Allahın xeyirli bildiyi

 
Allahın xeyirli bildiyi

Gözlərimdə anadangəlmə ciddi dərəcədə bir zəiflik var. Görünüşü gözəl, görməsi çox zəifdi gözlərimin. Həm də yaman ağrıyır, istirahət edəndə ağrısı keçir, linzadan istifadə edəndə yaxşı görürəm, amma həmişə küsmüşəm gözlərimdəm, həmişə də möhtac olmuşam gözlərimə.

Ali məktəbə hazırlaşanda yaman əziyyət çəkirdim - gözlərim ağrıyır, məni dərslərimi oxumağa qoymurdu. Gözlərimə deyirdim ki, nə olar məni yarıyolda qoyma ki, Ali təhsil ala bilim. Gözlərimin çox dəhşətli ağrıdığı zamanlarda üsyan edirdim, ağlayardım, daha da ağrıyardı gözlərim. Anam kömək etdi mənə - Mən gözlərimi yumub uzanar, anam dərslərimi mənə oxuyar, mən də onun dediklərini təkrarlayaraq öyrənərdim... O il Azərbaycandakı ən yüksək bal toplayaraq Universitetə qəbul olan tələbə idim...

Ailə qurdum, həyat yoldaşım ilk görüşdə gözlərimə aşıq olmuşdu. Mən də Gözlərimi sevməyə bir bəhanə tapmışdım - Hara baxsa sevdiyimi görür deyə...

Ana olmaq istəyirdim, həkimlər mənə uşaq dünyaya gətirməyimin gözlərim üçün təhlükəli olduğunu dedilər. Həmişə yoldaşıma deyərdim ki, sən ki, mənim gözlərimə aşiq olmusan, bəs bu gözlər səbəbilə ana ola bilməsəm, ya da nə vaxtsa gözlərim tutulsa görməsəm, mənim həbsimdə olmaq məcburiyyətində deyilsən. O nə qədər məni belə düşünmədiyinə inandırsa da düşünürdüm ki, yəqin pis olmağımı istəmir.

Yenə Allaha dua etdim, gözlərimdən dözümlü olmağı istədim. Necə çarəsizlərə çarə olan Allahım elə bir şərait yaratdı ki, övladım heç bir problemsiz dünyaya gəldi. Hətta ən tez xəstəxanadan çıxan ana yenə mən idim...

Dualarımı qəbul edirdi Allahım, çox şükr edirdim buna, məni heç vaxt darda qoymamışdı Rəbbim. Amma niyə??? Niyə məhz gözlərim? Hikmət axtarırdım, tapa bilmirdim... Sevmirdim gözlərimi... Ta ki o günə qədər...

...Ailəcə tanıdığım iki bacı var idi. Çox təəssüf ki Anaları rəhmətə getmiş, biz də başsağlığı üçün yas mərasiminə getmişdik. Onların analarına, analarının da onlara münasibətini həmişə heyranlıqla izləyərdim. Heç ağlıma da gəlməzdi ki, ölən qadın bu bacıların doğma anaları deyil. Orda bildim ki, bu bacıların birinin 2, o birinin 5 yaşı olanda anaları vəfat etmiş 1 il sonra ataları yenidən evlənmişdi. İllər əvvəl ataları da rəhmətə getmiş qızlarını da həyat yoldaşına əmanət etmişdi. Amma bu qadının da övladı olmamışdı....

Çox təsir etmişdi mənə bu hekayə...

O hüzür yerindən qayıdanda yoldaşım yenə ağrıyan gözlərimdən süzülən yaşları sildi və dedi:

-Allah həmişə bir şeyi gec və ya tez, olacaq və ya olmayacaq şəkildə, amma hər şeyin xeyirlisini edir. O bilir kimə nəyi, necə, nə vaxt, nə qədər vermək və ya almaq lazımdır. Önəmli olan Allahın verdiyinə, verdiyini qədərinə, aldığına şükr etməyi bilməkdir. Bax, görürsənmi o qədər sözdə analar var ki. Ya da o qədər vəfasız övladlar. Allahın hikmətinə bir bax ki, bu cür analıq etməyi bacaran bir insanın özünə övlad qismət etməmişdir. Bəlkə də ona övlad versəydi o bu övladlara ögey davranar, günaha batardı. Sən Allahın hikmətinə bir bax ki, o qadınla qızların atası evləndikdən illər sonra ataları vəfat edib. O qadin istəsəydi çıxıb gedərdi. Onu bağlayan heç nə yox idi ki, bizim düşüncəmizlə. Kim bilir, o da bu qızları yetişdirmək üçün tək-tənha nə əzablar çəkib, əsl Ana kimi... Sanki Tanrı bu yetimləri əmanət etmək üçün bir səbəb yaratmış, o qadını ataları ilə evləndirib.

