Nəhcül Bəlağə

 
Nəhcül Bəlağə

İmam Əlinin (əleyhis-salam) səmanın və yerin yaradılışının,
Adəmin xilqətinin başlanğıcının xatırlandığı xütbələrindəndir.
Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun!

1 Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər.

2 Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər.

3 O, elə bir məbuddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər.

Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər.
(Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?)
O, elə bir məbuddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur.
(Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan,
özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır.

4 Onun üçün müəyyən edilmiş zaman da yoxdur.

5 Nə də Onun üçün uzun müddət vardır.

6 Məxluqatı Öz qüdrəti ilə yaratdı.

7 Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi.

8 Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi.

9 Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.)
Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir.
Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir.
Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.

10 İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir.

11 Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir.
Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən
(Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər
və tay bilmiş, («vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar).
Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana

Haşiyələr:
Onun zatına layiq olan tərif və mədh etmək gücündə deyillər.
Buna görə də Həzrəti Seyyid-ul-mürsəlin buyurmuşdur:
لا أُحْصِى ثَنَاءً عَلَيْكَ *** أَنْتَ كَمَا أَثْنَيْتَ عَلى نَفْسِكَ
«Mən Səni mədh etmək qüdrətində deyiləm.
Gərək Sən Özün müqəddəs zatını mədh edəsən».

Haqq-təalanın əta etdiyi nemətlər saysız-hesabsızdır və onların sonunu təsəvvür etmək
mümkün deyil. Qur’ani-Kərimin İbrahim surəsinin 34-cü ayəsində buyurulur: وَاِنْ تَعُدُّوا نِعْمَتَ اللهِ لا تُحْصُوها
«Allahın nemətlərini saymaq istəsəniz buna qüdrətiniz çatmaz.»
Elə isə Yaradanın nemətlərini saya bilməyən kimsə, Onun haqqını necə ödəyə və Ona necə şükr edə bilər?
Belə isə, şükür etməyin ən yüksək dərəcəsi bəndənin Onun nemətlərinin haqqını ödəməkdə aciz olduğunu etiraf etməsidir.
Məhdudlaşma və ehtiva olunma vücudu mümkün olanlara xasdır.
Vücudu vacib olan Allah-təala bundan münəzzəhdir.
Onun barəsində «xeyli vaxt öncədən mövcud olduğu» söylənilə bilməz.
Çünki O, zamanın yaradıcısıdır və zamanın içində olmağa ehtiyacı yoxdur ki, zaman onu əhatə edə bilsin.
Onunla tamamlansın. Yəni, Onun müddəti yoxdur, əzəli və əbədi olan Odur.

Zamanı yoxdur ki, sonu və müddəti olsun. Belə ki, zaman hərəkətin ölçüsüdür.
Hərəkət isə maddənin xassələrindəndir. O isə materiyadan uzaqdır.
Deməli, Onun zaman içində olması qeyri-mümkündür.
Qur’ani-Kərimin İsra surəsinin 51-ci ayəsində buyurulur: «فَسَيَقُولُونَ مَنْ يُّعِيدُنا قُلِ الَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ»
Deyərlər bizi ölümdən sonra kim qaytarıb dirildəcəkdir?
Ey Peyğəmbər, onların cavabında de ki, sizləri ilk dəfə yaradan yenidən dirildəcək.
Qur’ani-Kərimin Ə’raf surəsinin 57-ci ayəsində buyrulduğu kimi:
َوهُوَ الَّذِى يُرْسِلُ الرِّياَحَ بُشْراً بَيْنَ يَدَىْ رَحْمَتِهِ «Rəhməti olan yağışı yerə
yağdırmazdan öncə küləkləri müjdə kimi göndərən Odur.
Sizin rahat yaşamanız üçün tərpənib silkələnməsin.
Qur’ani-Kərimin Nəhl surəsinin 15-ci ayəsində buyurulduğu kimi: وَأَلْقَى فِي الْأَرْض رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ
«Böyük Allah yeri, tərpənib sizi bir tərəfdən başqa
tərəfə atmaması üçün nəhəng dağlarla möhkəmləndirdi.
Çünki tovhid ixlasdan başqa bir yolla kamilləşə bilməz.
Yəni, Allahı tanıyanın hər bir sözü, hər bir əməli Ona xatir olmalıdır,
heç bir dünyəvi məqsədlərə qarışmamalıdır. biləcəyinə inanmış olar

12 Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır.
Onu tanımayan Ona doğru işarə edər.
Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər.
(Onun üçün hədd və nəhayət yaradar.)
Onu məhdud hesab edən Onu sayar. (Onu özündən xaricdə say vahidinə çevirər.)
«Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər.
(Onun üçün yer və məkan seçər.) «Nəyin üstündədir?»
deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.

13 Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil.

14 Yoxdan var olmayan bir varlıq və mövcuddur.

15 Hər şeylə yanaşı olmadan onlarladır. (Beləliklə, O, hər bir şeylədir.
Yəni, hər bir şey Onunla dirçəlib, mövcud olub.)
Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.

