Astarada 65 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb

 
Astarada 65 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb

Astarada səfərdə olan prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olub. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlətimizin başçısına raport verib.
Prezident sərnişin-nəqliyyat gömrük nəzarəti xəttində avtomobillərin gömrük nəzarətindən keçmə prosesi ilə tanış olub.

Bildirilib ki, burada hər cür şərait yaradılmış, ən müasir avadanlıq qurulmuşdur.
Dövlətimizin başçısı idxal gömrük nəzarəti xəttində yaradılan şəraitlə tanış olarkən qeyd edildi ki, idxal və ixrac gömrük nəzarəti xətlərinin hər birində eyni vaxtda üç avtomobil gömrük nəzarətindən keçə bilər. Bu xətlərin hər birində elektron növbə sistemi də yaradılıb.

Dövlətbaşçısı Astara Gömrük İdarəsinin əvvəlki və yeni görüntülərini əks etdirən fotostendə baxıb.
Astara Gömrük İdarəsinin inzibati binası ilə tanış olan Prezident İlham Əliyev burada piyadaların gediş-gəliş xətlərində, gömrük yoxlama məntəqələrində yaradılan şəraitlə də maraqlanıb.

İnzibati binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotostendlər qurulub. Dövlətimizin başçısı inzibati binada ölkə üzrə sərhəd-keçid məntəqələrində gedən iş prosesini canlı olaraq izləyib.
Sonra Prezident İlham Əliyev binanın eyvanından ətrafı seyr edib.

Daha sonra dövlətimizin başçısı Gömrük Tədris Mərkəzinin fəaliyyəti ilə tanış oldu. Burada Heydər Əliyev xatirə otağı yaradılmış, ulu öndərin büstü qoyulmuş, görkəmli dövlət xadiminin xatirəsinə həsr olunan kitablar toplanıb. Mərkəzdə, həmçinin videokonfrans, tədris otaqları, akt zalı var.
Dövlət başçısı Astara Gömrük İdarəsində müasir memarlıq üslubunda tikilmiş “Az Duty Free Shops” - Rüsumsuz Ticarət Mərkəzi ilə tanış olub. Bildirildi ki, mərkəzin birinci mərtəbəsində əsasən yeyinti məhsulları, ikinci mərtəbədə isə elektrik məişət əşyaları istehlakçılara təqdim olunub.

Bu gün Prezident İlham Əliyev həmçinin Astarada Gənclər Evinin açılışında iştirak edib, Heydər Əliyev prospektində yaradılmış Dövlət Bayrağı Meydanı ilə tanış olub. Meydanda 65 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılıb. Ətrafda ən müasir tələblərə cavab verən park salınmış, müasir işıqlandırma sistemi qurulmuş və abadlıq işləri görülüb.

Dövlətimizin başçısı Gənclər Evinin açılışını bildirən lenti kəsdikdən sonra ümumi sahəsi 900 kvadratmetr olan ikimərtəbəli bina ilə tanış olub. Bildirilib ki, burada gənclərin istirahəti və dincəlməsi üçün hər cür şərait yaradılıb. Binanın birinci mərtəbəsində çay evi və internet klub, ikinci mərtəbədə isə bayraq guşəsi və şahmat klubu fəaliyyət göstərir. Ümumilikdə burada 12 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Məlumat verilib ki, gənclər çay evində cənub bölgəsində yetişdirilən çay nümunələrindən dəmlənmiş çay içib öz istirahətlərini təşkil edə bilərlər. Şahmat klubunda isə yeniyetmə və gənclər bu qədim oyunun sirlərinə yiyələnə, ərazidəki Dövlət Bayrağı Muzeyində Azərbaycan tarixinin şanlı səhifələri ilə tanış ola biləcəklər. Muzeydə 1918-ci ildən bəri Azərbaycanda mövcud olan dövlət bayraqlarının nümunələri təqdim edilir, bununla yanaşı, qədim pullar, medallar və digər tarixi eksponatlar nümayiş olunur. Muzeydə Azərbaycanın hərb tarixinə dair eksponatlara da geniş yer verilib.


Geri dön

nilayka

  • 16 aprel 2011 14:51
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
tewekkurler

--------------------

Nurlan_253

  • 16 aprel 2011 10:33
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
Hemise Bayragimiz Goylere Ucalsin ...

E_M_O

  • 16 aprel 2011 10:23
  • Məqalə: 0
  • Şərh: 547
  • Bal:
{awards}
TWK EDIREM

YazYamuru

  • 16 aprel 2011 02:47
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Heeeeeee ne deyirik teki bayragimiz göylerde dalgalansin!!!!

--------------------



ilahe-Mehdiyeva

  • 16 aprel 2011 00:50
  • Məqalə: 1
  • Şərh: 175
  • Bal:
{awards}
bayragin ucaldilmasi ile tebrikler. astara rayonu deyesen ireliye dogru
addimlayir. xeyirli olsun

--------------------
fikir bildirmek yoxdur. ancaq twk xebere gore. bele olmaz

Made_In_Bakinka

  • 16 aprel 2011 00:49
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
twk

-=EFSANE-XANIM=-

  • 16 aprel 2011 00:16
  • Məqalə: 8
  • Şərh: 842
  • Bal:
{awards}
yaxsi ediblerçbu da cirilmasa yaxsi olar

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

lider

  • 16 aprel 2011 00:06
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
tewekkurler

aysel481

  • 15 aprel 2011 23:34
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
bakidaki hele ders olmayib.cirilir gunde ozlerin biyabir edirlerdeeeeeeee fellow

MY_SWEET_FRIEND

  • 15 aprel 2011 23:30
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
tesekkur sevindim,axari olsun..

--------------------
ßÁŚĶÁĹÁŔĨŃĨ ÁVÚŤМÁĶĹÁ ĶĔŃĎĨ ÁČĨĹÁŔĨŃĨ ÚŃÚŤÚŔŚÚŃ..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 55
Cəmi: 75

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 46
Cəmi: 126
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}