Mən yalnız eşqdən küsdüm

 
Mən yalnız eşqdən küsdüm

Bilrəm danışacaq bir şeyimiz qalmadı, paylaşacaq heç bir şeyimiz yoxdu.

Yenə də ürəyimdə gücümün çatdığı yerə qədər səslənirəm, səninlə danışıram...

Bu gün sənə olan qırıqlığımı kənara qoyuram,
sevgimi aldım ovuclarımın arasına, ona sığınıram...

Bu gün könlümü xoş tutmaq istiyirəm, imkansız olan hər röyaya inanmağım gəlir...
Bir uşaq kimi istəklərimi basdıra bilmirəm... Çalmayan telefonuma əlim gedir...
Məndə olan səni, heç incitmədim, dəyişdirmədim və həmişə qorudum
desəm də, səndəki mənin necə olduğunu, gülüb-gülmədiyi mənə çox maraqlıdı..

Mən yalnız eşqdən küsdüm

Üşüyürəm, bu üşümə yalnızlığımdan irəli gəlir və hər tərəfimi sarır...
Tutuna biləcəyim heç bir gözəllik yox, xatırlamaqdan bezməyəcəyim
xatirələrim xaricində..İsinə bilmək üçün onlara tutundum...

Gözlərim yollarda qaldı, gözlərimdəki kədər də sənin üçün darıxdığını
sonunda etiraf etdi...Düşüncələrim qürurlu, xəyallarım və sevdam deyil...

Gəlsəydin, özümü unudub sənə gələcəkdim, susduracaqdım içimdəki üsyanı,
davaların ortasında bir günəş kimi doğulub isidəcəkdim ürəyini, sevincdən ağlayacaqdım
bu dəfə, toxunacaqdım, qucaqlayacaqdım.Amma gəlmədin, gələ bilməzdin
bəlkədə gəlməyə heç niyyətində yoxdu əslində.Özümü aldatdığımda ağladığımı sezdim...

Mən yalnız eşqdən küsdüm

Əvvəllər mahnıların bu qədər mənalı olduğunun fərqinə varmamışdım.
Sən demə sevdiyim nə çox mahnı varmış, bunu sənin gedişin göstərdi mənə...
Hər mahnıda sən varsan, hər yerdə, hər gördüyüm insanda, dənizdə, gecədə,
yuxumda... Hər yerdə olmağı necə bacarırsan? Bu bir bacarıqsa niyə yanımda deyilsən???

Getdin! Bəlkə də heç gəlməmişdin, gəldiyini sanmışdım...Hər gəlişimdə bir kəs daha
göndərdiyin oldum... Ağladığın, qışqırdığın, və ya susduğun üsyanın oldum...
Səssizcə boşalan göz yaşların oldum...Ürəyindəki qadın mən olmaq istərkən,
ürəyinə sığınan və tozlanacaq bir xatirə oldum...
Desənə mən həqiqətən sənin nəyin oldum??

Mən yalnız eşqdən küsdüm

İndi bir mövsümlük eşq qaldı əllərimdə sadəcə bir mövsüm yaşanan amma
bir ömürə bəs edən eşq... Qəlbimə hələ getdiyini söyləyə bilmədim,
öyrənirsə əgər onun da acı çəkməsini istəmirəm...Getdin! Susqunluğun ən
böyük silahındı, o silahla vurdun məni... Əsil acı olan unudulmaq....

Desənə unudulmaq kimə yaraşır?
Unudan sən olsan belə sənə də yaraşmır...

Mən yalnız eşqdən küsdüm

Narahat olma, sənə bu duyğunu yaşatmadım, unudulmayan olmaq səndə daha
gözəl görsənir...Görürsən sənə və sevginə xəyanət etmədim...
Mən yalnız eşqdən küsdüm....


Geri dön

::..ONSLAUGHT::..

  • 17 aprel 2011 23:43
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tesekurler edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 17 aprel 2011 21:36
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekurler edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 17 aprel 2011 20:03
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

ASİ

  • 17 aprel 2011 19:52
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

_kristen_

  • 17 aprel 2011 18:26
  • Məqalə: 0
  • Şərh: 44
  • Bal:
{awards}
ne maraqli yazidi thanks smile

--------------------
MEN HANSI SHEYTANI OLDURUMKI ALLAHA YAXIN OLUM...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 7
Cəmi: 30

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}