Həyatımızı quran Qurani-Kərim

 
Həyatımızı quran Qurani-Kərim


610-cu ildə Həzrət Məhəmməd (s.ə.s) 40 yaşında ikən Allah-Təala onu son Peyğəmbər olaraq seçib və bu böyük şəxsiyyətin vasitəsilə insanlara son İlahi vəhylər toplusu olan Qurani-Kərimi nazil edib. Quran dinimizin ana qaynağıdır. Allah bu Kitab vasitəsilə insanlara İlahi mənəviyyat qanunlarını kamil şəkildə açıqlayıb. Burada İslam dünyagörüşü və bu dünyagörüşü əsasında qurulacaq həyat tərzi açıqlanır. Peyğəmbərimiz (s.ə.s) bu İlahi Kitabı Allah tərəfindən insanlara çatdırıb və eyni zamanda, hikmətlə insanlara öyrədib, təfsilatı ilə izah edib. Rəbbimiz buyurur: «Həmçinin, sizə ayələrimizi oxumaq, sizi təmizləmək, Kitabı (Quranı), hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir Peyğəmbər göndərdik» («Bəqərə» surəsi, ayə 151). Quran 23 il ərzində Allah tərəfindən sevimli Peyğəmbərimizə vəhy yolu ilə tədricən nazil edilib.

Allah peyğəmbərlərlə necə «danışıb»
«Vəhy» sözü hər hansı bir məsələnin ani və rəmzi olaraq bir nəfərdən başqa birisinə başqalarının başa düşə bilməyəcəyi tərzdə çatdırılmasına deyilir. Sözün hərfi mənası «gizli səs», «rəmz», «pıçıltı», «ilham» deməkdir. İlahi kəlamların bəşəriyyətə çatdırılmasında vəhy müstəsna rol oynayır. Bu mənada, vəhy Allahla Peyğəmbər arasında olan xüsusi, digərlərinə əsla bəlli olmayan bir vasitə ilə ünsiyyət formasıdır. Allah vəhy vasitəsilə peyğəmbəri ilə təmasa girir, ona Öz buyruqlarını çatdırır və açıqlayır, onunla «danışır». Bəzi hallarda Allah peyğəmbəri ilə bilavasitə təmas qurur, bəzi hallarda isə mələk vasitəsilə. Vəhy yoluyla çatdırılan buyuruqlar peyğəmbər tərəfdən heç zaman unudulmur. Sonra peyğəmbər vəhy vasitəsilə aldığı İlahi buyuruqları olduğu kimi insanlara çatdırır. Peyğəmbərliyin başlıca missiyası elə bundan ibarətdir.

Quranın qeydə alınması

Məhəmməd Peyğəmbərə vəhy ayələr şəklində nazil olan kimi, o, həmin vəhyi ətrafındakı səhabələrinə oxuyur, onlar da iki vasitəylə bu İlahi kəlamları qeydə alırdılar. Səhabələrdən bir qismi ayələri dəri, sumuk, daş, yaxud xurma qabıqları üzərində olduğu kimi yazardı. Bu səhabələr «katib», yəni dilimizdə «yazan» adlanırlar. Səhabələrdən hafizəsi qüvvətli olan digər bir qismi isə Peyğəmbərimizin oxuduğu ayələri əzbərləyərdi. Bu səhabələr «hafiz», yəni «əzbərləyən» adlanırlar.

İşığa doğru yönəldən kitab
Quran iman gətirənləri zülmətdən nura çıxaran İlahi vəhylər toplusudur. Burada insanı səadətə - dünya və axirət səadətinə aparan yol açıq-aşkar bəyan edilir. Rəbbimiz bir ayədə buyurur: «…(Ya Məhəmməd!) Bu Quran elə bir kitabdır ki, onu sənə insanları öz Rəbbinin izni ilə zülmətdən nura, həm də yenilməz qüvvət sahibi və hər cür tərifə, şükrə layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik» («İbrahim» surəsi, ayə 1).

