Fədək bütün bəhanələri puç etdi!

 
Fədək bütün bəhanələri puç etdi!

Fədək bütün bəhanələri puç etdi!


Xanım Zəhranın (s) qiyamı iki əsas istiqamətindən ibarət idi. Onlardan biri Əlinin (ə) vilayəti uğrunda, digəri Fədək bağı uğrunda mübarizə olub. Fədək Peyğəbərə (s) hədiyyə edilmiş bağ idi. Allahın əmrilə də Peyğəmbər (s) onu özünə götürmüşdür, yəni Allah bu bağın onun əmlakına keçməsini və beytül-mala qarışmamasını istəmişdi. Peyğəmbərimiz də (s) diriliyində onu xanım Fatimeyi-Zəhraya (s) hədiyyə etmişdi. Məqsəd də Əhli-Beytin (ə) o bağın gəlirlərindən istifadə etməsi və iqtisadi cəhətdən zəifləməmsi olub. Bu, Peyğəmbər (s) tərəfindən düşünülmüş bir addım idi. Xəlifə xilafətin ilk vaxtında bu bağı xanım Fatimeyi-Zəhranın (s) əlindən alır. Xanım Fatimeyi-Zəhra da (s) Fədək uğrunda mübarizə aparmağa başlayır. Xanım Fatimeyi-Zəhra (s) nəyə görə bir bağ üçün bu qədər mübarizə aparır? Məgər xanım Zəhra (s) üçün dünya malının bu qədər əhəmiyyəti var? Xeyr. Xanım əvvəlcədən bilirdi ki, Fədəyə görə onu çox ittiham edəcəklər və dünyapərəst adlandıracaqlar. Yuxarıda qeyd olunduğu kimi, xanım Zəhra (s) Əlinin (ə) vilayəti yolunda şəxsiyyətini xərclədi və Fədək mübarizəsi bunun bir nümunəsidir. Xanım Fatimeyi-Zəhra (s) Əlinin (ə) vilayəti yolunda abrını xərcləyir. Ona yağdırılacaq ittihamlardan xəbəri ola-ola xanım Zəhra (s) mübarizəyə başlayır, çünki Fədək məsələsində haqqı sübut və düşməni ifşa etmək daha rahat və asan idi.

Xanım Zəhra (s) məscidə gedir və Fədəyi tələb edir. Bu bağın onun haqqı, Peyğəmbərin (s) ona verdiyi hədiyyəsi olduğunu və xəlifənin həmin bağı onun əlindən aldığını deyir. Onlar da bir hiylə işlədir və bağın beytul-mala qatıldığını, fəqirlərin də ondan faydalanacağını deyirlər. Düşmənin bu addımı düşünülmüş idi: onlar bununla xanım Zəhranın (s) rüsvay etməyə çalışırlar. Bu sözlərdən elə çıxırdı ki, onlar bağın gəlirlərini müsəlmanların mənafeyi üçün xərcləmək istəyir, həzrət Zəhra (s) isə öz mənafeyini güdərək buna razı olmur.. Halbuki, xanım Zəhra (s) Fədək mövzusuna başqa səbəbdən müraciət etmişdi. Vilayət mövzusuna müraciət olunardısa düşmən üçün mübarizəni xilafət davası kimi təqdim etmək asan olardı. Bugünkü şəraitdə vilayətin Əliyə (ə) məxsus olduğunu əqli və nəqli dəlillərlə sübut etmək asandır, lakin o zaman camaatın düşüncə səviyyəsi buna imkan vermirdi. Bəhanələr gətirirdilər ki, xəlifə Əlidən (ə) yaşlıdır, təcrübəlidir, idarəçiliyi daha yaxşı bacarır, Əli (ə) isə cavandır, bu işlərdən anlayışı azdır. Xilafəti bu bəhanələrlə qəsb etmişdilər. Fədək mübarizəsində isə bu bəhanlərə yer yox idi. Odur ki, xanım Fatimeyi-Zəhra (s) bu sadə mövzu ilə böyük mətləbləri çatdıra bilərdi. Ancaq bu yolda Həzrət Zəhra (s) üçün abır itirmək təhlükəsi çox idi ki, xanım Zəhra (s) da abırını təhlükəyə qoydu. Xanım Zəhra (s) dünyapərəstlikdə ittiham olunacağını nəzərə aldı və mübarizəyə qalxdı. Camaata bir şey anlatdı ki, vilayətin qəsbi bir yana, onlar Fatimənin (s) şəxsi əmlakını qəsb etdilər. Onlar bunun cavabında Peyğəmbərdən (s) saxta hədis nəğıl etdilər: “Peyğəmbərlər özlərindən sonra miras qoymurlar”. Xanım Fatimeyi-Zəhra (s) Qurandan bunun əksini sübut edən ayələr gətirdi. Quranda ayələr var ki, Süleyman atası Davuddan, Yəhya atası Zəkəriyyədən irs apardı. Bunu deməklə xanım Zəhra (s) camaata çatdırır ki, özlərinə xəlifə seçdiyi adamlar Qurandan xəbərsizdilər. Bu birinci addım idi. Daha sonra xanım Zəhra (s) sual qoyur: “Necə ola bilər ki, Peyğəmbər Qurana zidd söz desin?” Bununla da xanım sübut edir ki, mədinəlilərin özlərinə rəhbər seçdiyi şəxslər Peyğəmbərin (s) adına yalan bağlamağa belə hazırdılar. Bu da ikinci addım idi. Xanım Zəhra (s) Fədəyi bəhanə edib onları ifşa edir və tədricən vilayət mövzusuna keçir.

