İlk qadın opera müğənnimizin anadan olmasından 114 il keçir

 
İlk qadın opera müğənnimizin anadan olmasından 114 il keçir

Şövkət Məmmədova 1912-ci ildə İtaliyada musiqi təhsilini tamamlayıb

Azərbaycanin ilk qadın opera müğənnisi, xalq artisti Şövkət Məmmmədovanın anadan olmasından 114 il keçir. Şövkət Məmmədova 1897-ci ilin bu günü Tiflisdə kasıb bir ailədə anadan olub. Pinəçi olan atası qızının musiqi istedadını hiss edəndə Şövkətin 6 yaşı var idi. 1910-cu ildə o Qafqaz vilayətinin qubernator müavini qraf İllarion Vornontsov Daşkovun təşkil etdiyi ziyafətdə çıxış etməsi üçün sponsor axtarışında da olub. Atası Milyonçu Hacı Zeynalabdinin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə isə Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin təhsili yarımçıq qalır və Ş. Məmmədova Rusiyaya qayıtmalı olur.

Musiqişünasların ehtimallarına görə isə, təqaüdün kəsilməsinin əsas səbəbi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə Şövkət Məmmədova arasındakı inciklik olub. Beləki, gözügötürməyənlər Milanda təhsil alan bu xanımın barəsində müxtəlif şayiələr yayaraq onu Hacının gözündən salıblar. Şövkət Məmmədova isə əlacısız qalıb, daha sonra təhsilini Tbilisi musiqi məktəbində davam etdirməli olur. O, həmin il dahi bəstəkar Üzeyir Hacıbəyovla tanış olur.

Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. 15 yaşlı Şövkət Üzeyir Hacıbəyovun “Ər və arvad” operettasından bir neçə parça ifa edir.

Konsertdən əldə olunan vəsait isə Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi. Qoçular Şövkət Məmmədovanı öldürmək qərarına gəlirlər, lakin Üzeyir bəy və dostlarının köməyi ilə faytona minib Abşeron kəndlərinin birində gizlədilir.

1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına daxil olur və konservatoriyada oxuduğu müddətdə bəstəkar Reynqold Qlier ilə tanış olur. Şövkət xanımın təşəbbüsü ilə Qlier Azərbaycana gəlir və musiqi folklorumuzu öyrənir. Bəstəkar səfərindən bəhrələnərək “Şahsənəm” operasını yazır və əsəri Şövkət Məmmədovaya ithaf edir.

1921-ci ildən başlayaraq o, Rusiya, Fransa, İtaliya, İran və Gurcustanda çıxışlar edib. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur və 1912-ci ildə axıra çatdırılmamış təhsilini tamamilə bitirir.

Şövkət Məmmədova opera və balet teatrında “Sevilya bərbəri” operasında Rozina, “Riqoletto”da Cilda, “Şah İsmayıl”da Gülzar, “Arşın mal alan”da Gülçöhrə və başqa aparıcı partiyaları ifa edib. Şövkət xanım Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini yaradır. Onun təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır. Ömürün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə professional vokal dərsləri verib. Şövkət Məmmədova 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub. Xalq artisti 1982-ci il 8 iyunda Bakıda dünaysını dəyişib.


Geri dön

::..ONSLAUGHT::..

  • 18 aprel 2011 21:46
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tesekurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 18 aprel 2011 18:06
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tesekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

kiss love

  • 18 aprel 2011 17:59
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

ZEHRA

  • 18 aprel 2011 17:28
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tewekkurler

Gozel_lady

  • 18 aprel 2011 16:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkuller

lider

  • 18 aprel 2011 16:13
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER.allah razi olsun.

ASİ

  • 18 aprel 2011 15:51
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}