"Daha sənə inanmaram"...

 
"Daha sənə inanmaram"...

"Daha sənə inanmaram"...
Mənə SəNin səsini eşitməyi qadağan elə.
O zaman mən hər yerdə OnU eşitməyə başlayaram. Küçə ilə gedərkən yarpaqlar pıçıltı ilə SəNin səsinlə danışacaq. Külək saçlarımla oynayaraq öz şübhələrini SəNin səsinlə mənimlə bölüşəcək. Yağış göz yaşlarına dönüb gah üzümü isladacaq,gah damları döyəcləyəcək bu anlaşılmazlıqda çaşıb qalaraq...
O da SəNin səsinlə.
Bəlkə OnuN damcıları qəlbimi işıqlı notlara qərq edərək gözlərimdə əks olunacaq?
Ürəyimin döyüntüləri SəNin səsinlə sirrlərini mənə çatdıracaq...Gah həyəcanla vuraraq sinəmdən çıxmağa can atacaq, gah da sakitləşərək həzin-həzin döyünəcək

"Daha sənə inanmaram"...

"Daha sənə inanmaram"...
Mənə gözlərinə baxmağı qadağan elə.
O zaman mən səmada ulduzları axtarmağa başlayaram. Onların soyuq parıltısı məni ÖlməK arzusuna gətirənədək. Mən günəşə baxaram...Əllərimlə gözlərimi tutmadan, "OnuN" parlaq şüaları qəlbimə işləyə bilsin deyə.
Mən buludlarla baxışaram ciddi-ciddi...İldırımın çaxmasına imkan vermədən hirsli halda bir yerə toplaşan buludlarla. Qəlbimin istiliyini OnlarlA bölüşərəm,bəlkə bu istilik OnlarıN qəzəbini əridə, şəffaf axın yarana,məni öz qoynuna alıb özü ilə apara.

"Daha sənə inanmaram"...

"Daha sənə inanmaram"...
Mənə SəNə toxunmağı qadağan elə.
Mən də ocaq qalayıb OnuN oduna isinərəm. Əllərimi OnuN alovlanan dillərinə yaxınlaşdıraram ki, buzlamış SəNə həsrət barmaqlarımı yandırsın. Qoy mən kənara çəkilə bilməyimyanım. Axı mən hələ yanmadan sevməyi öyrənməmişəm. Qoy alovun acı dilləri bunu mənə öyrətsin.

"Daha sənə inanmaram"...

"Daha sənə inanmaram"...
SəNi itirməyə icazə ver mənə.
Mən qulaq asaram SəNə. Düzdü ola bilər ki,mən yolumu itirim, qarışıqlıqda azım...
O zaman SəN özün məni taparsan, qarşımda cığır açaraq yolu göstərərSəN.

"Daha sənə inanmaram"...

"Daha sənə inanmaram"...
SəNin haqda susmağıma icazə ver mənə.
Mən yenə SəNə qulaq asaram...
Amma onda SəN özün məni danışdırmağa çalışarsan,ətrafımda səs küy yaradaraq...

"Daha sənə inanmaram"...

"Daha sənə inanmaram"...
SəNi unutmağa icazə ver mənə.
Mən unudaram. O zaman SəN yenidən özünü xatırlatmağa başlayarsan.
Payız yağışına dönüb pəncərəmə damlalardan naxışlar çəkərSəN.

"Daha sənə inanmaram"...

"Daha sənə inanmaram"...
İcazə ver bilim ki,SəNə lazım deyiləm...
Mən SəNə inanaram. Mən yox olaram,günəş kimi bataram,yerimi gecələrə verərəm...
O zaman SəN məni tutarsan,qaranlıqları ulduzlara qərq edərSəN məni tapmaq üçün...

"Daha sənə inanmaram"...

"Daha sənə inanmaram"...
Sən məni inandırmağa çalış...
İnandır ki, bu sondur. Hər şey geridə qalıb. Hər şey bitib. Ancaq xatirələrdi yaşayan. İnandır ki, sən daha mənə lazım deyilsən. Mən sənin haqda arzulamıram. Mən daha nağıllara inanmıram. Mən daha yuxularına gəlmirəm. İnandır ki......

"Daha sənə inanmaram"...

"Daha sənə inanmaram"...
Və mən SəNə inanmaram. Mən bunlara heç vaxt inanmaram...

Bəs SəN necə, inandıra bilərSəNmi?


Geri dön

STORM MEN

  • 23 avqust 2010 22:53
  • Məqalə: 146
  • Şərh: 538
  • Bal:
Gözəl sözlərdi .twk

--------------------

STORM MEN

  • 16 avqust 2010 14:59
  • Məqalə: 146
  • Şərh: 538
  • Bal:
{awards}
Gözəl sözlərə görə çox sağol

--------------------

Ulya

  • 2 avqust 2010 14:13
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
baciii tesekkur.coxmaralqi idi

_SliPkNoTkA_

  • 2 avqust 2010 00:52
  • Məqalə: 17
  • Şərh: 519
  • Bal:
{awards}
sevgi sudur ic ic qudur hihi neyse maraqsizdi thanks

--------------------

DaMLa

  • 1 avqust 2010 18:17
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Supper! Beyendimmmm!

--------------------

CrazyGirl

  • 1 avqust 2010 17:55
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
Gozel xebere gore muellife tesekkur.Cox beyendim...

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 78
Cəmi: 103

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}