“Əshabi-Kəhf”in sirri

 
“Əshabi-Kəhf”in sirri

Bu gün Möminə Xatun, Qeysəriyyə kimi tarixi memarlıq abidələrilə yanaşı, “Əshabi-Kəhf” ziyarətgahı da Naxçıvanın simvoludur. Bura bölgələrlə yanaşı, xarici ölkələrdən də ziyarətə gələnlər var.

“Əshabi-Kəhf” mağara sahibləri mənasını daşıyır. Rəvayətə görə, hələ bütpərəstlik zamanı Dağ Yunis adlı şah xalqa zülm etdirirmiş. şahın ədalətsizliyinə dözə bilməyən 4 gənc onun zülmündən qurtularaq buradakı mağaralarda gizlənib. Allahdan onları qeyb etmələrini diləyiblər. Allah onları 309 il yatırdıqdan sonra dağı parçalayaraq qeyb edib. O vaxtdan bəri “Əshabi-Kəhf” Allahın möcüzəsi kimi insanların inam yerinə çevrilib.
Bu müqəddəs yeri ziyarətə gələnlər həmin gənclərin bir zamanlar yatdıqları qayanın içərisində Allahdan arzu edib, ora daş yapışdırırlar. Əgər kimin niyyəti baş tutacaqsa, həmin adamın daşı bura yapışır. “Əshabi-Kəhf” ziyarətgahında insanın marağına səbəb olan tək bu yer deyil.

“Əshabi-Kəhf”i ziyarətə gələnlər bu qayanın yanında niyyət tutub, onun içərisindəki dar cığırdan keçməyə çalışırlar. Əgər həmin dar cığırını keçə bilsələr, onda niyyətləri baş tutacaq. Deyirlər ki, kimin niyyəti safdır, bu cığırdan keçəcək. Əksinə olduğu təqdirdə isə, o şəxs nə etsə də, bu dar cığır onun üçün keçilməz olacaq. Ziyarətgahda qara daş, yəni meteroit də var. Bu daşın göydən nə zaman və necə düşməsi haqda məlumat yoxdur.
“Əshabi-Kəhf” ziyarətgahında olan məsciddə iki yazılı daş var. Onlardan birinin tarixi bəlli olmasa da, digəri 1109-cu ilə aiddir. Qurani-Kərimin “Kəf” surəsinin ayələri yazılan bu daşlar Naxçıvan xanlığı tərəfindən qoyulub.
“Əshabi-Kəhf” ziyarətgahının daha bir maraqlı və möcüzəvi yeri damcıxanadır. Belə ki, ziyarətə gələnlər ürəklərində niyyət tutub, burada otururlar. Əgər niyyətləri həyata keçəcəksə, yuxarıdan həmin adamın başına su damcısı düşəcək.
“Əshabi-Kəhf”dən dünyanın 4 ölkəsində var. İordaniya, Türkiyə, Hindistan və Azərbaycanda. “Əshabi-Kəhf” haqqında müqəddəs kitabımız olan Qurani-Kərimin 18-ci sürəsində də yazılıb. Müqəddəs kitabda haqqında danışılan “Əshabi-Kəhf” isə dəniz səviyyəsindən 1680 metr hündürlükdə yerləşən Naxçıvandakı bu möcüzəli yerdir. Bunu alimlər də, illərdir buranı ziyarət edən əcnəbilər də təsdiqləyir.

“Digər yerlərdə 3 qəbir sağda, 3 qəbir solda, biri də başdadır. Əgər bunlar qeyb olubsa, qəbirlər haradan çıxdı? Pakistanən Azərbaycandakı səfiri də bura gələndə, həqiqi “Əshabi-Kəhf”in bura olduğunu qəbul etdi”, - deyə “Əshabi-Kəhf” dini-mədəni abidə kompleksinin direktoru Qaraj Qurbanov vurğulayıb.

Türkiyədən gələn ziyarətçi Hüsnü Hakkuş da həqiqi “Əshabi-Kəhf”in Naxçıvanda olduğunu bildirir: “Qurani-Kərimdə oxuduğumla bura uyğun gəlir. Bu qənatə gəldim ki, onlar həqiqətən burada yaşayıblar. Digər abidələr belə deyil. Belə bir abidədən biri də Türkiyənin Mersin şəhərində, həmçinin İordaniyada da var, mən oranı da ziyarət etdim. Niyyət etdim, daş yapışdırdım, yapışdı”.

Ziyarətgahın direktoru deyir ki, payız aylarında “Əshabi-Kəhf”i ziyarət edənlər digər aylara nisbətən çox olur.

Qeyd edək ki, Heydər Əliyevin sərəncamı ilə “Əshabi-Kəhf” 1998-ci ildə dövlət müəssisəsi kimi qeydiyyatdan keçib. Elə həmin vaxt da buranın abadlaşdırılmasına qərar verilib. 2006-cı ildə isə növbəti dəfə bərpa işləri aparılıb.


Geri dön

ZEHRA

  • 18 aprel 2011 13:15
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
TEWEKKURLER

lider

  • 18 aprel 2011 13:03
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
tewekkurler. bunlari bilirdim.allaha wukur her il ziyarete dedirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 31
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}