Yalan böyük günahdır

 
Yalan böyük günahdır

Yalan böyük günah və olduqca mənfi xüsusiyyət olduğu üçün qətiyyətlə pislənmişdir. Yalan, danışanın etimad və etibarını itirməsi ilə yanaşı, cəmiyyətdə etimadsızlıq, şəkk və tərəddüd toxumunu səpir. İnsanların bir-birlərinə etimad etmədikləri bir cəmiyyətdə yaşamaq isə, məlum olduğu kimi dözülməz və acınacaqlıdır.

Yalanın tərifi
Yalan - həqiqətə uyğun olmayan şeylərə deyilir. Əhəmiyyət doğuran məsələlərdən biri budur ki, danışılan sözün yalan olması mümkün olduğu kimi, bəzi iş və əməllərin də yalan olması mümkündür. Məsələn, hər hansı bir şəxsin özünü şəxsiyyətli bir insan kimi göstərməsini, amma həqiqətdə heç də elə olmadığını buna misal çəkmək olar. Demək yalan həm sözdə, həm də əməldə ola bilər. Yuxarıda verilən tərif onların hər birinə şamil olur.

Qurani-Kərimin yalana olan baxışı
Quranın bir çox ayələrində yalan və onun müxtəlif yönləri haqda söhbət açılmış və insanın bu mənfi xüsusiyyəti tərk etməsinə təkid olunmuşdur. Biz onlardan bir neçəsinə işarə edirik:
1. Həcc surəsinin 30-cu ayəsində Allah-Taala insanları bütlərə pərəstiş etməkdən çəkinmələrini əmr etməklə yanaşı, yalandan da çəkinmələrini əmr edir:

ذَلِكَ وَمَن يُعَظِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَّهُ عِندَ رَبِّهِ وَأُحِلَّتْ لَكُمُ الْأَنْعَامُ إِلَّا مَا يُتْلَى عَلَيْكُمْ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْثَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ

«...Bütlərdən qaçının, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin».
2. Nəhl surəsinin 105-ci ayəsində yalan danışmağın imansızlıqla bərabər olduğu göstərilir:

إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ وَأُوْلـئِكَ هُمُ الْكَاذِبُونَ

«Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar!»
3. Zumər surəsinin 3-cü ayəsindən belə qənaətə gəlmək olur ki, yalançılar Allahın hidayətindən məhrum və aqibətləri acınacaqlı olan şəxslərdir:

أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاء مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَى إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ

«...Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz».
Başqa bir ayədə buyurur:
«...Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı və yalançını doğru yola müvəffəq etməz».
4. Allahın hidayətindən məhrum olan kəslər Onun qəzəb və lənətinə düçar olarlar. Ali-İmran surəsinin 61-ci ayəsində Peyğəmbərlə (s) məsihilər arasında yaranmış qarşıdurma haqda söhbət açılarkən Nəcran keşişlərinə xitab edilərək buyurulur:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

«...Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!»
Başqa bir ayədə deyilir:
«...Əgər yalan deyirsə, Allah ona lənət eləsin!...»