Həzrət Fatimə (s) iddia qaldırı ki, onun malını əlindən almaq istəyirlər və öz haqqlığını sübut etmək üçün onlar sübut gətirməlidi, xanım yox. Onlar da imtina etdilər və onun dəlil gətirməsini istədilər. Xanım Zəhra soruşdu: “Eşitmisiz ki, Peyğəmbər buyurub : Fatimə Siddiqeyi-Kubradır (yəni doğru danışandır)?”. Dedilər: “Bəli!” Xanım Zəhra buyurudu: “Peyğəmbər mənim barəmdə bu sözü deyibsə, deməli mən yalan danışmaram. Amma siz mənə də yalan nisbəti verdiz”. Özünə şahid qismində Əli (ə) ilə Ummül-Əimməni çağırır. Ümmül-Əimmən də Peyğəmbərin (s) və xanım Zəhranın (s) evində xidmətçi olub. Ummul-Əimmən deyir: “Eşitmişik ki, Peyğəmbər (s) buyurub: “Fatimə cənnət xanımlarının xanımıdır”. Onlar da bu hədisi təsdiqlədilər. Necə ola bilər, cənnət xanımlarının xanımı özünə məxsus olmayan bir şeyi tələb eləsin? Xəlifə dedi: “O sözləri qoy qırağa mövzu üzrə danış”. Dedi: “Bəli, mən şahidəm! Peyğəmbər mənim barəmdə də buyurub ki, Ummul-Əimmən cənnət xanımlarındandır. Mən şahidəm ki, Peyğəmbər bu bağı Zəhraya hədiyyə etmişdi”. Bu birinci şahid idi. İkinci şahid də Əli (ə) idi. Həmin Əli (ə) ki, Peyğəmbər (s) onun barəsində buyurub: “Əli Haqq, Haqq Əliylədir.” Əli (ə) də şəhadət gətirəndən sonra, dedilər bir qadın və bir kişi şahidlik üçün kifayət deyil. Xanım Zəhra (s) bu addımı ilə də bunu göstərdi ki, bunlar Əlini (s) də yalançı sayırlar. Fatimənin (s) şahidləri müqabilində xəlifə Ömərlə Aişəni şahid gətirdi. Onalr da, Peyğəbbərdən (s) irs qoymamaq barədə hədisi eşitdiklərini təsdiqlədilər. Bu iki nəfərin şəhidliyi Əli (ə) ilə Ümmül-Əimmənin şahidliyindən üstün tutuldu. Xanım Zəhra (s) bildirdi ki, İslam tarixində ilk yalan şəhadəti onlar verdilər, yalan şəhadətin əsasını onlar qoydular.

