Yüksəlişlərin və enişlərin dəyişə bilmədiyi Uitni Hyuston

 
Yüksəlişlərin və enişlərin dəyişə bilmədiyi Uitni Hyuston

Çünki hər bir insanın həyatı sürətlə dəyişən ağ və qara xətlərdən ibarətdir

Bəzən Allah-Təala insana xoşbəxt olması və uğurlu karyera qurması üçün bütün imkanları yaradır: qeyri-adi istedad, cəlbedici görünüş, məşhur qohumların dəstəyi. Bəziləri bununla kifayətlənir, bəziləri isə zirvəyə aparan asan yoldan imtina edir. Ritm-n-blyuz-bluz ulduzu Uitni Hyuston da belələrindəndir.

9 avqust 1963-jü ildə İst-Oranjda (Nyu-Jersi ştatı) dünyaya göz açan Uitninin uşaqlığını bəxtiyar hesab etmək olar. Ailəsi musiqi aləmində yaxşı tanınırdı. Anası, Sisi Drinkard vokalist idi. O, Elvis Presli, Lu Roils, Çak Hanom, Areta Frenklin ilə çalışırdı. Xalası Dayana Uorvik isə indiyədək bluzun kraliçası sayılır.

Beləliklə, qızcığazın və onun qardaşlarının (Harri və Spayk) yeganə seçimi səhnə idi. Uitni oxumağa anasının vokal dərsi verdiyi Nyuport kilsəsinin uşaq xorunda başlamışdı. 11 yaşına çatanda qızcığaz solo ifaya başlayır, psalmaları (zəbur surəsi) o qədər ürəkdən söyləyirdi ki, kilsəyə gələnlər göz yaşları axıdırdılar. Uitni arzu edirdi ki, anası kimi vokalda oxusun. Yaxınları artıq o zamanlar başa düşürdülər ki, qız məşhur olacaq. Karyerasına Uitni podiumdan, həmçinin “Seventeen” və “Glamour” jurnallarından başlayır. O, yeniyetmələr üçün geyim nümayiş etdirir, amma gözəl görünüşə baxmayaraq uğur əldə edə bilmir.

15 yaşı tamam olanda Uitni həyatının ilk acınacaqlı xəbərini alır: qızın ata-anası boşanmaq qərarına gəlirlər. Ailə dağılır. Məlum olur ki, valideyinləri bir arada hörmət və uşaqlara məhəbbət saxlayırdı və hər ikisinin kənarda öz həyatı var. O anda Uitni özü üçün qərar verir: “Lənət olsun! Heç vaxt sakit və düçüncəli adama ərə getmərəm”. Bu sözlərlə o, sanki gələcək taleyini müəyyən edir. Bir neçə həftə sonra Uitni təkbaşına tanınmış menecer Cin Harvi ilə müqavilə bağlayır. Onun rəhbərliyi altında o, səs, rəqs və aktyor məharəti üzərində işləyir. Eyni zamanda Uitni Nyu-York konservatoriyasında oxuyur. Gənc qızın bacarığına “Arista Records” konserninin prezidenti Klayv Devis diqqət yetirir. Klayvın Afroamerikan müğənnisi Uitniyə böyük ümidləri vardı, çünki o vaxt musiqi olimpində yalnız ağdərili ifaçılar yer alırdı.

Uitninin ilk sinqlı 1985-ci ildə işıq üzü görür və pop-musiqi aləmində ağlagəlməz uğur qazanır: mahnı 14 həftə dalbadal hit-paradların zirvəsində olur, satış tirajın sayı isə13 milyonu keçir. “You give Good Love” sinqlı “Bitlz” və “bi Ciz” albomlarından populyar olur və ABŞ-ın ən satılan albomu reytinqini qazanır. Nəhayət, şöhrət Uitni Hyustonun qapısını döyür. Bir anda o, sevilən divaya çevrilir. Tezliklə, 1987-ci ildə, o “Whitney” valını çıxarır və bununla öncələr yalnız kişilərin yer tutduğu çartda birinciliyi qazanır. İfaçı həmişə nüfuzlu musiqi mükafatı olan “Qremmi” nominantları sırasında yer alır. Hal-hazırda o, altı heykəl sahibidir.

Birinci albomun debütündən sonra Uitni beş ilini konsert səfərlərində keçirir, ancaq bu ona dedi-qodusuz sevgililəri ilə görüşməyə mane olmur. Hər yerdə Uitnini addım-addım izləyən paparasilər müğənninin şəxsi həyatı haqqında heç bir qalmaqal uydura bilmirlər: onun Rendal Kaningem, Cerman Cekson, Edi Merfi (onunla hətta nişanlı olub) kimi ulduzlarla romanı olub.

1992-ci ildə Uitni “Cangüdən” filminə dəvət alır. İzdiham və müxbirlərin səs-küyünə öyrəşən Hyuston kinoya çəkilməkdən qorxurdu və cürbəcür dəlil gətirirdi, ya baş qəhrəmanı bəyənmir: “şıltaq, səfeh primadonna”, ya da heç təcrübəsi olmadığını iddia edirdi. Baş kişi rolunun ifaçısı və prodüseri Kevin Kostner əlindən gələni edir ki, onu razı salsın: “Mən imkan vermərəm ki, pis oynayasan. Ona görə ürəyini sıxma, sən yaxşı oynayacaqsan”. Müğənni razılıq verir, çünki sadaladığı səbəblər sadəcə bəhanə idi. Həqiqət sadə idi: Uitni bir dəqiqə olsun belə 24 yaşlı sevgilisi, rəqqas və rep ifaçısı Bobbi Braunla ayrılmaq istəmirdi. Lakin o, Uitniyə gələcək artist sənətində dəstək oldu. Film heyrətləndirici uğur əldə etdi, ondan gələn gəlir isə 400 milyon dollardan çox oldu. Uitni Hyustonun ifasında “I Will Always Love You” (“Mən səni ömür boyu sevəcəyəm”) adlı saundtrek Birləşmiş Ştatların şou-biznes tarixində ən çox satılan sinql kimi yaddaşlarda qalıb (33 mln nüsxə). Uitninin səs diapazonu o vaxt beş aktavaya qədər çatırdı.

