Bir neçə aydan sonra maaşlar, pensiyalar qaldırılacaq

 
Bir neçə aydan sonra maaşlar, pensiyalar qaldırılacaq

“Azərbaycan nadir imkanlara malikdir və biz bu imkanlardan istifadə edirik”. Bunu Prezident İlham Əliyev Masallı rayonuna səfəri çərçivəsində yeli ictimaiyyətin nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, Azərbaycan bütün sahələrdə inkişaf edir. O, bildirib ki, həm ölkə daxilində gedən proseslər müsbət istiqamətdə inkişaf var, həm də bütün sosial-iqtisadi məsələlər həll olunur. “İndi biz bunu Masallı rayonunun timsalında da görürük. Qazlaşdırma, su, kanalizasiya, yollar, elektrik enerjisi təchizatı, infrastruktur, məktəblər, tibb məntəqələri. Yəni bütün bu məsələlər onu göstərir ki, ölkə sürətlə inkişaf edir”, - deyən dövlət başçısının sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənir.

Prezident İlham Əliyev Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumuna da toxunub. Onun fikrincə, tədbirin yüksək səviyyədə keçirilməsi bütün dünyaya Azərbaycanı olduğu kimi təqdim edib: “Biz ilk növbədə, öz milli dəyərlərimizə sadiqik. Bugünkü müstəqil dövlətimiz məhz milli dəyərlər üzərində qurulub. Biz öz dini ənənələrimizə sadiqik. Müqəddəs İslam dininin dünyada təbliği üçün Azərbaycan çox böyük işlər görür. Azərbaycanda din-dövlət münasibətləri elə qurulub ki, bu, bütün ölkələr üçün nümunə, örnək olmalıdır. Eyni zamanda, bütün başqa dinlərin nümayəndələrinə də həmişə Azərbaycanda xoş münasibət olub və bu münasibət bu gün də var. Milli, dini dözümlülük, tolerantlıq Azərbaycan xalqına və bütün Azərbaycan vətəndaşlarına xas olan məsələlərdir. Bu forumun yüksək səviyyədə keçirilməsi, Forum çərçivəsində çox mühüm və dəyərli fikirlərin səslənməsi, əlbəttə ki, müasir Azərbaycanın gücünü göstərir. Yenə də deyirəm, istənilən sahədə ölkəmiz böyük fərəh hissi ilə özünü dünyaya təqdim edir. Həm iqtisadi inkişaf, həm siyasi sabitlik, həm dünyaya baxışlarımız, Azərbaycanda sözün əsl mənasında vətəndaş cəmiyyətinin formalaşması, dini dəyərlərə münasibətimiz, bütün bunlar bizi gücləndirir”.

“Bu gün biz dünyanın müxtəlif yerlərində münaqişələri, qarşıdurmaları, o cümlədən dini zəmində baş verən münaqişələri görürük”, - deyən dövlət başçısının sözlərinə görə, bütün bunlar onu göstərir ki, hər bir ölkə ancaq düzgün siyasət nəticəsində inkişaf edə bilər: “Ölkəmizin inkişafı müxtəlif istiqamətlərdə gedə bilər. Bizim seçdiyimiz yol, ən düzgün yoldur. Həm sabitlik qorunur, həm insanların təhlükəsizliyi təmin edilir, həm də sosial və iqtisadi məsələlər həll olunur. Dünyada mövqeyimiz güclənir. Biz ölkəmiz üçün, dünya üçün çox vacib nəhəng enerji layihələrini icra edirik. Bu gün Azərbaycan dövləti müstəqil dövlət kimi tam formalaşıb. Dövlətçiliyimizin əsasları tam şəkildə qurulub və biz bu gün daxili imkanlar hesabına yaşayırıq”.

Prezident İlham Əliyevin fikrincə, əgər Azərbaycanda güclü iqtisadi əsaslar olmasaydı və neft siyasəti düzgün aparılmasaydı, bu gün biz də o vəziyyətə düşə bilərdik: “Amma kim bizə kömək edəcək? Biz indi bölgədə gedən proseslərə müəyyən mənada ikili standartlarla yanaşmanı görürük. Bu barədə mən öz fikirlərimi bildirmişəm. Biz uzun illərdir ki, ikili standartlarla üzləşirik. Bizə əgər kimsə kömək etsəydi belə, yəqin ki, bu köməyi təmənnasız göstərməzdi. Amma bu gün bizim ehtiyacımız yoxdur. Çünki biz özümüz özümüzü təmin edirik. Biz artıq böyük maliyyə resursları yığmışıq, iqtisadi inkişaf gedir. Böhranlı illərdə manatın məzənnəsini sabit saxlamışıq, imkan verməmişik ki, sosial cəhətdən aztəminatlı insanlar əziyyət çəksinlər. Böhranlı 2009-2010-cu və 2011-ci illərdə sosial proqramlar icra edilib. Bir neçə aydan sonra maaşlar, pensiyalar qaldırılacaq. Suya olan borclar silinir. Budur, bizim siyasətimiz. Bizim siyasətimiz sosialyönümlüdür. Eyni zamanda, biz müstəqilliyin gücləndirilməsi üçün bütün imkanlardan istifadə edirik və edəcəyik. Biz müstəqil yolumuzdan dönməyəcəyik və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.


Geri dön

ANGELS

  • 19 noyabr 2011 18:36
  • Məqalə: 0
  • Şərh: 398
  • Bal:
xebere qorrrre tesekkur

--------------------
yeni il

_RONALDO_

  • 16 aprel 2011 15:09
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
BAWLARINA DEYSiN.

--------------------

sevgi yalandir

  • 15 aprel 2011 19:07
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tesekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Orxan Nagiyev

  • 15 aprel 2011 17:27
  • Məqalə: 200
  • Şərh: 342
  • Bal:
{awards}
lider eeeee SİYASİ SEHVLERE YOL VERME!!!

--------------------

POLAT

  • 15 aprel 2011 17:23
  • Məqalə: 8
  • Şərh: 251
  • Bal:
{awards}
ne xeyri var haminin maawi qalxsada menim maawim qalxmaz

--------------------


♥ Her Saniye !
♥ Her Dakika !
♥ Her Saat !
♥ Her Gün !
♥ Her Ay !
......♥ Her Yıl !

BENİMSİN ! ve Bu Hep BöyLe
KaLacak
Zamana İnat oLsada!
Bu AŞK Bitmez !

/(,") ♥ (¨.)
./♥\.♥./█\.
_||_ ♥ _||_

FanatkaJB

  • 15 aprel 2011 17:13
  • Məqalə: 18
  • Şərh: 918
  • Bal:
{awards}
lap yaxsi twk

--------------------

UZEYIRIN GULIASI

  • 15 aprel 2011 16:48
  • Məqalə: 2
  • Şərh: 318
  • Bal:
{awards}
VAM POVEZLO AZERBAYDJANCHI... SPASIBO.

--------------------
UZEYIRIN GULIASI.

demon_cik

  • 15 aprel 2011 16:46
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
oxumadim tesekkurler

ama bu qiymetlerin qalxacagina isaredir

lider

  • 15 aprel 2011 16:45
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
ilk wehr menden. BAWLARINA DEYSiN. ERZAGIN QiYMETLERI NE QEDER ARTACAQ ONU DEMIyiB?

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 85

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 55
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 50
Cəmi: 870
 
Limon qoxusu
Xəbərləri: 48
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 25
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}