16 İş görəndir, Ondan iş hasil olur, amma bu,
nə haldan-hala keçmə, nə hərəkət

17 və nə də alət mənasında deyil.
(Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var.
Ehtiyac isə nöqsandır. Vücudu vacib olanın nöqsanlı olması
qeyri-mümkündür. Buna görə də zatən gözü olmadan) görəndir.
Yaratdıqlarından heç biri olmayarkən də görən idi.
Onunla üns tutmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün
üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da tək
və vahid idi. (İndi ki, Onu tanıdın, qısacası bil ki,
Odur tam qüdrət sahibi olan Allah ki,) fikir və düşüncədən istifadə etmədən,

18 heç bir təcrübə və sınaqdan faydalanmadan,

19 Özündə heç bir hərəkət yaratmadan

20 və iztirablı, narahat nəfsin səyləri olmadan məxluqatı yaratdı.

21 Hər bir şeyi yoxdan və heçlikdən öz vaxtında varlığa çevirdi
(məsləhət olan anda onlara varlıq libası geydirdi)
və onların müxtəliflikləri arasında uyğunluq yaratdı və təbiətlərini sabitləşdirdi.
(Hər bir tələbat və təbiəti öz istedadı qədərincə olan yerdə yerləşdirdi) və O,
təbiətləri həmin əşyaların ayrılmaz hissəsinə çevirdi

22 halbuki onları yaratmamışdan öncə,
onlardan agah idi. O, şeylərin hüdudlarını, ətrafını və sonlarını əhatə edirdi.
O, əşya, onun hissə və kənarlarına bağlı olan şeylərlə də tanış idi
(bütün məxluqatı ümumiliklərinə və xüsusiliklərinə qədər bilirdi).
(bütün məxluqatı ümumiliklərinə və xüsusiliklərinə qədər bilirdi).
(Allah-təalanı tanıdıqdan və aləmlərin yaranma tərzi barədə ümumi anlayışın olduqdan)
Sonra (deyilənlərin ardı olaraq, indi müfəssəl şəkildə bil ki, Allah-təala öz güc və qüdrətiylə)
ucsuz-bucaqsız səmaları yardı, onun ətraf və kənarlarını açdı, fəzanın yuxarısında hava və
boşluq yaratdı. Daha sonra isə arasıkəsilməyən təlatümlü dalğaları olan və
çoxluqdan bir-birinin üzərinə sıx yığılan suyu axdırdı. O, suyu möhkəm uğultu ilə

Haşiyələr:
Bölünüb-parçalana bilən hər bir şey isə tərkibdən təşkil olunub və hər tərkib də hissələrdən ibarətdir.
«Harada deyil», «nəyin üstündədir» deyərsə Onu materiya və tərkibdən ibarət sanmış olar.
Bundan isə belə çıxar ki, O sonradan əmələ gəlmiş, yeni yaranmışdır.
Bu cümlədə O Həzrət müəyyən zamanda yaranışı Haqq-təaladan istisna edir.

Onun varlığı zatən sonradan yaradılmış deyil.
Bu cümlədə də Onun zatının yoxdan var olması istisna olunur.
Belə ki, hər hansı bir şeydən kənara çəkilsə, ondan bir şey qalmaz.
Çünki hər şeyi saxlayan Odur.
Çünki hərəkət materiyanın xassəsidir. O isə, materiyadan uzaqdır.
Çünki hər bir işdə düşünmək, olmamış bir işin baş tutması üçündür.
Belə ki, hər şey zat məqamında Allah-təala üçün əzəli və əbədi olaraq sabitdir.
Çünki təcrübə sınaq vasitəsilə elm əldə etmək istəyənlərə aiddir,
elmi zatı ilə eyni olan Allah-təala üçün deyil.
Onun yaratması hərəkətə əsaslanmır. Çünki hərəkət dəyişiklik deməkdir.

Dəyişiklik isə, imkan aləminin xassələrindəndir.
Gördüyü işin düzgün olub-olmaması barədə narahatlıq keçirmədən.
Belə ki, iztirab və narahatlıq işlərin sonunu bilməməkdən irəli gəlir.
Nadanlıq və cəhalət isə, zatı ilə elmi eyni olana rəva deyil.
Belə ki, onların arasında ayrılıq mümkün deyil; Şücaət igid insanın ayrılmaz
xüsusiyyəti, səxavət kəramətli insanın ayrılmaz sifəti olduğu kimi bir sözlə
məxluqatı yaratdı, əsən şiddətli və bərk küləyin belinə yüklədi, sonra isə küləyə
o suyu (bir-birindən ayrılıb qopmaması üçün hər tərəfdən) qaytarmağı və möhkəm
saxlamağı əmr etdi, küləyi suyun sərhədlərində saxladı və o suyun məkanında yerləşdirdi.

