayan Allanın tale üzünə gülür.

“Müslümlə tanış olmaq uşaqlıq arzum idi və elə ona görə oxumağa başladım ki,
onunla tanış ola bilim. Heç bilmirəm, Müslüm Maqomayev olmasaydı
mənim taleyim necə olardı? Çünki mən məhz onun sayəsində müğənni oldum”.

Beləliklə də, 60-cı illərdən sonra Allanın ulduzu yavaş-yavaş parlamağa başlayır.
Müğənni kimi əvvəlcə “Novıy elektron” qrupunda oxumağa başlayan Alla, sonralar
bir neçə başqa qruplarda da oxuyur və sonrakı illərdə mahnıları dövrün hitinə çevrilir.
"Million alıx roz", "Arlekino", "Vsyo moqut koroli",
"Pozovi menya s soboy" və onlarla məşhur mahnıları dillərdən düşmür.

Başgicəlləndirən şöhrət, xarici qastrollar, SSRİ xalq artisti adını almaq Allaya
xoşbəxtlikdən başqa bəzən bəlalar da gətirib. Çoxları bilmir ki, onu uzun müddət
SSRİ dövrünün ən amansız qatili Anatoliy Nağıyev təqib edib. 1980-ci ildə məşhur
müğənnini qətlə yetirmək istəyərkən ən son anda Alla canını onun əlindən qurtara
bilmişdi. Bu hadisəyə qədər isə manyak Alla Puqaçovaya bənzəyən 6 qadını
öldürmüşdü. Lakin əsl Allanın özünü öldürmək cəhdi baş tutmur və qatil həbs olunur.

Məşhurluğa qədər keçdiyi çətinliklər Puqaçovanı möhkəm və əzmli etmişdi.
Yoxsa atom elektrik stansiyasındakı qəzadan sonra Çernobılda konsert verən ilk
müğənni olmağa ürək eləməzdi. Üç qanuni və bir vətəndaş nikahında olmuş
Alla Puqaçovanın bir qızı var. Krisitina Orbakayte də anasının yolunu
seçib və bu gün ana-bala hər ikisi məşhurluğun zirvəsindədirlər.

2009-cu il martın 5-də Alla Puqaçova bir daha səhnəyə çıxmayacağını elan edəndə
milyonlarla pəristişkarını pərişan etdi. “Bəlkə də indi getmək vaxtı deyil.
Dünyada böhrandır və pul qazanmaq da lazımdır. Amma məni səhnədən aparan
iki səbəb var. Birincisi, sağlamlığımdır. Artıq ürəyim əvvəlki kimi ora-bura getməyə
yaramır. İkincisi də, çoxsaylı əməliyyatlardan keçməyimdir ki,
bu da mənim səsimə təsirsiz ötüşməyib”, deyə Puqaçova bildirmişdi.

Və Allla səhnədən getdi. 2009-cu ilin avqustunda sonuncu dəfə Bakıda olanda
bunları demişdi: “İnanmaq istəmirəm ki, bu, Bakı səhnəsində
son çıxışımdır. Amma bundan sonra Bakıya qonaq kimi gələcəm”.

Bu gün Alla Puqaçova oxumur. Moskvanın Fillipovsk döngəsindəki 500 kvadrat
metrlik dəbdəli evi və bəzən Moskva ətrafındakı Berejki kəndində 50 sot
sahədəki bağ evində yaşayan Alla Puqaçova özünün dediyi kimi başqa
həyat yaşayır. İndi onun şəxsi “Alla radiou”su, teatr və bəstəkarlıq fəaliyyəti var.


Geri dön

_Alla_

  • 7 may 2011 20:47
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
axx Alla gecde olsa tebrikler:) Ozun demisken Yuz yas yasa smile

_RONALDO_

  • 16 aprel 2011 15:12
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
Miliyon miliyon defe tebrikler

--------------------

sevgi yalandir

  • 15 aprel 2011 19:09
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tesekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

demon_cik

  • 15 aprel 2011 16:34
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
happy birthday

M____T

  • 15 aprel 2011 16:30
  • Məqalə: 1
  • Şərh: 24
  • Bal:
{awards}
Esas Allah can sagligi versin

ilahe-Mehdiyeva

  • 15 aprel 2011 16:29
  • Məqalə: 1
  • Şərh: 175
  • Bal:
{awards}
Esas Allah can sagligi versin

--------------------
fikir bildirmek yoxdur. ancaq twk xebere gore. bele olmaz

lider

  • 15 aprel 2011 16:28
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
Miliyon miliyon defe tebrikler

UZEYIRIN GULIASI

  • 15 aprel 2011 16:19
  • Məqalə: 2
  • Şərh: 318
  • Bal:
{awards}
OOOOOOOOO, ALLOCHKA, POZDRAVLYAYU TEBYA. S DNEM ROJDENIYA. IZVINI,CTO YA NE SMOQLA PRIYTI K TEBE,YA TAK SILNO ZANYATA. lol NO NICHEQO ZAVTRA PRIDU OK? BYE. SPASIBOCHKI....

--------------------
UZEYIRIN GULIASI.

Angels_1985

  • 15 aprel 2011 16:17
  • Məqalə: 0
  • Şərh: 260
  • Bal:
{awards}
Happy birthday !!! Zum Geburtstag! Ad günün mübarək! С днем рождения !

--------------------
Думала, что люблю, оказалось, любила думать.

Не нужно завоевывать мир,Нужно завоевать себя,и весь мир будет у твоих ног.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 42

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}