Yalan hədislərdə
1. Hədislərin bir çoxunda yalan «imanı aradan aparan» və bu kimi digər ifadələrlə bəyan edilir.
Peyğəmbər (s) buyurur:
«Çox yalan danışmaq imanı məhv edib aradan aparır».
Başqa bir hədisdə buyurur:
«Yalan danışmaqdan çəkinin. Çünki yalan insanı imandan uzaqlaşdırır».
Əli (ə) buyurur:
«Yalandan uzaq olun. Çünki yalan insanı imandan uzaqlaşdırır. Daim həqiqəti söyləyən sadiq insanlar hidayət yoluna qədəm qoyarlar, yalançılar isə bədbəxtçilik və rüsvayçılıqla üzləşərlər».
Nəql olunmuş bir çox hədislərdə deyilir ki, yalan, möminlərə xas olmayan bir xüsusiyyətdir. Onlar bu günaha çox nadir hallarda düçar olarlar. Yalançılar isə bunu özlərinə peşə edərlər. Həsən ibn Məhbubdan nəql olunan hədisdə deyilir:
İmam Sadiqdən (ə) soruşdum:
- Mömin paxıl ola bilərmi?
Buyurdu: - Bəli.
Soruşdum, - bəs yalançı necə,- buyurdu: - Xeyr, mömin yalançı ola bilməz. Sonra sözlərinə davam edərək buyurdu: - Mömin hansı xasiyyətə malik olsa da, xain və yalançı ola bilməz.
2. Yalanın bütün pisliklərin amili olduğu haqda deyilir:
«Yalan insanları pisliklərə, pisliklər isə cəhənnəmə sövq edər».
İmam Həsən Əskəri (ə) buyurur:
«Günah və pisliklərin açarı yalan olan evlərdə olar».
3. Digər hədislərdə yalanın ən pis əxlaqi xüsusiyyətlərdən biri olduğu göstərilir. Əli (ə) bu haqda buyurur:
«Yalan danışmaqdan çəkinin, çünki ən pis əxlaqi xüsusiyyətlərdən olan yalan, pozğunluğun bir növüdür».
«Yalan danışmaq ən pis əxlaqi xüsusiyyət və insanlar arasında nifaq salmaqdır».
«Yalançılıqdan pis adət yoxdur».
Peyğəmbər (s) buyurur:
«Ən böyük cinayət yalan danışmaqdır».
Başqa bir yerdə buyurur:
«Ən böyük xəyanət odur ki, mömin qardaşın sənin danışdığın sözləri təsdiq edə, sən isə ona yalan satmış olasan».
Həzrət Əli (ə) buyurur:
«Düzlük əmanətdarlıq, yalançılıq isə xəyanətdir».
Başqa bir yerdə buyurur:
«Sözlərin ən pisi yalandır».
Həmçinin buyurur:
«İmanın nişanələrindən biri də budur ki, ziyanına olsa belə, düz sözü xeyrinə olan yalandan üstün tutasan».
İmam Sadiq (ə) buyurur:
«Ağıllı insanlar yalan danışmaz, əgər onların xeyrinə olsa belə».


Qurani-Kərimdə düzgünlük və sədaqət barəsində
İslamın yalana olan münasibəti bəlli oldu. Burada düzlük və sədaqət barədə də söhbət açmağı məqsədəuyğun hesab edirik. Tövbə surəsinin 119-cu ayəsində deyilir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ

«Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!...»
Başqa bir ayədə isə Allah-Taala düz danışan və düz yolda olanlara böyük nemət (Cənnəti) mücdə verir:
«Allah buyurdu: Bu, (Qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altında çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Bu, (möminlər üçün) böyük uğur və qurtuluşdur!»
Peyğəmbər (s) bu haqda buyurur:
«Qiyamət günü sizlərdən mənə ən yaxın olanınız düz danışanlarınızdır».
Əli (ə) buyurur:
«Düz danışmaq böyük şərəf və ucalıqdır».
Başqa bir yerdə buyurur:
«Düz danışmaq ədalətlə qardaşdır».
İmam Sadiq (ə) buyurur:
«Allah elə bir peyğəmbər göndərməmişdir ki, düz danışan və əmanətdar olmasın».


Geri dön

music_angel

  • 5 sentyabr 2011 16:39
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

tunar_mamedov

  • 21 aprel 2011 04:45
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
«Düz danışmaq böyük şərəf və ucalıqdır».
!!!!TEŞEKKÜRLER..............

Samira19760

  • 17 aprel 2011 17:55
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Allah komeyiniz olsun

_Güni_

  • 17 aprel 2011 15:57
  • Məqalə: 0
  • Şərh: 89
  • Bal:
{awards}
yalan danismaq en boyuk gunahlardan biridi
eger 2 dostu barisdirmaq ucun yalan deyirsense o gunah deyil mence

--------------------
Gözəli gözəl edən ədəbdir..'Ədəb' isə sevilməyə səbəbdir...

nilayka

  • 16 aprel 2011 20:25
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

munika

  • 16 aprel 2011 20:07
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
sag olun heqiqeten de yalan gunahdir smile

be-mine

  • 16 aprel 2011 18:54
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
sposibki vam

sposibki vam

_RONALDO_

  • 16 aprel 2011 18:43
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
HE RAMIL SEN HEC YALAN DEMIRSENKI

--------------------

ZEHRA

  • 16 aprel 2011 18:29
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
maraqlidi twk

lider

  • 16 aprel 2011 18:18
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
lik wehr menden. TEWEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}