Ayə
Ayə - Quranın cümlələrinə verilən addır. Bəzi ayələr bitkin cümlədir, bəzilərinin mənası isə özündən sonra gələn ayə ilə tamamlanır. Bir çox ayələr isə özündə bir neçə cümləni birləşdirir. Ayələrin sayı barədə müxtəlif rəqəmlər göstərilir - 6202, 6212, 6216, 6219, 6225. Bu onunla bağlıdır ki, bəzi alimlər Quranın bir neçə yerində bir neçə ayəni elə bir ayə sayır, digərləri əksinə, müəyyən bir ayədəki cümlələri ayrı-ayrı ayələr hesab edirlər. Nəzərə çarpan ən doğru rəqəm 6236-dır. Bu rəqəm bir çox Quran elmləri mütəxəssisləri tərəfindən göstərildiyi üçün, biz də onu həqiqətə daha uyğun hesab edirik. Ayələr həcm baxımından bir-birindən fərqli olub, Quranda müxtəlif işarə və əlamətlərlə müəyyənləşdirilib. Belə ki, Quranın ən böyük ayəsi «Bəqərə» surəsində (282-ci ayə), ən kiçik ayəsi isə «Əsr» surəsində (1-ci ayə) yer almaqdadır. Hissə-hissə (5-10 ayə), bəzən də tək-tək nazil olan Quran ayələrinin hansı surə, hansı ayədən sonra gəlməsi, harada yer alması səhabələr tərəfindən deyil, Məhəmməd Peyğəmbərin şəxsən özü tərəfindən təyin edilirdi.

İlk nazil olan ayə
Quranın ilk nazil olan ayəsi barədə müxtəlif fikirlər irəli sürülsə də, Quranşünas alimlər belə bir qənaətə gəliblər ki, nazil olan ilk ayə məhz «Ələq» surəsinin ilk 5 ayəsidir:
«Mərhəmətli, rəhmli Allahın adı ilə!
(Ya Peyğəmbər!) Yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
O, insanı laxtalanmış qandan yaratdı.
(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir!
O Rəbbin ki qələmlə (yazmağı) öyrətdi.
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi».
Elə bu ayələrin nazil olmasıyla Həzrət Məhəmməd (s.ə.s) Peyğəmbər olub, sonra ömrünün sonunadək, tədricən, Quranın bütün digər ayələrini, surələrini vəhy yolu ilə qəbul edib və bizlərə çatdırıb. Quranın ilk ayəsinin Ramazan ayının son gecələrinin birində nazil olduğu bildirilir. Həmin gecə İslam aləminin ən əlamətdar məqamlarından biri - «Qədr» gecəsi kimi xüsusi şövqlə qeyd edilir.

Surə
Quran ayələri «surə» adlanan ayrı-ayrı hissələrdə cəmləşir. Ümumilikdə belə demək olar ki, iki «Bismillah» arasında yerləşən ayələr toplusuna surə deyilir. Quranda 114 surə var. Bəzi lüğət alimləri bu kəlmənin «su'rə» sözünün tələffüzünün asanlaşdırılaraq, «surə» halına salındığını və bununla da hər hansı bir şeyin yeyilib-içildikdən sonra qabda qalan qalıq hissəsi mənasını daşıdığını hesab ediblər. Quran surələrinin də hər biri onun bir hissəsini təşkil etdiyi üçün ona surə deyilib. Digər alimlər belə bir fikirdədirlər ki, surə sözü şəhər ətrafına çəkilən «sur» - hasar kəlməsindən götürülüb. Belə ki, şəhər divarları şəhəri dörd tərəfdən əhatə etdiyi kimi, Quran surələrinin hər biri də onun tərkib hissəsini təşkil edən ayələri əhatə edir. Bəziləri isə bu sözü «sivar» - qolbaq sözü ilə əlaqələndirərək deyirlər: Qolbaq qola taxılıb onu hər tərəfdən əhatə etdiyi kimi, Quran surələrinin də hər biri onun tərkib hissəsini təşkil edən ayələri əhatə edərək öz içində saxlayır. Belə bir nəzəriyyə də irəli sürülüb ki, «surə» sözü yüksək məqam mənasını bildirir və İlahi kəlam, hətta bir surə halında böyük əhəmiyyət kəsb edib yüksək məqama malik olduğu üçün Quranın ayrı-ayrı hissələri «surə» adlandırılıb.
Surə kəlməsi Quranın müxtəlif ayələrində 8 dəfə (surə) və cəmi 1 dəfə cəm halda, yəni «suvər» kimi işlədilib. Quranın ən böyük surəsi 286 ayədən ibarət olan 2-ci surə - «Bəqərə» surəsi, ən kiçik surəsi isə cəmi 3 ayədən ibarət olan 108-ci surə - «Kövsər» surəsidir. «Əsr» surəsi də 3 ayədən ibarət olsa da, «Kövsər» surəsində «Əsr» surəsindən daha az kəlmə istifadə olunduğu üçün Quranın ən kiçik surəsi hesab olunur. «Həmd» (Fatihə) surəsi ilə başlanan Qurani-Kərim «Nas» surəsi ilə başa çatır.