Vəziyyət bu yerə çatanda, xəlifə və tərəfdarları Fədəyin beytul-mala qatılacağını və müsəlmanların ixtiyarına buraxacağını dedilər. Yəni niyyətlərinin pis olmadığını göstərmək istədilər, camaat isə onlara inandı və aldandı. Camaat aldandığına görə məsuliyyət daşıyır? Bəli. Çünki, xanım Zəhranın (s) bu qədər dəlili müqabilində, onlar bir hiyləyə aldandılar. Xanım Fatimənin (s) onlara vəziyyəti başa salırdı, onlar isə etina etmirdi. Aldanmaqda mənfəət varsa camaat özünü aldatmağa meyilli olur. Batil heç zaman mömini aldada bilməz, batilə aldanan özü aldanmaq istəyir. Xanım Zəhra (s) mədinəlilərə özlərini tanıtdırır, eyblərini göstərir, onlar isə göz yumurlar və xanım Zəhranı (s) nəsihət edirlər: madam ki, bu bağ xeyriyyə işləri üçün istifadə olunacaq, fərqi nədir kimə məxsus olacaq. Camaat istəsə idi Haqqın müdafiəsinə qalxardı, ancaq onlar rahat yol seçdilər – aldanmaq yolunu. Odur ki, xanım Zəhraya (s) zülm edən 4-5 nəfər deyildi, həmin 4-5 nəfərin təmsil etdiyi cəmiyyət idi. Biz deyə bilmərik ki, fitnə-fəsad çıxdı və mədinəlilər çaşdı. Həzrət Fatimə (s) onlara durumu açıq-aydın anlatdıqdan sonra, hansı fitnədən, çaşqınlıqdan söhbət gedə bilər. Xalq haqqı başa düşmək istəmirdi, xalq zalımların arxasında durdu.

Bu cür sadə yolla Həzrət Fatimə (s) Fədək bəhanəsi ilə batili ifşa etdi. Necəki, İmam Hüseyn (ə) Əli Əsğəri Kərbəlaya aparmaqla Yezid qoşununun iç üzünü açdı. Tutalım İmam Hüseyn (ə) batildi onu öldürdülər, axı altı aylıq uşağın nə günahı var idi ki, onu da öldürdülər? Əli Əsğərin şəhadəti düşüncəli insana haqqı qəbul etməməyə üzr yeri qoymur. Müsəlmanlar heç kafirlərin də altı aylıq uşağını öldürməzlər. Xanım Zəhra da (s) vilayət mövzusunda, Fədəyi bəhanə etdi ki, üzr yeri qoymasın. Xanım Zəhra diqqəti vilayət mövzusundan yayındırdı ki, Fədək bəhsindən keçsin vilayət bəhsinə. O, mədinəlilərin gözündən pərdələri çəkməyə müvəffəq oldu. Bu günə qədər Əlinin (ə) xəlifələrdən razı olduğunu deməyə bəhanə varsa, Həzrət Zəhra barədə bunu demək mümkün deyil. Zəhra (s) etiraz etdi və axıra qədər onlarla danışmadı və onlardan incik halda dünyadan köçdü.


Geri dön

DeLamour

  • 18 aprel 2011 00:35
  • Məqalə: 15
  • Şərh: 30
  • Bal:
sonacan oxumadim uzrlu hesab elesin muelif ) amma yenede tewekkurler

::..ONSLAUGHT::..

  • 17 aprel 2011 23:33
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
Tşk çox gözəl şəkillərdi

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

N_A_T_A_

  • 17 aprel 2011 21:41
  • Məqalə: 0
  • Şərh: 380
  • Bal:
{awards}
tewekkurler, ALLAH razi olsun.

HaMuSHaN

  • 17 aprel 2011 21:40
  • Məqalə: 72
  • Şərh: 1173
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

YazYamuru

  • 17 aprel 2011 21:33
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
cox qisa oldugu ücün haamisini oxudum wink

--------------------



Nurlan_253

  • 17 aprel 2011 21:31
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
sagolun xebere gore

::..ONSLAUGHT::..

  • 17 aprel 2011 21:27
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 17 aprel 2011 20:35
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
ilk wehr menden.TEWEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 57
Cəmi: 88

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 220
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 60
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 12
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}