Dünya "8 vurur": sonumuz nə olacaq?

 
Dünya "8 vurur": sonumuz nə olacaq?

Əbədi heç nə yoxdur. Etiraf etməkdən qorxsaq da, demək və xəyala gətirmək istəməsək də, dünyanın sonunun çatacağı istisna deyil. Təbii, bəşər övladı onu əhatə edən insanlar, yaxınları və əzizləri, təbiət və ən nəhayət, udduğu havanı nə zamansa itirəcəyni ağlına belə, gətirmək istəmir.
Fəqət, orta əsrlərdəki sufi şeyxi Bəhaəddin Qəsrəvinin dediyi təki, "bu fanilikdə hər şey baqi, hər şey həqiqi ola bilər".

Belədirsə, dünyanın sonu çatacaq, ya yox? Kainatda hər şeyin sonunun olacağı barədə təxminlər, əsərlər, yazılar və deyimlər həddən ziyadədir. Bu mövzu bütün zamanlar və xalqların ən çox müzakirə etdikləri məsələlərdən biri, dindarlar və dini lənətləyən ateistlərin sevimli dartışma məqamıdır.
İnsan oğlu inkişaf etdikcə, tam və güzəştsiz məhvi üçün daha çox, daha yeni vasitələr və imkanlar tapır.

Və ən nəhayət, dünyanın sonu mövzusu intellektual təsir bağışlamaq istəyən insanların söhbət zamanı ağlının varlığını göstərmək üçün yapışdığı son saman çöpünə də çevrilir.
Belədirsə,

Dünyanın sonunun ssenariləri

deyilən ünsürlərə nəzər salaq.
Dünyanın ən qədim dini olan buddizmdə bəşər övladının məhvinin 7 yolu göstərilir. Xan Tenqriyə sitayiş edərək təkallahlılığı yayıldıqları hər yerə təlqin edən qədim türklərdə də dünyanın 7 yoldan birində məhv olacağı göstərilirdi.

Sonralar xristianlıq, iuadizm və İslamda da Məşhər günündən danışıldı, insanların ölümlərinin və yox olmalarının 7 yolunun varlığı söyləndi.
Belədirsə, hansıdır o 7 ssenari ki, bəşəriyyət, dünya və kainat onlardan biri ilə məhv ola bilər?

Qamma-şüalanma: görünməyən qatillər seli

Qalaktikadakı ulduzlardan birinin partlayışı zamanı yaranacaq ölümcül qamma-şüalar Yer planetini də məhv edə bilər.
... 1967-ci il idi. ABŞ-ın Nyu-Meksiko ştatındakı Los-Alamos şəhərinin kənarında yerləşən məxfi tədqiqat mərkəzindəki hərbçilər gözlərinə inana bilmirdilər. Nüvə silahlarının ixtisar edilməsi üzrə beynəlxalq anlaşmalara riayət edilməsini izləmək üçün kosmosa çıxarılmış süni peykdəki qamma-şüa göstəricisi SSRİ ərazisindən hər gün gələn şüaları qeydə alırdı. Belə qamma-şüalanma yalnız atom bombasının partlayışı zamanı yaranır. Bir qədər keçdi, aydın oldu ki, Sovetlər Birliyi imzaladığı anlaşmalara riayət edərək atom bombalarının sınaqlarını keçirmir və qamma-şüalar da SSRİ ərazisindən gəlmir.

Şüalanma mənşəyi bilinməyən kosmik mənbədən gəlirdi. Hərbi sirrə riayət edən Los-Alamos laboratoriyası ta 1973-cü ilə qədər bu sirli şüalanma barədə ictimaiyyətə heç bir məlumat vermədi. Həmin məlumatlar açıqlananda isə heyrətlənmək növbəsi astrofiziklərə çatdı.
Alimlər bu şüaların mənbəyinin harada olduğunu üzün müddət müəyyənləşdirə bilmirdilər. Bəziləri qamma-şüalanmasının "özəyi"nin qalaktikamızda, bəziləri isə kosmosun ənginliklərində olduğunu israrla deyirdi. Partlayışların təbiətini də aşkarlamaq olmurdu. Həmin fenomenin mənbəyi yalnız 1997-ci ildə İtaliyanın "Beppo-Sax" peyki vasitəsilə dəqiqləşdirildi.

Sən demə, qamma-şüalanma Günəş sistemindən təxminən 1 milyard işıq ili uzaqdakı yerdən gəlirmiş.
Di gəl, şüalanmanın təbiəti hələ də bilinmir. Daha geniş yayılmış versiyalardan birinə görə, həmin qamma-şüalanma kütləvi Günəşdən 10 dəfə artıq ulduzun məhvindən xəbər verir.
Partlayış zamanı kosmosa yayılan ulduz materiyası güclü enerji axını yaradır və ağlagəlməz gücə malik partlayış zərbəsi nəticəsində qamma-şüalanma başlayır.