Quranın yığılması
Ayələr nazil olduqca, Məhəmməd Peyğəmbər (s.ə.s) onları katiblərinə yazdırar və bu yazıları evində saxlayardı. Lakin yazılan ayələr daş, sümük, dəri və bəzən kağız parçaları üzərində yazıldığı və paralel olaraq, «hafizlər» tərəfindən əzbərləndiyi üçün, vahid nüsxə halına salınmamışdı. Axı Peyğəmbərimiz həyatda ikən ayələrin nazilolma prosesi hələ də davam edirdi. Peyğəmbər (s.ə.s) dünyasını dəyişdikdən sonra, Həzrət Əli (ə) və bir sıra digər səhabələr Quran hissələrini yığıb bir kitab şəklində toplamağa başlayırlar. Sevimli Peyğəmbərimizdən sonra səhabə Əbu Bəkr xəlifə seçilir və onun xilafəti zamanı Müsəyləmə adlı bir fırıldaqçı peyğəmbərlik iddiası edərək qiyam qaldırır. Müseyləmə camaatı öz ətrafına toplayır və İslama qarşı savaş açır. Xəlifə qiyamın qarşısını almaq məqsədilə Yəmaməyə qoşun göndərir və həmin ordunun bir hissəsini Quran hafizləri təşkil edirdi. Döyüş müsəlmanların qələbəsi ilə başa çatsa da, Quranı əzbərdən bilənlərin 70, bəzi rəvayətlərə görə, 300-400 nəfəri orada şəhid olur. Tarixçilərin yazdıqlarına görə, şəhid olan Quran hafizlərinin hamısı Peyğəmbərin səhabələrindən olub.
Tarixçilər səhabə Zeyd bin Sabitin bunları söylədiyini yazırlar: Yəmamə döyüşündən sonra Əbu Bəkr məni öz yanına çağırdı. Mən oraya daxil olduqda, Ömər bin Xəttab da Əbu Bəkrin yanında idi. Əbu Bəkr məni görcək dedi: Ömər deyir ki, Yəmamə döyüşü müsəlmanlar üçün baha başa gəlib və Quranı əzbərdən oxuyanların böyük bir qismi həlak olub. Qorxuram, bundan belə baş verən döyüşlərdə də onların qalanları həlak ola və Quranın böyük hissəsi onların sinələrində aradan getsin. Belə fikirləşirəm, təxirə salmadan Quranı bir yerə yığsaq, daha yaxşı olar…
Zeyd bin Sabit Quranın yığılmasına razılıq verir. Bununla da Həzrət Peyğəmbərin vəfatından dərhal sonra, xəlifə Əbu Bəkrin zamanında Zeyd bin Sabitin rəhbərlik etdiyi qrup vasitəsilə ilk dəfə olaraq hafiz və katiblər bir araya gətirilir, ayrı-ayrı Quran səhifələri bir yerə toplanır və Quran vahid bir kitab formasında yığılır. Beləliklə, xilafətin ilkin çağında Qurani-Kərim vahid nüsxə halına salınır və bu nüsxəyə «məshəf» adı verilir.

