Üzeyir Hacibəyov

 
Üzeyir Hacibəyov

— Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində Üzeyir Hacıbəyov anadan olmuşdur.
1897 — Şuşada Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə M. Füzulinin «Leyli və Məcnun» poeması əsasında göstərilmiş «Məcnun Leylinin məzarı üstundə» adlı musiqili səhnəcikdə H. xor dəstəsində iştirak etmişdir.
1899 — H. Şuşada Haşım bəy Vəzirovun müdir olduğu rus-tatar məktəbini bitirmişdir.
Avqust — H. Qori müəllimlər seminariyasına qəbul olunmuşdur.
İyun, 1904 — H. Qori müəllimlər seminariyasını bitirib, ibtidai məktəb müəllimi diplomu almışdır.
1904—1905 — H. Hadrut kənd məktəbində müəllim işləmiş, burada rus dili, hesab, tarix və musiqidən dərs demişdir.
1905

— H. Bakı şəhərinə köçmüşdür. Ədəbi-publisistik fəaliyyətə başlayaraq «Həyat» qəzetində tərcüməçi işləmişdir.
17 dekabr —Həmin gündən nəşr edilməyə başlayan «İrşad» qəzetinin əməkdaşı olmuşdur.
1905-1907 — Bakı şəhəri yaxınlığındakı Bibiheybət kənd məktəbində ana dili, rus dili, riyaziyyat, çoğrafiya və musiqi müəllimi olmuşdur.
1907 — «Leyli və Məcnun» operası üzərində işə başlamışdır.
— H.-un tərtib etdiyi «Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti» Orucov qardaşlarının mətbəəsində çapdan çıxmışdır. — «Hesab məsələləri» kitabını yazmışdır.
1908
25 yanvar
— Professional Azərb. musiqisinin əsasını qoymuş «Leyli və Məcnun» operasının ilk tamaşası olmuşdur.
— Üzeyir bəy «İrşad» qəzeti redaksiyasında jurnalistlik fəaliyyətini davam etdirmişdir.
— H. «Səadət» müsəlman xeyriyyə cəmiyyətinin açdığı eyniadlı məktəbdə rus dili, hesab və təbiiyyat fənlərindən dərs demişdir.
3 iyul — H. «Tərəqqi» qəzeti ilə əməkdaşlıq etmişdir. 1909 il iyunun 28-də Əhməd bəy Ağaoğlu xaricə getdikdən sonra həmin ilin oktyabrınadək (qəzet çar hökuməti tərəfindən bağlananadək) H. qəzetin redaktoru olmuşdur.
1909
30 noyabr — Bakıda «Şeyx Sənan» operasının ilk tamaşası olmuşdur.

