Dünyadaki qeyri-adi toy adətləri

 
Dünyadaki qeyri-adi toy adətləri

Yer kürəsində minlərlə xalq yaşayır və hər birinin öz dili, mədəniyyəti və əlbəttə ki, toy adətləri var.


Nigaha girməyin ən sadə yolu Mesopotamiyada idi desək, yəqin ki, yanılmarıq. Orada kişi şahidlərin iştirakı ilə qadının üzünü duvaqla örtərək deyirdi: "O mənim həyat yoldaşım oldu".


Bəzi xalqlarda qız insana yox, cansız əşyaya da gedə bilər. Belə nigahlar əsasən yetkinlik yaşına çatmayan qızlara şamil edilir. Ölü ilə nigah qeyri-mümkün sayılsa da, hələ də Çində belə nigahlar bağlanmaqdadır və onlar "ruhlarla toy" və ya "cəhənnəm toyu" adlandırılır.

Dünyadaki qeyri-adi toy adətləri

Ruandada nigah bağlamaq üçün qızla oğlanın bir-birinə nifrət etməsi mütləqdir. Toy mərasimindən sonra qadın kişinin evinə gedir və qırğın-qiyamət qoparır. Qadın ərini döyür, cırmaqlayır və bu, səhərədək davam edir, sonra qadın öz evinə yatmağa gedir, axşam isə dava-dalaş yenidən başlayır. Davalar bir neçə gün, hətta bir aya qədər sürə bilər. Qadının nifrəti keçəndən sonra ərinin evinə köçür. Ailənin dinc həyatı bir daha heç bir dava ilə pozulmur və qarşılıqlı sevgi hökm sürür.

Hamıya məlumdur ki, bəzi ölkələrdə çoxarvadlılıq mövcuddur. Braziliyanın bəzi regionlarında isə qadının bir neçə əri olur. Bu halda nigah qadın tərəfindən yox, əri tərəfindən qurulur. Bu belə baş verir: yoldaşının sevgilisi olduğunu öyrənən kişi məşuqu ova dəvət edir. Ovdan sonra sevgili onların evinə köçür.

Dünyadaki qeyri-adi toy adətləri

Sakit okeanda minlərlə ada var ki, hər birinin yerli sakinləri tərəfindən qorunan toy adət-ənənələri var. Məsələn, adətlərdən biri yeni evlənənlərin kostyumlarının böyüyüb boya-başa çatdıqları torpağın məhsulundan hazırlanmasıdır. Samoa adasında gəlinin paltarı ağac qabığı və tut ağacı yarpağından, tər güllərdən hazırlanır, başa isə mirvari tac qoyulur.

Dünyadaki qeyri-adi toy adətləri

Asiyada gənclər ipək və qırmızı rəngə bürünür. Çində qızılı və qırmızı rəng xoşbəxtlik və var-dövləti simvolizə edir, ona görə bu rənglərə hədiyyə qutularında, şamlarda da rast gəlmək mümkündür. Yaponiyada milli gəlin paltarı ipəkdən ağ kimono, ağ çiyinlik, bəzək əşyaları və gümüşü sancaqlarla bəzədilmiş xüsusi parikdən ibarətdir. Bənövşəyidən başqa (bu rəng ayrılıq rəmzidir) paltarda ağ, qırmızı və bütün rənglər ola bilər.

Dünyadaki qeyri-adi toy adətləri

Avropada klassik gəlinlik ağ paltardır. İnanclara görə, toy günündə gəlin bir köhnə, bir təzə, bir borca götürdüyü, bir də mavi nə isə geyinməlidir, o zaman nigah möhkəm olacaq. İngiltərədə gəlin əlinə krujeva ilə bəzənmiş nal taxır. Köhnə ayaqqabıda ərə gedir ki, bu uğur simvolu sayılır. Almaniyada belə bir adət var idi: toy zamanı gəlin bolluq rəmzi olan çörək və duz tuturdu. Buna görə gəlinliklər cibli tikilirdi. Qərbi Avropa ölkələrində gəlinlik tikdirmək və onu miras kimi saxlamaq adətdir. İspan gəlininin paltarında mütləq portağal ağacının gülləri olmalıdır - gəlin buketində və saç bəzəyində. Bu, portağal ağacının cavanlıq rəmzi sayılması ilə əlaqədardır.

Toy adətləri və paltarları müxtəlifdir, amma onlar bir məqsədə xidmət edir - iki sevən insanı birləşdirmək.


Geri dön

lema

  • 29 iyul 2011 18:58
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
hmm...maraqlidi bezilerine coox guldum lol

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

STORM MEN

  • 10 avqust 2010 10:01
  • Məqalə: 146
  • Şərh: 538
  • Bal:
{awards}
Bu nə adətlərdi xoşuma gəlmədi

--------------------

Mr_Unlimited

  • 31 iyul 2010 02:06
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
{awards}
cox maraqli adetlerdi tewekkurelr

MiKoLaDka

  • 30 iyul 2010 20:18
  • Məqalə: 4
  • Şərh: 162
  • Bal:
{awards}
zehlem gedir bu adetlerden

--------------------
Menden nifret edin cunki men sizden deyilem
______________________________________________________
Qan gormey isdiyir gozderim.Ya axmali menden yada axitmaliyam bir yerlerden.Olum isdiyir bedenim.Ya olmeliyem yada oldurmeliyem ruhsuz bedenleri...

_LeGenDa_

  • 29 iyul 2010 12:27
  • Məqalə: 133
  • Şərh: 545
  • Bal:
{awards}
coooox maraqli xeberdi xowum geldi tewekkurler baciwkam

--------------------

Ulya

  • 27 iyul 2010 01:36
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}

Ruandada nigah bağlamaq üçün qızla oğlanın bir-birinə nifrət etməsi mütləqdir. Toy mərasimindən sonra qadın kişinin evinə gedir və qırğın-qiyamət qoparır. Qadın ərini döyür, cırmaqlayır və bu, səhərədək davam edir, sonra qadın öz evinə yatmağa gedir, axşam isə dava-dalaş yenidən başlayır. Davalar bir neçə gün, hətta bir aya qədər sürə bilər. Qadının nifrəti keçəndən sonra ərinin evinə köçür. Ailənin dinc həyatı bir daha heç bir dava ilə pozulmur və qarşılıqlı sevgi hökm sürür.

baciiiii ne maraqli edatlerdi.en cox da buuuu:)))))))oldum gulmekden lol ellerine sagliq

Yusif

  • 26 iyul 2010 16:01
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Asiyada gənclər ipək və qırmızı rəngə bürünür. Çində qızılı və qırmızı rəng xoşbəxtlik və var-dövləti simvolizə edir, ona görə bu rənglərə hədiyyə qutularında, şamlarda da rast gəlmək mümkündür. Yaponiyada milli gəlin paltarı ipəkdən ağ kimono, ağ çiyinlik, bəzək əşyaları və gümüşü sancaqlarla bəzədilmiş xüsusi parikdən ibarətdir. Bənövşəyidən başqa (bu rəng ayrılıq rəmzidir) paltarda ağ, qırmızı və bütün rənglər ola bilər.


menede bu daha yaxindi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 61
Cəmi: 82

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 45
Cəmi: 866
 
Limon qoxusu
Xəbərləri: 44
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 16
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}