Quranın yenidən nəşr edilməsi
Xəlifə Osmanın dövründə Quran oxuyanların oxunuş tərzində nəzərəçarpacaq dərəcədə ixtilaflar meydana gəlir. Bu ixtilaflar, əsasən, ərəbdilli tayfaların ləhcə fərqliliyindən, Quranı əzbərdən oxuyanların orijinal variantdakı bir söz əvəzinə onun öz ləhcəsində işlətdiyi sinonimindən istifadə etmələri və bu kimi hallarla bağlı idi. Quran oxunuşunda yaranan ixtilaflar o qədər geniş vüsət almağa başlayır ki, xəlifə ciddi tədbirlərə əl atmağa məcbur olur. Əgər Quranın oxunuşunda ixtilaflar xilafətə yaxın məntəqələrdə nəzərə çarpırdısa, demək, fəth olunan qeyri-ərəb ölkələrdə bu kimi hallara daha tez-tez rast gəlmək olardı. Qeyd edək ki, Peyğəmbərin (s.ə.s) tanınmış səhabələrindən olan Huzeyfət bin Yəman Azərbaycan bölgəsində döyüşən Şam və İraq əsgərlərinin Quran oxunuşunda müşahidə etdiyi fərqli oxunuş tərzlərini görür və bunu dərhal xəlifəyə çatdırır. Yaranan belə bir şəraitdə xəlifə Əbu Bəkrin zamanında yığılıb-hazırlanan orijinal nüsxəni gətizdirir və onun əsasında yeni nüsxələr hazırlamaq göstərişini verir. Beləliklə, yenidən Zeyd bin Sabitin rəhbərlik etdiyi işçi qrup öz missiyasını uğurla başa vurur və Əbu Bəkr zamanı toplanan orijinal nüsxədən yeni altı nüsxə köçürülür. Onlardan biri Mədinədə xəlifənin özündə saxlanılır, qalanları isə mühüm məntəqələrə - Məkkə, Kufə, Bəsrə, Şam şəhərlərinə göndərilir. Nüsxələr adları çəkilən məntəqələrə göndərildikdən sonra, əllərdə olan digər nüsxələrin yığılıb məhv olunmasına dair göstəriş verilir. Yığılan nüsxələr ya yandırılır, ya da sirkədə qaynadılaraq məhv olunurdu ki, orijinal variantdan başqa heç bir nüsxə qalmasın. Beləliklə, İslam aləmində Qurani-Kərimin bu gün əlimizdə olan vahid mətni qaldı.
Orijinal nüsxə haradadır?
Xəlifə Osmanın dövründə yazılan nüsxələrin hazırda harada saxlanılmasına dair müxtəlif fikirlər irəli sürülüb. Bəzilərinin fikrincə, həmin nüsxələrdən biri günümüzədək gəlib-çatıb və hazırda Türkiyənin «Topqapı saray» muzeyində 27/59 nömrəli eksponat kimi qorunub-saxlanılır. Lakin orada mövcud olan nöqtə və şərti işarələri nəzərə alaraq belə bir qənaətə gələ bilərik ki, həmin nüsxə Osmanın xilafət dövrünə deyil, bir qədər sonrakı dövrlərə aiddir. Çünki Osman özünün xilafət dövründə Quranın heç bir işarə qoyulmadan yazılmasını əmr etmişdir.
VIII əsrin görkəmli alimlərindən olan İbn Kəsir isə özünün «Fəzail əl-Quran» əsərində Osmanın özündə saxladığı orijinal nüsxənin Dəməşq məscidinin Şərq eyvanında saxlanıldığından xəbər verir. Digər tədqiqatçıların fikrincə isə, Osmanın nüsxəsi çar hakimiyyəti zamanı Sankt-Peterburq şəhərində saxlanılıb, sonralar isə Böyük Britaniyaya aparılıb. Bu barədə irəli sürülən başqa bir fərziyyədə deyilir ki, Osmanın nüsxəsi 19-cu əsrin sonlarınadək Dəməşqdə saxlanılıb, sonralar isə yanğın nəticəsində məhv olub aradan gedib. Bununla belə, əsas məqamı qeyd edək ki, Osmanın dövründə Quranın yeni nəşri Məhəmməd Peyğəmbərin (s.ə.s) zamanından keçən bu 14 əsrdə son İlahi Kitabın bütün Yer üzündə yalnız bir variantda olmasında müstəsna rol oynayıb. Belə ki, Osmanın dövründəki islahatlardan bu yana dünyanın hər bir yerində nəşr olunan Quranlar məhz Peyğəmbərdən sonra toplanan orijinalın surəti olan nüsxələr əsasında nəşr edilib. Bu baxımdan, günümüzdəki Quranlarla birəbir, «nöqtə-vergülünədək» eyni olan həmin orijinal əsərin bu gün hər birimizin evində olduğunu söyləsək, yəqin ki yanılmarıq!

