Möminin Silahı

 
Möminin Silahı

Şübhəsiz ki, həmd Allah üçündür. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərrindən, əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran olmaz, Allah kimi azdırarsa ona hidayət verən olmaz. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və ortağı yoxdur. Yenə şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir. Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! (Ali İmran, 102)

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən nəzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (Nisa, 1) Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əgər belə etsəniz, Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.(Əhzab, 70-71)

Bundan sonra: Sözlərin ən doğrusu Allahın Kitabı, yolların ən xeyirlisi Məhəmməd (s.ə.s)-in yoludur. İşlərin ən şərlisi muhdəs (Dində olmayan şeyin din adından istifadə edilməsi) olanlardır. Dinə sonradan soxulan hər şey bidətdir, hər bidət zəlalətdir, hər zəlalət atəşdədir. (Xütbətul Hacc adı ilə məşhur olan bu duanı, Cümə xütbələrində və bütün söhbətlərində oxuyan Rəsulallah (s.ə.s) birbaşa əshabına da öyrətmişdir.) (Muslim, 867; Nəsai, 3/188)

Həmd, dualara cavab verən, sıxıntıları aparan Allaha, salavat və salam Allahın peyğəmbərliyi tamamladığı Məhəmməd (s.ə.s)-ə olsun.
Şübhəsiz bütün insanlar dua və Allaha sığınmağı xüsusi bir ehtiyac duyur. Sıxıntıların aparılmasında, ehtiyacların aradan götürülməsində, onlara gələn bəla və fitnələrin qarşısının alınmasında dua insan üçün zəruri ehtiyacdır.

Dua, möminin qüvvətli silahı, bəlanı dəf edib qəzanı rədd etdiyi sağlam qalasıdır. Dua, yolunu itirmişlərin, hüznlü və zülmə düçar olanların sığınağıdır. Onlar bu qalaya sığınıb onda qərar tutarlar. Dua, ən böyük ibadətlərdən biridir. Sadiqlik ilə dua edən kimsə, Rəbbinə bağlanır və yaradılmışlardan üz çevirir. Qəlbi ilə onlara yönəlmir. Çünki qullar onu üçün nə zərər, nə fayda, nə ölüm, nə həyat, nə də başqa bir şeyə qadir ola bilməzlər.

Kəramət və yüksək comərdlilik sahibi Allaha təsbih edirəm (Onu bütün nöqsanlardan uzaq tuturam). Qulun ehtiyaclarını Ondan istəməsini ibadət etmişdir və bunu ona əmr etmişdir, onun tərk edilməsini də ən açıq şəkildə qınamışdır. Bu ibadəti tərk edən kimsəni Ona qarşı böyüklük edən biri saymış və onu şiddətlə təhdid etmişdir. Allah Təala belə buyurur: Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram! Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (Ğafir, 60)
Dua İbni Qeyyim (rh)-ın tərif etdiyi kimi: İnsana fayda
verən şeyləri tələb etmək, zərər verəcək şeyləri istəməm.


Geri dön

Nurlan_253

  • 17 aprel 2011 11:54
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
GOZEL XEBERDIR SAGOLUN

_RONALDO_

  • 16 aprel 2011 14:59
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Allah razi oldun.

--------------------

nilayka

  • 16 aprel 2011 13:41
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag olun Allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 15 aprel 2011 22:16
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tewekkurler.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 15 aprel 2011 21:07
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Allah razi olsun.

Aleyra

  • 15 aprel 2011 20:59
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Allah razi olsun,her birimizi elde etdiyina qane etsin.tewekkurler

sevgi yalandir

  • 15 aprel 2011 19:01
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkur edirem cox sagol

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

FanatkaJB

  • 15 aprel 2011 17:30
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
Allah razi oldun.twk

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 48
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}