Necə olur ki, bir-biri üçün bir
zamanlar dəliyə dönən cütlər zamanla it-pişik kimi döyüşməyə başlayırlar?
Əl-ələ, diz-dizə, göz-gözə başlayan eşqlər niyə evləndikdən sonra eyni sehrini qoruya bilmir?
Eşq, yeni doğulmuş bir körpə kimi saf və təmizkən, niyə çirkinləşir, ölür və cənazəsi onu
doğuranlar tərəfindən mərhəmətsizcə qaldırılır.İnsanlar aşiq olduqları kəslərlə evlənərlər.
Ailə qurana qədər sevdiyimiz insan haqda xəstə kimi düşünərik.
O dəqiqə olmaz ki,onu düşünməyək.Beynimizə fasilə belə vermədən düşünərik.
Hətta "O,mənimçün yaradılmışdır,başqasını düşünməyə ehtiyac yoxdur"-deyə düşünərik.
Dəlilər kimi aşiq olduğunuz zamanları xatırlayın.
O insan bizim üçün dünyanın ən qiymətli adamı halına gəlir.
Həyat onun ətrafında dönər. Onu xoşbəxt etmək üçün nə lazım olsa edərik.
Birlikdə hadisələrin ən gözəlini yaşayarıq. Onunla keçən hər dəqiqə qiymətlidir.
Zaman su kimi axıb keçər. Gözümüz ondan başqasını görməz.
Ağılımızda həmişə sabahlar vardır. Yaşanacaq gözəl bir ömür və bitməyən eşqimiz
olacaq. O zamanlar eşqimizin dəlili olaraq ailə qurmağı görərik. Ailə qurmaq ,
eşqimizi rəsmiyətləşdirmək, bütün dünyaya birlikdə olmamızı eşitdirmənin yoludur.
Sevgi ilə başlanan evliliklərdə ilk başda yaşanan o ideal sevgi bir müddət sonra
fərqli görünməyə başlar.(Onun diş fırçalama tərzi,evdə əşyaları,paltarlarını dağınıq
saçması və ya digər hərəkətləri sizdə xəyal qırıqlığı yarada bilər)Bu da çox normal
bir haldır.Psixoloqların fikrincə,bu sevginin növbəti mərhələsinə bir keçid dövrüdür.
Amma hər kəs bacarırmı bu keçid dövrünü yaşamağı?Anlaşılmazlıqlar,bir-birilərini
başa düşməməzlik,münasibətləri düzgün
qiymətləndirməmək bəzən acı sonluqlarla bitir.Boşanmalarla.
Ancaq,boşanmadan öncə,qəbul etmək lazımdır ki,əvvəlki coşğun sevgi öz sehirli
qüvvəsini müvəqqəti olaraq itirir.Və anlayacaqsınız ki,siz bir deyil,iki
ayrı-ayrı insanlarsız.Hər birinizin özünə görə müsbətləri və mənfiləri vardır.
Bunu düşünmək lazımdır:"Bütün bunlara baxmayaraq,O mənim canımdır,
hər şeyimdir,biz bir-birimiz üçün xüsususiyik,o mənim bir həyat boyu seçdiyim sevgilimdir"
Bu sadaladığım ünsürləri qorumaqla və onlara bir miqdar da romantik anlar
qatmaqla ailə qurduqdan sonra sevgini qoruyub saxlamaq mümkündür,
deyə düşünürəm.Gerçək sevgi isə bundan sonra başlayar.
Könül vermək istəyirsənsə
Hər an ümid bəsləyirsənsə
Sən könüldən sevirsənsə
Evlilik eşqi öldürməz.
Eşqdə qüsur etmirsənsə
Sıxılınca getmirsənsə
Hər sözə inanmırsansa
Evlilik eşqi öldürməz.
Eşqə dəyər verirsənsə
Xoşbəxtliyi görürsənsə
Sevən könül tapırsansa
Evlilik eşqi öldürməz.
Qüsura göz yumursansa
Gerçək bir eşq ümid edirsənsə
İnan hörmət edirsənsə
Evlilik eşqi öldürməz.
Ali Aksoy
Bəziləri də deyirlər ki,sevgi sevdiyin insanın həsrətində qaldığın zaman gözəl olur və
heç zaman da ölmür.Görəsən,
hörmətli LEGEND.AZin stifadəçiləri,sizlər bu barədə necə düşünürsüz?