Surələrin ardıcıllığı
Surələrin tərtib və ardıcıllığı barədə üç fikir irəli sürülüb:
1. Quran elmləri mütəxəssislərinin bir çoxu belə bir fikirdədir ki, surələrin hal-hazırkı ardıcıllığı səhabənin nəzərləri əsasında tərtib olunub. Bunun üçün isə ən başlıca dəlil səhabələrdən bəzilərinin, o cümlədən, Həzrət Əlinin (ə) Quranı nazil olduğu qaydada, xronoloji ardıcıllıqla yığması ola bilər. Onun tərtib etdiyi Quran xronoloji ardıcıllığa malik idi: Ələq, Müddəsir, Nun, Müzzəmmil, Təbbət, Təkvir və s. Demək, İmam Əlinin (ə) yığdığı Quran surələrin ardıcıllığı baxımından indiki Qurandan fərqli idi və orada Məkkə surələri əvvəldə, Mədinə surələri isə axırda yer alırdı. Bir halda ki Abdulla bin Məsudun tərtib etdiyi məşhur Quran variantında surələr belə bir ardıcıllıqla yığılmışdır: Bəqərə, Ali İmran, Nisa və s. Yəni, əsasən, həcmcə böyük surələrdən kiçiklərə doğru. Digər səhabələrin tərtib etdikləri Quranların da bir-biri ilə ardıcıllıq baxımından fərqli olması bir daha Quran surələrinin səhabənin rəyləri əsasında yığıldığını sübuta yetirir.
2. Surələrin ardıcıllığı Peyğəmbərin (s.ə.s) göstəriş və nəzarəti əsasında olub.
Bu nəzəriyyəyə əsasən, Quran surələrinin ardıcıllığı ayələrdə olduğu kimi, Peyğəmbərin göstərişi və şəxsi nəzarəti əsasında olub. Nəzəriyyənin sübuta yetirilməsi üçün gətirilən dəlillərdə deyilir: «Quran Peyğəmbərin (s.ə.s) zamanında yazılıb. Çünki hər bir ayə nazil olduqdan sonra, Həzrət Peyğəmbər katiblərinə nazil olan ayəni harada yazacaqlarına dair göstəriş verərdi. Belə bir göstəriş eyni qaydada olaraq hər bir surə nazil olduqdan sonra da verilirdi».
Məşhur səhabə İbn Abbasdan bu məzmunda nəql olunan rəvayətdə deyilir: «Hər bir surə nazil olduqdan sonra Peyğəmbər vəhy katiblərini çağırar və onlara deyərdi: bu surəni filan yerə qoyun (Peyğəmbər həmin yerin adını da qeyd edərdi)».
Başqa bir dəlil: Peyğəmbərdən nəql olunan bir rəvayətdə deyilir: «Allah mənə Tövrat yerinə «Səb'ə tifalı» («Bəqərə» surəsindən «Tövbə» surəsinədək), Zəbur yerinə «Miəyni» («Bəni-İsrail» surəsindən «Muminun» surəsinədək), «İncil»in yerinə isə «Məsanini» (Miəyn surəsindən sonra gələn surələri) verib. «Mufəssil»i mənə bəxş etməklə də məni başqalarından üstün etdi». Bildiyimiz kimi, hal-hazırki Quran nüsxələri hədisdə göstərildiyi ardıcıllıqla tərtib olunub.
3. Orta mövqe tutan üçüncü nəzəriyyəyə əsasən, Quran surələrinin bir çoxunun ardıcıllığı Peyğəmbərin göstərişi, yerdə qalan az bir qismi isə səhabənin görüşləri əsasında tərtib olunub.