20 dekabr — H. Məleykə xanım Terequlova ilə evlənmişdir.
25 dekabr — H. Bakıda çıxan «Həqiqət» qəzetinin naşiri və baş redaktoru olmuş, 121 sayınadək qəzetə rəhbərlik etmişdir.
1910
24 may — Bakıda «Ər və arvad» musiqili komediyasının ilk tamaşası olmuşdur.
30 may — «Həqiqət» qəzetinin redaktoru vəzifəsindən imtina etmişdir.
12 noyabr — Bakıda «Rüstəm və Söhrab» operasının ilk tamaşası olmuşdur.
1911
25 aprel — Bakıda «O olmasın, bu olsun» musiqili komediyasının ilk tamaşası olmuşdur.
1912
10 mart — Bakıda «Şah Abbas və Xurşid Banu» operasının ilk tamaşası olmuşdur.
18 may — Bakıda «Əsli və Kərəm» operasının ilk tamaşası olmuşdur.
Sentyabr — H. musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar «İqbal» qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən H. Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır.
Avqust — H. Peterburq şəhərinə gedərək, Peterburq konservatoriyasına daxil olmağa hazırlaşmışdır.
— H. «Arşın mal alan» musiqili komediyası üzərində işləmişdir.
25 oktyabr — Bakıda «Arşın mal alan» musiqili komediyasının ilk tamaşası olmuşdur.
1914
4 yanvar — H. Peterburq konservatoriyasına qəbul olunmuşdur.
İyun — H. təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır. «Harun və Leyla» operası uzərində işləmişdir.
1915 — «Harun və Leyla» operasının librettosu nəşr olunmuşdur.
18 sentyabr — H. «Yeni iqbal» qəzetinin redaktoru vəzifəsində işə başlamışdır.
11 oktyabr — H.«Yeni iqbal» qəzetinin sahibi və baş redaktorudur.
1916
19 fevral — H. «Yeni iqbal» qəzetindən uzaqlaşmışdır.
1918
İyun - Sentyabr — H. Azərbaycan opera artistlərinin İranın Ənzəli və Rəşt şəhərlərinə qastrol səfərinə rəhbərlik etmişdir.
Oktyabr — H. Bakıda «Azərbaycan» qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır.
1919
16 yanvar — H. «Azərbaycan» qəzetinin redaktoru vəzifəsinə tə'yin olunmuş və 1920 il aprelin 28-dək bu vəzifədə fəaliyyət göstərmişdir.
1920 — H. musiqi akademiyası və xalq konservatoriyası açmağın və keçmiş musiqi məktəblərinin binalarını onlara verməyin zəruriliyi haqqında xalq maarif komissarına məruzə təqdim etmişdir.
— Qadınlar klubu (sonralar Ə. Bayramov ad. klub) nəzdində xalq çalğı alətləri ork.-ni təşkil etmişdir.
20 oktyabr — ADK-da Şərq musiqisi şöbəsi təşkil etmək haqqında Xalq Maarif Komissarlığına məruzə təqdim etmişdir.
1921 — Xalq Maarif Komissarlığı incəsənət şöbəsində musiqi bölməsinin mudiri vəzifəsinə təyin olunmuşdur.
25 may — ADK-nı yenidən qurmaq barədə xalq maarif komissarına məruzə təqdim etmişdir. Həmin məruzə ADK-nın yaradılması üçün proqram kimi təsdiq edilmişdir.
12 dekabr — ADK-da zərb alətləri sinfi açmağın zəruriliyi haqqında təşəbbüs qaldırmışdır.
1922 - 1924 —H. özünün təşəbbüsü ilə təsis olunmuş Azərbaycn Dövlət Türk Musiqi Məktəbinə rəhbərlik etmişdir.
—Azərb. Dövlət Dram Teatrının repertuar komissiyasına cəlb olunmuşdur.
1925 —H. Bakı Zəhmətkeş Xalq Deputatları Sovetinə deputat seçilmişdir.
—H.-un rəhbərliyi altında Azərb. Dövlət Türk Musiqi Texnikumu tələbələrinin gücü ilə «Arşın mal alan» musiqili komediyası tamaşaya qoyulmuşdur.
1926 — Azərbaycan Dövlət Türk Musiqi Texnikumu ADK ilə birləşdirilmişdir.
— H. konservatoriyanın prorektoru təyin olunmuşdur. H. konservatoriya nəzdində çoxsəsli tələbə xorunun təşkilinə təşəbbüs göstərmişdir.
1927 — H.-un və M. Maqomayevin ümumi redaktorluğu ilə «Azərbaycan türk el nəğmələri» məcmuəsi nəşr olunmuşdur. Məcmuənin tərtibçiləri Ü.Hacıbəyov, M. Maqomayev və Z. Hacıbəyov
1928
6 may — H. Azərbaycan aşıqlarının birinci qurultayında «Aşıq sənəti» mövzusunda məruzə etmişdir.
— H. Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin olunmuş və 1929 ilədək bu vəzifədə çalışmışdır.
1930 - 1938
— ADK-da Azərb. xalq musiqisi şöbəsinin müəllimi və müdiri olmuşdur.
1931 — H. birinci notlu Azərb. xalq çalğı alətləri orkestrini təşkil etmişdir.
1932 - 1936 — H. «Koroğlu» operası üzərində işləmişdir.
1934 — H. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilmişdir.
— ADK-da «Ali məktəbdə tar və kamançanın perspektivləri» mövzusunda məruzə etmişdir.
1935 — H. «Azərbaycan SSR əməkdar incəsənət xadimi» fəxri adına layiq görülmüşdür.
1936 — H. Azərbaycan Dövlət xorunu təşkil etmişdir.
1937
30 aprel — Bakıda «Koroğlu» operasının ilk tamaşası olmuşdur.
— H. «Azərbaycan SSR xalq artisti» fəxri adına layiq görülmüşdür.
Dekabr
— H. birinci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.
1938 — H. Moskvada Azərbaycan incəsənəti ongünlüyündə iştirak etmişdir.
— H. «SSRİ xalq artisti» fəxri adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur.
— H. Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri seçilmişdir.
1939 —H. Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin edilmişdir.
—SSRİ Bəstəkarlar İttifaqının birinci qurultayının təşkilat komitəsinin üzvü seçilmişdir.
1940 — P. İ. Çaykovski ad. Moskva konservatoriyasında «Azərbaycan xalq musiqisinin əsasları» mövzusunda məruzə etmişdir.
— H. professor adı almışdır.
1941 — H. «Koroğlu» operasına görə Stalin mükafatına layiq görülmüşdür.
— H. ikinci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.
İyun — H. orduya bədii xidmət sahəsində respublikada hamilik işlərinin rəhbəri təyin olunmuşdur.
1942 — Muğam və xalq mahnılarının ifası məsələsinə dair müşavirədə çıxış etmişdir. — «Koroğlu» operası AOBT-nda rus dilində tamaşaya qoyulmuşdur.
1944 — SSRİ EA-nın Azərb. filialının incəsənət bölməsinin rəhbəri təyin olunmuşdur.
— Gənc ifaçıların resp. müsabiqəsinin münsiflər hey'ətinə sədrlik etmişdir.
Dekabr — H. Tbilisi şəhərində keçirilmiş Zaqafqaziya respublikaları musiqi ongünlüyünün təşkilatçılarından biri, Azərbaycan nümayəndə heyətinin bədii rəhbəri olmuşdur.
— Azərb. Dövlət Simf. Ork.-nə H.-un adı verilmişdir.
1945 — H.-un «Azərbaycan xalq musiqisinin əsasları» monoqrafiyası nəşr olunmuşdur.
— H. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
— H. «Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif edilmişdir.
Sentyabr — H.-un anadan olmasının 60 illik yubileyi keçirilmişdir.
— H. Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru təyin olunmuşdur.
Dekabr — Musiqi ifaçılarının Ümumittifaq müsabiqəsinin münsiflər heyətinin üzvü seçilmişdir.
1946 — H. «Arşın mal alan» kinofilminin musiqisinin müəllifi kimi Stalin mükafatına layiq görülmüşdür.
1948
23 noyabr — Üzeyir Hacıbəyov vəfat etmişdir.


Geri dön

Lexikon

  • 18 aprel 2011 22:41
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
Görkemli Azərbaycan sənətkarı

munika

  • 18 aprel 2011 19:04
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
tewekkurler

ASİ

  • 18 aprel 2011 15:35
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tesekkurler oxumadim

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

Gozel_lady

  • 18 aprel 2011 15:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkuller

ZEHRA

  • 18 aprel 2011 15:08
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
TEWEKKURLER

lider

  • 18 aprel 2011 15:05
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}