Padşahın nəsihəti

 
Padşahın nəsihəti

Bir yoxsul kişi var imiş. Onun bunun mal qarasını otarmaq, kiminsə bağını belləmək və s. ağır işlərlə öz ailəsini çətinliklə də olsa dolandırarmış.Bir gün kişi dözməyib öz yoldaşına deyir.Xanım mən artıq bu cürə sizi dolandıra bilmirəm.Odur ki mən səfərə çıxıram.Gedib bir vilayətdə bəlkə nəsə bir iş-güc tapdım.Və sonra da sizi yanıma apararam.Odur ki, evə bir miqdar pul və azuqə qoyub gedirəm.Müəyyən vaxta qədər sizi dolandırar.Sonra isə Allah kərimdir.Mən o vaxta gəlib sizi apararam.Kişi uşaqları və yoldaşıyla vidalaşıb yola düzəlir.

Bu minvalla payi-piyada uzun və məşəqqətli yol qət etdikdən sonra yad bir ölkəyə gəlib çıxır.Əyin başı cın-cındır içində yorqun ağrın bir bazarın yaxınlıqında bir daş üstə oturur ki dincini alsın.Birdən görür ki bir quş gəlib bunun çiynində oturdu.Və bu quşun dalıncada 1 qoşun adam qaçır.Adamlar təccüblə bu cın-cındır içində oturmuş adama baxırlar.Və deyirlər bundan nə padşah.Bu ki yoxsulun biridir.Və quşu yenidən uçurdurlar.Quş təkrar kişinin çiyninə qonur.Bu minvalla bir neçə dəfə quşu uçurdurlar amma quş kişidən əl çəkmir.Gəlib yenə oturur kişinin çiynində.Bu şəhərin qanunlarına görə camaat padşahı bu üsulla seçirlərmiş.Buna görə də kişini gətirib çimizdirib geyindirib taxtda otuzdururlar.Və ailəsini də yanına gətirirlər.Bu kişi çox ədalətlə və vicdanla hökumətə rəhbərlik edir.Haqsıza divan tutur haqlını isə müdafiə edir.Ona görə də bu ölkənin insanları çox firavan və xoşbəxt yaşayır.

Bir gün qonşu ölkənin səfiri bu padşahın yanında qonaq olur.Söhbət əsnasında soruşur ki ay padşah sən necə olur ki bu boyda dövləti belə yaxşı idarə edə bilirsən.Hamı səndən razılıq edir.Bunun səbəbi nədir? Kişi deyir ey qonaq sən mənim başımın üzərində divardan asdığım o cındır libası görürsən ? Səfir cavab verir: Əlbətdə amma soruşmağa utanırdım ki sizin kimi bir əzəmətli şahın otağında bu cın-cındırın nə işi var ?

Şah deyir qonaq, mən əvvəllər çox yoxsul bədbəxt bir insan olmuşam.Bu gördüyün kirli və cırıq libas mənim şahlıq taxtıma çıxarkən əynimdə olan son libas olub.Var dövlət və şöhrət çox zaman insanı qudurdur özündən çıxarır və ədalətsiz edir .Mən bunu başım üzərindən ona görə asmışam ki, keçmişimi 1 an da olsun unutmayım.Yoxsulluqun və kasıblığın çətinliyini yaddan çıxarmayım.Və qərarlarımda da hər zaman ədalətli olum. Mən ən vacib qərarlarımı verərkən sizin kinayə ilə baxdığınız o cın-cındır libasa baxıb sonra qərar verirəm.Ölkəmin firavan yaşaması və mənim xalq arasında hörmət qazanmağımın sirri bax bu köhnə libasdadır.Mən keçmişimi unutmuram.Gələcəyimə isə ümidlə baxıram !


Geri dön

_RONALDO_

  • 16 aprel 2011 15:13
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
ilk serh menden

--------------------

sevgi yalandir

  • 15 aprel 2011 19:09
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tesekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

demon_cik

  • 15 aprel 2011 17:15
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
tesekkurler maraqli idi

YazYamuru

  • 15 aprel 2011 16:24
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
eeeehhh neyseeeee..... feel t$k maraqli idi

--------------------



Angels_1985

  • 15 aprel 2011 16:19
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
Cooox beyenildi......

--------------------
Думала, что люблю, оказалось, любила думать.

Не нужно завоевывать мир,Нужно завоевать себя,и весь мир будет у твоих ног.

ilahe-Mehdiyeva

  • 15 aprel 2011 16:14
  • Məqalə: 1
  • Şərh: 175
  • Bal:
{awards}
sonda mena bilinir. heqiqeten insan kecmiwini unutmamalidir.


lik werh menden

--------------------
fikir bildirmek yoxdur. ancaq twk xebere gore. bele olmaz

Angels_1985

  • 15 aprel 2011 16:12
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
Teshekkurler. amma teessuf ki indiki zamanda bele dushunceli insanlar az qalib... demek olar ki hec yoxdu.......

--------------------
Думала, что люблю, оказалось, любила думать.

Не нужно завоевывать мир,Нужно завоевать себя,и весь мир будет у твоих ног.

lider

  • 15 aprel 2011 16:10
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
hala olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 22
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}