Hava geniş və açıq küləyin altında, axan su isə yuxarısında (hərəkətdə idi).
Bu zaman başqa bir külək yaratdı və onun əhatəsini məhdud etdi
(O, küləyi başqa bir şey üçün deyil, yalnız su dalğası üçün yaratdı).
Onu daima suyu hərəkət etdirməsi üçün yaratdı, onu möhkəm əsdirdi, onun yaranma
mənşəyini (əsmə yeri öyrənilə bilinməyən hissəsini) əlçatmaz etdi. Sonra isə ona bol
olan suyu hərəkətə gətirib bir-birinə qarışdırmaq və dənizlərin dalğasını təlatümləndirib
qaldırmaq əmri verdi (dənizin özündən olan suyun hər bir hissəsini dalğalandırmağı əmr etdi).

Sonra külək də suyu nehrə kimi çalxalayıb qarışdırdı, külək boş və geniş ərazidə
əsirmiş kimi şiddətlə ona (doğru) əsdi. (O suyu elə çalxaladı ki,) suyun əvvəlini axırına
qaytardı və hərəkətsizini, böyük su kütləsini yuxarı qalxıb, bir-birinin üzərinə sıx yığılmış
su hissəsini köpükləndirəcəyi həddə qədər hərəkətə gətirdi. Sonra Allah-təala o
köpükləri boş və geniş yerdə, açıq fəzada yuxarı qaldırdı, yeddi səmanı
(O köpüklərdən heç bir əyrilik olmadan yaratdı). O, səmaların altında axıb
tökülməsin deyə dalğa yaratdı, onların üstündə isə saxlayıcı sütunları olmadan,
onları nizamlayan mıx (və ya kəndir) olmadan qorunan tavan yaratdı.

Bu zaman O, səmaları ulduzlar və nur ələyənlərin işığı ilə zinətləndirdi.
Onda günəşin nursaçan çırağını və parlaq ayı, dövr edən üfüqdə, seyr edən tavanda və
hərəkətli lövhədə yerləşdiyi halda (ulduzların, günəşin və ayın hər birini) hərəkətə gətirdi.
dəstəsi elə mələklərdilər ki,) onlardan bəziləri səcdə halındadırlar, ruku etmirlər,
bəziləri isə ruku halındadırlar, ayağa qalxmırlar, bir dəstəsi isə cərgə ilə dayanıblar,
öz yerlərindən kənara çıxmırlar və bəziləri də yorulmadan təsbih edəndirlər.
(Mələklərin heç bir növü maddi olmadığına görə) onların gözlərinə yuxu,
ağıllarına səhv gəlməz, onlarda nə süstlük, nə də unutqanlıq baş verər.
Onların başqa bir dəstəsi (ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir.

Onun peyğəmbərləri uçün danışıq vasitəsi və tərcumanlarıdır,
Onun hökm və fərmanlarını yetirmək üçün get-gəl edirlər. Onların bir dəstəsi isə
(üçüncü hissəsi) Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridirlər.
Onların başqa bir hissəsinin (mələklərin dördüncü dəstəsinin)
ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları ötüb,
əzaları cahanın hüdudlarından kənara çıxıb, onların çiyinləri ərşin dayaqlarıyla bərabərdir.
(İlahi nurun əzəmət və heybətindən) ərşin müqabilində nəzərləri yerə
dikilib və onun altında özlərini qanadlarına bürüyüblər.

23 O mələklər və onlardan daha aşağıdakılar arasında izzət
hicabları və qüdrət pərdələri çəkilib.

24 (O mələklərin Allahı tanımağı və mərifəti elə bir səviyyədədir ki,)
Allahı xəyallarında canlandırmaz, məxluqatın sifətlərini Ona aid etməzlər,
Onu məkanla məhdudlaşdırmazlar, bənzər və misli olanlarla Ona işarə etməzlər.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 16:46
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

tunar_mamedov

  • 21 aprel 2011 04:24
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
Sitat: Gozel_lady
ALLAH RAZİ OLSUN SİZDEN! tewekkuller


Aleyra

  • 19 aprel 2011 13:54
  • Məqalə: 4
  • Şərh: 643
  • Bal:
{awards}
Allah razi olsun.Tewekkurler

Gozel_lady

  • 19 aprel 2011 10:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN SİZDEN! tewekkuller

Inciciceyi

  • 19 aprel 2011 10:32
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twk allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 19 aprel 2011 02:50
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
~^~^~^~^~^~^~TE$EKKÜRLER~^~^~^~^~^~^~^~

--------------------



_Güni_

  • 19 aprel 2011 00:02
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
Haqq-təalanın əta etdiyi nemətlər saysız-hesabsızdır və onların sonunu təsəvvür etmək
mümkün deyil

--------------------
Gözəli gözəl edən ədəbdir..'Ədəb' isə sevilməyə səbəbdir...

::..ONSLAUGHT::..

  • 18 aprel 2011 23:48
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
xebere gore twkler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 18 aprel 2011 23:44
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
Allah razi olsun

Cici-Kiz

  • 18 aprel 2011 23:39
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN SİZDEN!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 87

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
Darling
Xəbərləri: 28
Cəmi: 913
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 70
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}