Mədinəlilər

 
Mədinəlilər


Onlar aldanmağı üstün tutdular


Xanım Zəhra (s) o qədər açıq mübarizə ortaya qoydu ki, bu günə qədər bəhanə yeri qoymayıb. Lakin bu yolda öz abrını xərclədi. Abrı vermək canı verməkdən daha çətindir. İnsan abrının qorunması üçün ölməyə də razıdır. İmam Hüseyn (ə) Minada söhbət xütbə oxuyarkən buyurdu ki, əgər müsəlmanlar vaxtında Haqqı qorumaq üçün şəxsiyyətindən, abrından din üçün xərcləsəydi, indi canınlarını verməliolmazdılar. Nəticə budur ki, bir adam abrını xərcləyirsə, Allah onu can imtahanına çəkməz. Çünki abrından keçən canından da keçər. Xanım Fatimeyi-Zəhra (s) öz heysiyyətini Əlinin (ə) haqq işinə görə qurban verdi.

Xanım Zəhra (s) Peyğəmbərdən (s) sonra ən əziz insan idi. Bizə dərs verir ki, zülmlə mübarizədə birinci olmağa onun kimi şəxsiyyət layiqdir. Amma camaat nə qədər rəzil idi ki, aldanmağı üstün tutdular. Günah camaatda idi, onlar bu işə zəmin yaratmışdı. Bu gün də deyəndə ki, Müaviyə filan işi gördü, deyirlər Müaviyə ilə işiniz olmasın. Niyə? Çünki Müaviyə Peyğəmbərin (s) səhabəsi idi, yəni Peyğəmbəri (s) görmüşdü. Yüz əks dəlil müqabilində, bircə bəhanə gətirirlər - Müaviyə Peyğəmbəri (s) görmüşdü. Bir insanın yalnız Peyğəmbəri (s) görməsi onun yüzlərlə cinayətinə bəraət qazandıra bilməz. Bunu anlamaq istəməyənlər o zaman da var idi.

Xanım Fatimeyi-Zəhra (s) məsciddə pərdə arxasında çıxış edərkən xəlifə minbərdə oturmuşdu. Xanımın çıxışından təsirlənib ağlayanlar da var idi. Vəziyyətin gərginləşdiyini görən xəlifə dedi: “Ey Fatimə! Allah və Peyğəmbəri (s) düz deyir, sən doğru danışan adamsan. Sən bizdən fəzilətlisən, biz gərək elmləri səndən öyrənək, and ola Allaha səni qızım Aişədən çox istəyirəm! Ancaq məni xəlifəliyə seçən bu camaatdır, qoy onlar aramızda qəzavət etsin.” Xəlifə Haqqın sözü müqabilində camaatın qəzavətini qoydu. Xanım Fatmə də (s) xalqa üz tutub soruşdu: “Nə deyirsiz? Mən sübut etdim ki, haqqam, onlar isə mənim haqqımı qəsb ediblər. Siz nə deyirsiz?” Gördü camaat hamısı başını aşağı salıb danışmır. “Haqqı müdafiə eləməyə hazırsız?” Gördü ki, səs çıxmır. Camaatın sükutunu görən xanım Fatimeyi-Zəhra (s) döndü evinə, baxdı Əliyə (ə) dedi : “Ya Əli! bu gün məni xar etilər!” Heç üzünə zərbə dəyəndə, qoluna qamçı vurulanda xanım Zəhra (s) “məni xar etdilər”deməmişdi, ancaq bu hadisədən sonra dedi. Əli (ə) cavab verdi: “Denən : “Allah bizə kifayətdir”. Ondan sonra xanım Zəhra (s) daha danışmadı. O zamandan insanlar yalnız onun nalə səslərini eşidirdi: bəlkə sözlə ayılmayanlar Zəhranın (s) göz yaşları ilə ayılsınlar. O Fatimə (s) ki, Peyğəmbər (s) hamının qarşısında demişdi: “Kim Zəhranı incitsə, məni incidib, məni incidən Allahı qəzəbləndirib”. Həmin Fatimənin (s) naləsi Peyğəmbər (s) şəhərində ucalırdı və bütün müsəlmanlar o naləni eşidirdi. Amma ürəkləri o qədər daşdaşmışdı ki, o nalələr qəlblərinə heç bir təsir qoymurdu. Onlar yuxuya getməmişdilər, özlərini yuxuluğa vurmuşdular. Cəmiyyət yuxuda olarsa, oyanmasına ümidi var. Vay o gündən ki, cəmiyyət özünü yuxuluğa vursun. Onu nə qədər oyatsan da, ayılmaq istəməyəcək. Mədinə camaatı da belə idi. Onlar gəlib Əliyə (ə) şikayət etdilər ki, Fatiməyə (s) desin ya gecələr ağlasın, ya gündüzlər, çünki nalə səslərindən rahat yata bilmirlər. Xanım Zəhra (s) da cavab verdi ki, onlar tezliklə dincələcəklər: “Mənim ömrümdən az qalıb”. Peyğəmbərin (s) vəfatından çox keçməmişdi ki, xanım Zəhra (s) dünyasını dəyişdi.

Xanım Zəhranın (s) gecələr Mədinənin qapılarına düşüb camaatdan kömək istəməsi, İmam Hüseynin (s) meydanda “bir nəfər yoxdurmu mənə kömək edə?!” çağırışına bənzəyir. Alimlərdən biri deyir: “Əslində İmam Hüseyn (ə): “Bir nəfər yoxdurmu mən ona kömək edim?” – demək istəyir, yəni kim istəyir İmam (ə) onu Haqqa qarşı mübarizədən qurtarsın?” Xanım Zəhra da (s) bunu mədinəlilərə bunu təklif edirdi: qalxın durun Haqqın müdafiəsinə və qurtulun! Bu gün də həmin fəryad ucalır və Qiyamətə kimi ucalacaq. Odur ki, məhşərin ən çox şəfaət edənlərindən biri xanım Fatimeyi-Zəhradır (s).


Geri dön

music_angel

  • 5 sentyabr 2011 16:39
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

tunar_mamedov

  • 21 aprel 2011 04:46
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MENiM UCUH DEYERLI XEBERLƏRDİR!!!!!

::..ONSLAUGHT::..

  • 17 aprel 2011 22:04
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Lexikon

  • 17 aprel 2011 00:25
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
xeber ucun tewekur

lider

  • 16 aprel 2011 23:02
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MENiM UCUH DEYERLI XEBERDI.

_RONALDO_

  • 16 aprel 2011 19:00
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
deyerli xebere gore twk Allah razi olsun

--------------------

nilayka

  • 16 aprel 2011 18:05
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
deyerli xebere gore twk Allah razi olsun

--------------------

FanatkaJB

  • 16 aprel 2011 17:32
  • Məqalə: 18
  • Şərh: 918
  • Bal:
{awards}
tewekkurler

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 67

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 674
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 4
 
 
{slinks}