114 surə və 114 bismillah
Quran 114 surədən ibarətdir və Quranda 114 dəfə «Bismillahir-Rəhmanir-Rəhim» təkrarlanır. Quran surələrinin hər biri, «Tövbə» surəsi istisna olmaqla, bir-biri ilə «Bismillahir-Rəhmanir-Rəhim» ayəsi ilə ayrılır. Buradan belə bir sual meydana gələ bilər ki, «Tövbə» surəsi «Bismillah» ayəsi ilə başlamadığından, onda demək «Bismillah» ayəsi Quranda 114 dəfə yox, 113 dəfə işlənilib. Lakin bu istisnaya baxmayaraq, «Bismillahir-Rəhmanir-Rəhim» «Nəml» surəsində iki yerdə - biri surənin əvvəlində, digəri isə 30-cu ayəsində istifadə olunduğu üçün, «Bismillahir-Rəhmanir-Rəhim» məhz 114 dəfə istifadə olunub.

Surələrin adlandırılması
Surələr orada söhbət açılan mövzular ilə əlaqələndirilib və beləliklə, özünəməxsus adlarla adlandırılıb. Məsələn, «Bəqərə», yəni dilimizdə inək adlanan surədə «Bəni-İsrailin inəyi» barədə söhbət açıldığı üçün, bu surəyə «Bəqərə», yəni «İnək» adı verilib. «Nisa», yəni «Qadınlar» surəsinin belə bir adla adlandırılmasının səbəbi isə həmin surədə qadınlar və onların hüquqları barədə söhbət açılması olub. «Ənam» - davar, «Ali İmran» - «İmran ailəsi» və sair surələri də buna misal çəkmək olar. Bildiyimiz kimi, «nisa» kəlməsindən Quranın müxtəlif surələrində istifadə olunub. Lakin heç bir surədə «nisa» kəlməsi nə bu surədə istifadə olunduğu qədər istifadə olunub, nə də qadınların hüququ barədə söhbət açılıb. «Maidə», yəni «süfrə» kəlməsi isə bu surədən başqa heç bir surədə istifadə olunmayıb. Lakin buradan belə bir sual meydana gəlir. «Hud» surəsində Nuh, Saleh, İbrahim, Lut, Şueyb və Musa peyğəmbərlər barədə söhbət açılıb. Nə üçün bu surə həmin peyğəmbərlərin adları ilə deyil, məhz Hud Peyğəmbərin adı ilə adlandırılıb? Bir halda ki bu surədə Nuh Peyğəmbərin əhvalatı Hud Peyğəmbərin əhvalatından daha geniş şəkildə işıqlandırılıb. Bəziləri sualın cavabında deyiblər ki, həmin peyğəmbərlərin əhvalatı «Əraf» və «Şuəra» surələrində daha geniş şəkildə işıqlandırılıb. Lakin bu iki surənin heç birində Hud Peyğəmbərin adı «Hud» surəsində istifadə olunduğu qədər istifadə olunmayıb. Belə ki, «Hud» surəsində həmin peyğəmbərin adı 4 dəfə çəkilib. Bütün bunlara rəğmən, surələrin belə adlandırılması elə Həzrət Məhəmmədin (s.ə.s) öz dövründə, bilavasitə özü tərəfindən həyata keçirilib. Peyğəmbərimiz ayələr nazil olduqca, hansı surəyə aid olduğunu həmin surələrin adlarıyla açıqlayıb və demək, belə bir qənaətə gəlmək olar ki, surələrin adlandırılması da məhz Peyğəmbərin göstərişi əsasında olub.

