
Məşhur Hollivud aktyoru Nikolas Keyc Luizana
ştatının Yeni Orlean şəhərində ictimai asayişi pozduğuna görə həb edilib.
sərxoş aktyor küçənin ortasında həyat yoldaşı ilə
möhkəm səslə söyüşürmüş. Şahidlər polis çağırıblar.
Hadisə yerinə gələn polis zabitləri cütlüyü mübahisələri dayandırmağa və evə
getməyə çağırıblar. Lakin Nikolay Keyc onlarla mübahisə etməyə başlayıb və
bildirib ki, “kim harada nə istəsə edə bilər”. “Niyə məni həbs etmirsiniz?”, -
məşhur aktyor deyib. Onun xoşluqla sakitləşməyəcəyini görən polis əməkdaşları
Nikolas Keyci həbs deiblər və ona qarşı
“ailə zorakılığı və ictimai asayişi pozmaq” ittihamını irəli sürüblər.
Yerli KİV-in məlumatına görə, Nikolas Keyc hələ həbsdədir və məhkəməsini gözləyir.
Məhkəmənin onu girov müqabilində azadlığa buraxa biləcəyi istisna olunmur.
Aktyorun həyat yoldaşı isə onu küçədə söyən aktyora qarşı zeç bir iddiasının olmadığını
bildirir və iddia edir ki, əri ona qarşı heç bir fiziki zorakılığa yol verməyib.