Bir hadisədə, yaşadığımız hər anda, hər taledə cümlələrlə ifadə edə bilməyəcəyimiz, hətta nə çox böyüklükləri anlaya bilmədiyimiz həqiqətlər var. Allahın hikmətini, qüdrətini anlaya biləcək güc versə, hər şeyə şükr edə bilən geniş ürək versə hamıya kaş ki... Allah insanı hər sıxıntıya salanda sınayır-insanın şükr etməyini istəyir, savablar qazanacaq şərait yaradır.

Sən də şükr et. Gözlərin səni incitsə də, Allaha dua etməyə bir səbəbin daha olur. Tanrı səni heç vaxt yarıyolda qoymayıb axı. Sənin gözlərin ətrafı yaxşı görməyə bilər,. Amma ən əsası odur ki, sənin ətrafındakı insanları görən ürəyinin gözləri var. Sən hamının ürəyindən keçənləri görə bilirsən, hamıya diqqət, sevgi göstərə bilirsən. Gözlərinin ətrafı görməsi üçün müasir dövrdə kömək üçün linzalardan istifadə edirsən. Amma ürəyə göz verən heç bir cihaz kəşf edilməyib. Bax, mən sənin gözlərinə aşiq olsam da səni tanıdıqca ürəyinin gözlərini Sevmişəm, mən onlara vurğunam, mən onlara heyranam.

Anlamışdım...Daha onu “bezdirmədim”...


Geri dön

kis masali

  • 26 yanvar 2012 11:07
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
twk allah hec vaxt insana ceke bilmeyeceyi derd vermez allha sukur etmeyi ecvaxt dilimizden eksik etmemeliyik

--------------------
<3

ZEHRA

  • 18 aprel 2011 13:21
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
derin mena kesb eden hekayedi ..tewekkurler muelife

Lexikon

  • 18 aprel 2011 00:35
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler

DeLamour

  • 18 aprel 2011 00:30
  • Məqalə: 15
  • Şərh: 30
  • Bal:
{awards}
derin mena kesb eden hekayedi ..tewekkurler muelife

::..ONSLAUGHT::..

  • 17 aprel 2011 23:30
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Elede sevmirem=) smile

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

romantik_awk

  • 17 aprel 2011 23:23
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
bully TWKLER

--------------------

MY LOVE ZZ

  • 17 aprel 2011 23:10
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
Cooooooooooooooooox gozel hekayede tewekkurler bele xeberler saytda tez tez olsun

_Güni_

  • 17 aprel 2011 22:42
  • Məqalə: 0
  • Şərh: 89
  • Bal:
{awards}
oxudum cox anlamli hekayede
ALLAH razi olsun

--------------------
Gözəli gözəl edən ədəbdir..'Ədəb' isə sevilməyə səbəbdir...

N_A_T_A_

  • 17 aprel 2011 22:11
  • Məqalə: 0
  • Şərh: 380
  • Bal:
{awards}
tewekkurler cox maraqliydi...

-Allah həmişə bir şeyi gec və ya tez, olacaq və ya olmayacaq şəkildə, amma hər şeyin xeyirlisini edir. O bilir kimə nəyi, necə, nə vaxt, nə qədər vermək və ya almaq lazımdır. Önəmli olan Allahın verdiyinə, verdiyini qədərinə, aldığına şükr etməyi bilməkdir

lider

  • 17 aprel 2011 22:04
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Allah razi olsun .

YazYamuru

  • 17 aprel 2011 21:56
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
~^~^~~~~~T$$$KKKK~~~~~^~^

--------------------



Aleyra

  • 17 aprel 2011 21:54
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Allah razi olsun .Tewekkurler deyrli hekayenize gore

Niqulya-1

  • 17 aprel 2011 21:50
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Ayy cox anlamli ve tesirli hekayedir userler meslehetim oxumadan twk yazmayin heqiqeten oxuyun.muellife sualim bu ozunun bawina gelib yoxsa hardansa goturub?

--------------------
Vicdan: Başqalarının sizə söyləyəcəklərini əvvəldən sizə pıçıldayan duyğudur. [J.H.Temple]
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 45
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}