İslamın ən böyük möcüzəsi
Quran sevimli Peyğəmbərimizin Allah-Təala tərəfindən gətirdiyi ən böyük möcüzədir. Bu İlahi Kitab yalnız müəyyən bir dövr üçün, zaman və məkan üçün deyil, Həzrət Məhəmmədin zamanından başlayaraq, Qiyamət gününədək bütün dövrləri, zaman və məkanları əhatə etdiyi üçün, şübhəsiz ki, onun möcüzəliliyi də bütün dönəmlər üçün nəzərdə tutulmalı, keçərli olmalıdır. Belə ki, əbədi xarakter daşıyan bu buyuruqların, ayinlərin əbədi bir möcüzəyə ehtiyacı var ki, hər əsrdə bütün nəsillər üçün aşkar bir dəlil olsun və bəşər övladı başqa mənbələrə müraciət etmədən bilavasitə, birbaşa onun özünə müraciət edə bilsin. Quran müxtəlif cəhətlərdən möcüzəyə malikdir və kiçik bir yazı ilə bütövlükdə bu mövzunu əhatə etmək qeyri-mümkündür.
Tarixin şahidi olduğu kimi, Quran nazil olduğu dönəmdə Ərəbistan yarımadasında folklor, xüsusilə də, şeir çox yüksək inkişaf səviyyəsində idi. Bir çox şairlər gözəl şeirləri ilə məşhurlaşıb, böyük əsərlər yaratdılar. Məlum olduğu kimi, sevimli Peyğəmbərimiz, ümumiyyətlə, heç kəsdən dərs almayıb, yazmağı bilməyib və bircə sətir də şeir yazmayıb. Belə bir şəraitdə, Quranın nazil olduğu elə ilk günlərdən ayələrin ədəbi gözəlliyi, tərkiblərin füsunkarlığı və tamamilə yeni üslubda, misilsiz olması hər kəsin, xüsusilə də söz ustalarının nəzərini özünə cəlb etdi. Quranın bu xüsusiyyəti «fəsahət və bəlağət» adlandırılır. Amma Quranın möcüzəliliyi bununla bitmir!.. Quranın ecazkar xüsusiyyətləri yalnız Məhəmməd Peyğəmbərin dövrünə aid deyil. Əsrlərin keçməsinə baxmayaraq, Quranın ecazkar açıqlamaları hər bir dövrün insanına xitab mesajlar çatdırmaqdadır. Əgər 7-ci əsr ərəb cəmiyyəti üçün Quranın ədəbi tərtibatı, füsunkar təbirləri, fəsahət və bəlağəti fövqəltəbii nəzərə gəlirdisə, günümüzün cəmiyyəti 20-ci əsrin elmi nailiyyətləri nəticəsində edilən kəşflərin hələ 14 əsr öncə Quranda şəffaf şəkildə açıqlanmasını əsl İlahi möcüzə hesab edə bilər. Həqiqətən də bu ecazkar məqamlar bu kitabın məhz Allah tərəfindən nazil olunduğuna ən bariz sübutdur. «(Ya Məhəmməd!) De ki: «Onu (Quranı) göylərin və yerin sirlərini bilən (Allah) nazil etmişdir» («Fürqan» surəsi, ayə 6). Belə isə, tərəddüd etmədən deyə bilərik ki, Quranın möcüzəliliyi, ecazkarlığı davam edir!..

