Qadinlar barədə dahilərin fikirləri

 
Qadinlar barədə dahilərin fikirləri


Düzdür, çox təəssüf ki, dünyanın bütün qadınları ən sadə şeylərdə belə xoşbəxt ola bilirlər, amma bu qadının ağlının bir yerə kimi işləməsinə dəlalət etmir. Kişilər fikirləşə bilərlər ki, qadın sevəndə ağılsız olur, hətta kişinin köləsinə çevrilir, amma qadın sevəndə həm də amansız olur. Əziz əks cinsin nümayəndələri qadın xarakterinə, təbiətinə, xislətinə bələd olmaq dünyanın ən müşkül məsələsidir. Bütün aqil insanlar bir məsələdə həmfikirdirlər.

Balzak qadınlarda işğalçı ruhu görüb:"Qadınlar özgəsinə mənsub olan kişiyə qələbə çalmağı sevirlər".

Monikinin görümüncə, onlar çox səbirsizdirlər: "Kişilərin səbri illərlə, qadınlarınkı dəqiqələrlə ölçülür".
Qadın səbirsiz olsa da, hər halda həssasdır. Lomarkın sözlərilə desək, "qadın həssaslıqla hər şeyi çox tez duyur, anlayır, yalnız mühakimə etdikdə yanılır".
Davfresnin fikirləri isə qadının yalnız xarici gözəlliyini qiymətləndirənlər üçün maraqlı olacaq. Onun fikrincə qadınların gəzinti zamanı tovuzquşu kimi bəzənməsinə elə də bənd olmaq lazım deyil. Çünki yazıçı uzun illərin müşahidəsindən belə nəticə çıxarıb ki, "qadınlar yalnız görüşlər zamanı göyərçinə, evdə isə qarğaya oxşayırlar".

Dostoyevski isə deyəsən, yaman aldanıb. Çünki o, qadının aldatmaq məharətinə heyran qalaraq, fikirləşib ki, "qadın hətta hər şeyi görən Allahı da aldada bilər".
Qadınların geniş ürəyinə, günahları bağışlamaq bacarığına gəlincə, A.Hüsse onları eqoizmdə günahlandırıb: Qadınlar yalnız özləri ədalətsiz olduqda, qarşısındakından da bağışlanılmaz günah işlətdikdə bağışlayırlar".

H.Heyne isə isbata ehtiyacı olmayan aksiomanı təkrar edib: "Tarixə yalnız kişilərin adı düşsə də, dünyanı qadınlar idarə edir". Qadın nifrətindən də uzaq olun. O sizə nifrət etsə, bilin ki, özünüzə ən qəddar düşmən qazanmısınız. A.Hüsse bu nifrətə bələdçilikdə sizlərə yardımçı ola bilər: "Onun sizə necə nifrət etdiyini bilmək istəyirsinizsə, onun sizi necə sevdiyini xatırlamağınız kifayətdir". Qadının bir zəif damarı var: məhəbbət! Belə ki, məhəbbətdə şahı gədadan ayırmayan Ulu yaradan qadına da güzəştə getməyib. Ən ağıllı qadını elə yanıldıb ki, bunu sözlə də ifadə etmək çətindir. Aqillər qadınlar haqqında müxtəlif fikirlər söyləsələr də, bu məsələdə həmrəydirlər.

Venevedinov qadının məhəbbətdə həmişə axmaqlığa yuvarlandığı, çinlilərsə hamıdan ağıllı qadının hamıdan axmaq kişini sevdiyi qənaətindədir.
Gözəllik təcəssümü sayılan qadının özü də gözəllik əsiridir. Çirkin qadınların halına acıyan Mabiyevin sözlərilə desək, "qadın elə bircə çirkinlik dərdini bütün həyatı boyu qəlbində saxlayır". Bu dərdin dözülməzliyindən qaçanlarsa, eynən Krılovun müşahidəsinə əl atırlar: "Hamıdan çirkin olsa da, elə qadın yoxdur ki, güzgü onu onun kifayət qədər gözəl olduğuna inandırmasın".

Şekspirsə qadının vicdanına aludədir. Onun fikrincə, "qadını ciddilik deyil, vicdan mühafizə etməlidir".

Maksim Qorki isə belə fikirləşir: "Qadından ölümdən qaça bilmədiyin kimi qaça bilməzsən".


Geri dön

Yusif

  • 7 avqust 2010 00:33
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
twk xebere gore

DaMLa

  • 2 avqust 2010 17:01
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Xəbəri oxudum... Razılaşmadığım çooox şey var... Düzü fikirlərimi geniş izah etməyə səbrim çatmadı... smile Amma içimdən məşhur Azərbaycan filmindən bir sitat gətirmək keçdi:

"Qadın böyük qüvvədir!!!" smile

--------------------

GuLLi

  • 2 avqust 2010 16:05
  • Məqalə: 19
  • Şərh: 496
  • Bal:
{awards}
Davfresnin fikirləri isə qadının yalnız xarici gözəlliyini qiymətləndirənlər üçün maraqlı olacaq. Onun fikrincə qadınların gəzinti zamanı tovuzquşu kimi bəzənməsinə elə də bənd olmaq lazım deyil. Çünki yazıçı uzun illərin müşahidəsindən belə nəticə çıxarıb ki, "qadınlar yalnız görüşlər zamanı göyərçinə, evdə isə qarğaya oxşayırlar".

bidene busozden xoshum gelmedi angry

--------------------

Живи, как можешь, раз нельзя как хочется.

_SliPkNoTkA_

  • 2 avqust 2010 10:19
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
eee bu qadinlar hakknda ne cox sey variymisee neyse thanks

--------------------

Mr_Unlimited

  • 31 iyul 2010 01:43
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
maarqli sitatalra gore tewekkurler))

MiKoLaDka

  • 29 iyul 2010 16:02
  • Məqalə: 4
  • Şərh: 162
  • Bal:
{awards}
hmm twk xebere gore

--------------------
Menden nifret edin cunki men sizden deyilem
______________________________________________________
Qan gormey isdiyir gozderim.Ya axmali menden yada axitmaliyam bir yerlerden.Olum isdiyir bedenim.Ya olmeliyem yada oldurmeliyem ruhsuz bedenleri...

_LeGenDa_

  • 29 iyul 2010 15:28
  • Məqalə: 133
  • Şərh: 548
  • Bal:
{awards}
Maksim Qorki isə belə fikirləşir: "Qadından ölümdən qaça bilmədiyin kimi qaça bilməzsən".


maraqli fikirlerdi tewekkurler baciw seni burda gorduyume coox sevindim :))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 19
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}