İndi, müğənni yüksəklərə ucalandan sonra, Bobbi ondan acıq çıxmağa başlayır, çünki yoldaşı ondan uğurlu, zəngin və populyardı. Uitni isə səbirlə təhqir, xəyanət və bütün vəhşiliklərə dözür. O inanmaq istəmirdi ki, Braun ona sadəcə paxıllıq edir. Hyuston yoldaşının psixi cəhətdən problemləri olduğunu, ondan əlavə uyuşdurucuya meylini, xuliqanlığa görə davamlı həbs edildiyini, ayrı-ayrı qadınlardan üç kəbinsiz uşaqlarının olmasını bilirdi. Bilə-bilə də bunlara göz yumurdu, hətta əri ilə qürur duyurdu: “Mən özümə əla kişi tapmışam. Onun arxasında özümü güvəndə hiss edirəm". Yalnız çox tez bir zamanda müğənninin dinc həyatı cəhənnəmə çevrilir. Vəziyyəti qızı Kristinanın dünyaya gəlməsi də xilas etmir. Braunun hirsi getdikcə artır və Uitni praktiki olaraq karyerasını tərk etmək məcburiyyətində qalır. Bobbi hər gün polis məntəqələrinə düşür, jurnalistlərsə yeni məqalələr çap edir, üstəlik, Uitninin döyülmüş “rəngarəng” şəkilləri ilə. Və Hyuston artıq tab gətirə bilmir. 1994-cü ildə konsertlərin birində onun səsi tamamilə batır - həkimlər yeganə səbəbi əsəblərin pozulmasında görürlər. Sonra bu cür hadisələr dəfələrlə təkrarlanır, davamlı stress uşaq itirmələrinə səbəb olur. Sifətindəki dəhşətli izləri isə Uitni indiyədək gizlətməyə çalışır və ona hər şeyi bağışlayır, çünki sevir. Beş il sonu olmayan dava-dalaş və barışmalarla keçir, bu müddət ərzində Uitni bir albom belə yazdırmır.

Lakin sonra gözlənilməyən hadisə baş verir, Uitni yoldaşından boşanır. 1998-ci il, yəni ayrılıqdan bir il sonra, o, “Misir şahzadəsi” cizgi filminə Maraya Keri ilə birlikdə “When you believe” (“Sən inananda”) saundterk yazdırır və yeni solo albom hazırlayır. Mətbuat Hyustonun yenidən həyata gəlməsindən danışır, musiqi tənqidçiləri isə iddia edir ki, müğənni tamam dəyişib. Onun həyatı yavaş-yavaş düzəlir. Fəqət Bobbi Braun varlı və məşhur arvadı üçün darıxırdı. O çalışır ki, hər şeyi yenidən başlasın. Uitniyə gül dəstələri bağışlayır, əvvəlki kimi görüşə dəvət edir. Hyuston yenə də ona inanır və Bobbiyə qayıdır. Yenə hər şey təkrarlanır, Bobbi yenidən vəhşiyə çevrilir. Bu cəhənnəmə daha dözə bilməyən müğənni uyuşdurucu qəbul etməyə başlayır. Müğənni nə baş verdiyini yaxşı analayır və özünü ələ ala bilir. Uyuşdurucu asılılığından canını qurtarır. Onu yaşamaq istəyi və qızının gələcəyi qorxusu xilas edir. Amma Braunu tərk etmir.

Yüksəlişlər və enişlər Uitnini heç dəyişə bilmədi. O, əvvəlki kimi yoldaşını sevir və
həmişəki kimi hər şey yaxşı olacaq ümidi ilə yaşayır. Çünki hər bir insanın həyatı sürətlə dəyişən ağ və qara xətlərdən ibarətdir


Geri dön

::..ONSLAUGHT::..

  • 17 aprel 2011 21:58
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
tesekurler edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 16 aprel 2011 21:51
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twk maraqlidi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

nilayka

  • 16 aprel 2011 20:24
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
twk maraqlidi

--------------------

_RONALDO_

  • 16 aprel 2011 18:43
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tewekkur cox sevdiyim mugennidi

--------------------

lider

  • 16 aprel 2011 18:14
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEWEKKURLER

heyasiz204

  • 16 aprel 2011 18:14
  • Məqalə: 27
  • Şərh: 1190
  • Bal:
{awards}
tewekkur cox sevdiyim mugennidi wink wink wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

FanatkaJB

  • 16 aprel 2011 18:13
  • Məqalə: 18
  • Şərh: 918
  • Bal:
{awards}
twk

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 39
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 65
Cəmi: 242
 
NIGAR
Xəbərləri: 65
Cəmi: 881
 
Limon qoxusu
Xəbərləri: 60
Cəmi: 83
 
Nergiz__Sirinova
Xəbərləri: 31
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 29
Cəmi: 30
 
Lmzade
Xəbərləri: 28
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}