Boşanmaların qarşısını almaq üçün həbs cəzası

 
Boşanmaların qarşısını almaq üçün həbs cəzası

Ekspertə görə boşanmalar sahəsində vəziyyət
rəsmi rəqəmlərdə görünənlərdən də dəhşətlidir

Bu ilin yanvar-mart aylarında Azərbaycanda bağlanmış
nikahların sayı boşanma hallarını 6,8 dəfə üstələyib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, ilin əvvəlindən
rəsmi dövlət orqanları tərəfindən ölkədə 15,7 min nikah və 2,3 min boşanma halları qeydə alınıb.


Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında ölkədə nikahların sayı ötən ilin analoji
dövrü ilə müqayisədə 10,6 faiz, boşanmaların sayı isə 21,1 faiz artıb. Təbii ki, burada
əsas məsələ boşanmaya gedən insanların sayının nəzərəçarpacaq dərəcədə artmasıdır.
Məsələnin ən narahatedici tərəfi odur ki, belə hadisələr durmadan artır.
Sanki boşananlar bir-birilə bəhsə girib. Bəzi şəxslər bunun səbəbini həmin ailələrin
maddi baxımdan əziyyət çəkməsində görür. Heç şübhəsiz, digər səbəblər də mövcuddur.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirdi ki, hələ dəhşətli görünən bu rəqəmlər
rəsmi olaraq hesablanıb. Yəni qeyri-rəsmi nikahdan sonra boşananların da sayı
sürətlə artıb: "Real hesablanma aparılsa, rəqəm daha artıq çıxacaq. Çünki praktika da
göstərir ki, son dövrlər nikahın rəsmiləşdirilməsilə bağlı problemlər var. Yəni indi 3 ailədən
biri nikahı rəsmiləşdirmir. Müxtəlif səbəblərdən nikahlar həm də qeyri-rəsmi həyata keçirilir.


Ona görə də, hələ nə qədər boşanma qeydə alınmadığı aydındır. Boşanmalarla əlaqədar
2006-cı ildən bu yana problemi həm cəmiyyətə, həm də dövlət qurumlarına çatdırmışıq ki,
vəziyyət fəlakət halına çatıb. Ona görə ki, boşanmaların əsas səbəbi ailə zorakılığıdır.
Adətən qadının psixologiyasında öz ocağını dağıtmağa meyllilik olmur, o, uşağın atası
olmasını istəyir. Yəni cəmiyyətdə onu barmaqla göstərilməsini qəbul etmir.
Boşanmaya isə gedən tərəf çox zaman qadın olur. Həmin addımı isə qadın həyat
yoldaşı ilə birgə yaşayış mümkün olmadıqda atır. Başqa cür desək, artıq burada qadının,
uşaqların təhlükəsizliyindən söhbət gedir. Ona görə qadınların daha çox adını
çəkdim ki, boşanmaya əksərən onlar üz tutur.
Kişilər çox nadir hallarda boşanmaya getmiş olur".

M.Əzizova deyir ki, bəzən boşanmaların faydası olur və bu cür addımlar dəstəklənir:
"Ona görə ki, ailə daxili münaqişə son həddə çatanda, qadının, eləcə də uşağın
döyüldüyünün şahidi oluruq. Lap döyülmə halları olmasa belə,
onlar özlərini alçaldılmış hiss edir, qorxu altında yaşayırlar.


Eyni zamanda, erkən nikahı da uğursuz nikah kimi qəbul etmək olar. Çünki insanın
gərək həyat təcrübəsi olsun ki, münaqişələrdən qaça bilsin. Bu elə dövrdür ki,
münaqişələrə bəzən qadınlar özləri gedir, yəni hər deyilənə cavab qaytarılır, reaksiya
verilir. Yəni tək kişi ilə deyil, qayınana və digər
insanlarla mübahisələr, arzuolunmaz münaqişələr boşanmalara yol açır.

Bu da, boşanmaların sayının artmasına təsir göstərir. Burada məsələnin fizioloji
tərəfləri də gedə bilər. Ana ola bilməmək məsələsi, yaxud problemli
uşaq dünyaya gətirilməsi və digər səbəblər də boşanmalara gətirib çıxarır".


Müsahibimiz get-gedə artan boşanmaların qarşısının alınması, daha doğrusu,
azaldılması üçün məsələ ilə əlaqədar sərt cəzaların tətbiqini vacib hesab edir:
"Ancaq cəza verilməlidir, çünki Azərbaycanda digər üsullar keçmir. Düzdür, 2010-cu ildə
"Ailə zorakılığı haqqında" Qanun qəbul edilib. Amma hələ indiyədək lazımi addımlar atılmayıb.

Ona görə ki, sözügedən qanuna görə reabilitasiya mərkəzləri, həmçinin təhlükəsizlik
evləri yaradılmalıdır. Bundan savayı, polis qurumlarında müəyyən şöbələr olmalıdır,
treninqlər təşkil edilməlidir. Qanunvericiliyə əlavələrin olunmasına da ehtiyac yaranıb.


Bizim mərkəz Cinayət Məcəlləsinə xüsusi bir maddənin əlavə edilməsini təklif etmişdi.
Yəni sırf ailə zorakılığına görə təqsirkar cavab verməlidir. Burada söhbət hansısa
cərimələrdən, şərti cəzalardan deyil, azadlıqdan məhrumetmədən gedir.
Yəni heç olmasa, bir neçə sutkalıq cəza tətbiq edilməlidir ki,
kişilər qadınlara növbəti dəfə əl qaldıranda, təzyiq göstərəndə düşünməli olsun".


Geri dön

_RONALDO_

  • 16 aprel 2011 16:58
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tesekkur yaxsi xeberdi

--------------------

toto_022

  • 16 aprel 2011 16:31
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
wink onda denen evlenenlerin yarisini tutacaglar wink

sevgi yalandir

  • 15 aprel 2011 19:10
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tesekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

demon_cik

  • 15 aprel 2011 17:03
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
tesekkurler

lider

  • 15 aprel 2011 16:56
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

Angels_1985

  • 15 aprel 2011 16:04
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
Teshekkur

--------------------
Думала, что люблю, оказалось, любила думать.

Не нужно завоевывать мир,Нужно завоевать себя,и весь мир будет у твоих ног.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}