Son İlahi Kitab
Quran Allahın insanlara göndərdiyi ən son İlahi vəhylər toplusudur. Allahın vəhy yolu ilə bəşəriyyətə nazil edəcəyi bütün buyuruqlar kamil şəkildə tamamlandı: «Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur!..» («Ənam» surəsi, ayə 115). «Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub-saxlayacağıq!» («Şuəra» surəsi, ayə 192). Göründüyü kimi, Quran Allah tərəfindən qorunur və deməli, bu Kitab Qiyamət gününədək hər cür təhriflərdən, artıb-azalmalardan amandadır!

Quran - oxu və əməl kitabı!.
Quran sözünün mənası «oxumaq», «tələffüz etmək» deməkdir. Qurana ehtiram etdiyini düşünən bir çoxları bu İlahi Kitabın gerçək mahiyyətindən uzaq olub onu oxumur, ondan lazımi qaydada faydalanmır. Bir çoxları Quranı xüsusi bir parçaya büküb evin hündür, əlçatmaz yerinə qoyur, kimiləri and içəndən-içənə, yaxud səfərə çıxdıqları zaman onu yad edir, kimiləri, sadəcə, bir talisman kimi qoruyur. Bəzilərisə onu oxuyur, amma Allahın nəzərdə tutduğu məqsədlə deyil, mənasını anlamadan kimlərinsə sifarişi ilə üzdən oxuyub pul qazanmaq, Qurandan şəxsi maddi mənfəət əldə etmək üçün! Kimlərsə onunla, hətta fala da baxır. Amma Quran ona sidq-ürəkdən iman gətirib, mənasını anlamaq üçün oxumaq, orada buyurulan İlahi kəlamların dərinliyinə varmaq, ona sarılmaq, onunla maariflənib, təlimləri ilə öz düşüncə və həyatını qurmaq, həyat tərzini İlahi gözəlliklərlə zinətləndirmək, ondan dünya və axirət səadəti əldə etmək üçün faydalanmaq üçün nazil olub! Quran - oxu və əməl kitabıdır. Müəllifi Allah olan bu Kitabda insanlara əbədi səadət yolu açıqlanır. Quran, bu dünyada da, Axirətdə də xoşbəxt olmaq istəyən hər bir kəsin masaüstü kitabı, gündəlik ünsiyyətə girdiyi bir dostuna çevrilsə, çox gözəl olar. Belə isə bu İlahi Kitabdan möhkəm yapışaq ki, bu vasitəylə onu nazil edən Allaha möhkəm sarılmış olaq!..


Geri dön

music_angel

  • 5 sentyabr 2011 16:45
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 29 may 2011 22:47
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN. TEWEKKURLER

--------------------

tunar_mamedov

  • 21 aprel 2011 04:34
  • Məqalə: 0
  • Şərh: 259
  • Bal:
{awards}
Sitat: Pluie Without Goutte
Allah razı olsun! Bilmədiklərimi öyrəndim


Inciciceyi

  • 20 aprel 2011 10:00
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkkler allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lexikon

  • 18 aprel 2011 22:53
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tewekurler

::..ONSLAUGHT::..

  • 18 aprel 2011 18:14
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Aleyra

  • 18 aprel 2011 14:34
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Allah razi olsun .Tewekkurler

MuslimGirl

  • 18 aprel 2011 14:32
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Allah razı olsun! Bilmədiklərimi öyrəndim

Grace_Angel

  • 18 aprel 2011 14:17
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkur edirem... cox gozel ve deyerli xeber ucun...cox melumatlandirici xeberdir...minnetdaram...ALLAH RAZI OLSUN!!!

--------------------

sevgi_meleyim.

  • 18 aprel 2011 13:42
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Allah razi olsun, elleriniz derd gormesin.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Gozel_lady

  • 18 aprel 2011 13:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER

ZEHRA

  • 18 aprel 2011 13:25
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
TEWEKKURLER ALLAH RAZI OLSUN

lider

  • 18 aprel 2011 13:23
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN. TEWEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 64
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 385
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}