Təbii ki, alimlər qamma-şüalanma ilə maraqlanmaya bilməzdilər. Axı belə şüalar Yer kürəsində həyata son qoya biləcək fəlakət yarada bilərlər. Amerika Milli Aeronavtika Agentliyi (NASA) ekspertlərinin dediklərinə görə, qalaktikamızda hansısa səma cisminin qamma-şüalanması nəticəsində məhvi orta hesabla hər 100 milyon ildən bir baş verir.
Hərgah növbəti qamma-şüalanmanın mənbəyi Yerdən 3 min işıq ili məsafəsində olarsa, həmin şüalar planetin ozon qatını darmadağın edəcəklər. Yerin ozon qatı isə bizi Günəşin ultrabənövşəyi şüalarından qoruyur.

Yox əgər qamma-şüalanma mənbəyi ilə Yer arasındakı məsafə daha az olarsa, şüalar planetin səthinə çatacaq və bütün canlıları bir andaca məhv edəcək. Biz o şüaları nə görəcək, nə də hiss etməyəcəyik: qamma-şüalar işıq sürəti ilə yayılır. Yeni ulduzların birləşməsi zamanı hətta günün günorta çağı görünən işıq Yer üçün ölüm, son, Məşhər günüdür.

Göydən daş yağarsa...

Hər 30 milyon ildə bir dəfə Günəş sisteminin hüdudlarından Yerə səma cisimlərindən ibarət yağış yağır və planetdəki canlı nə varsa, hər şeyi məhv edir.
Günəş sisteminin ən uzaq planeti sayılan Plutonun orbitindən arxada Ecvort-Koyper kəməri adlanan, varlıqları bu yaxında aşkarlanmış kiçik, soyuq səma cisimləri toplusu olan həlqəvari məkan var. O kəmərdəki ən böyük səma cisminin diametri 1200 kilometrə bərabərdir. Bu isə Plutonun peyki, diametri 1270 km olan Harondan bir qədər azdır.
Həmin cisimlərin tam əksəriyyəti əvvəllər Oort Buludunda, milyardlarla kometin yığışdığı və Günəş ətrafında olan yerdə idi. Həmin kometlər planetlər sistemimizi əhatə edir və bizi Alfa Sentavradan ayırlan nəhəng əraziyə yayılıb.

Alfa-Sentavra isə Günəş sisteminə ən yaxın ulduzdur.
Bəhs etdiyimiz buluddakı səma cisimlərin temperaturları çox aşağı olsa da, Günəş sisteminin sadəcə, bir neçə milyon il vaxtı var.
Sonra isə fəlakət baş verəsidir.
Səbəb sadədir: axı Günəş kəhkəşanın mərkəzi ətrafında dövrə vurur. Kəhkəşan gec-tez bizə o qədər yaxınlaşacaq ki, Oort Buludundakı kometlərin hərəkət orbitlərinə birbaşa təsir edəcək. Həmin buluddakı səma cisimlərindən əksəriyyəti kosmosda itib-batsa da, bir çoxu Günəş sisteminə yaxınlaşacaq və planetlərlə toqquşacaq.

Yerin əvvəllər də belə fəlakətli "bombardman"lara məruz qalmışdı. Bəzi alimlər 506 milyon il bundan əvvəlki Ordovik dövründən tutmuş, 65 milyon il öncə dinozavrların məhvinə qədər olan vaxtdakı qlobal ekoloji fəlakətləri rekonstruksiya edərək belə qərara gəliblər ki, kometlərin yerə axınları arasındakı dövr 30 milyon ildir.
Belədirsə, Oort Buludundakı kometlərin Yerə axışması planetimizdəki həyatı kökündən dəyişəəck.
Fəqət, həmin dəyişiklikləri kimsə görməyəcək.

Parçalanmış tikələr yenə birləşəcək

250 milyon il sonra Avstraliya Asiya ilə birləşəcək, Yaponiya yoxa çıxacaq. Yeni dağ silsilələri yaranacaq, yatmış vulkanlar oyanacaq.
250 milyon il əvvəl Dünya Okeanının sularının sahillərini yuduğu Pangeya adlı nəhəng qitə vardı. Adının mənası "bütün Yer" olan bu qitənin müxtəlif fraqmentlərə parçalanması saysız həyat formalarının məhvinə səbəb olmuş dəhşətli fəlakətlərlə müşayiət olundu.
Uzaq gələcəkdə Pangeya yenidən yaranmağa başlayacaq. Zahiri görkəmi hətta əvvəlki təki olmasa da...

Çünki çox əvvəllər Yerin səthi qitələrin yerdəyişməsi nəticəsində yaranıb. Bu isə nüvə, mantiya və qılafdan ibarət Yern kürəsinin strukturu ilə bağlı bir hadisə idi.
Mantiya və qılafın üst qatı bərk litosferdən ibarətdir. O, yarıərimiş dağ süxurlarından ibarət daha dərin mantiya qatının içində üzür. Alimlərin fikrincə, yer mantiyasının nəhəng fraqmentlərinin üzə çıxması və batması litosfer lövhələrini eynən hava limanındakı baqaj lentindəki çantalar çəki özünə çəkəcək.
Həmin lövhələrin ildə 1-15 sm hərəkət etmələri və trayektoriyaları bəlli olduğundan, Yerin gələcəkdəki görünüşünü təsəvvür etmək olar. 50 milyon il sonra Avstraliya Çinin cənub-qərbinə çatacaq, yolüstü Cənub-Şərqi Asiya və Yaponiyanı "udacaq", sonda da Himalay dağ silsiləsi təki yeni zirvələr yaradacaq. 40 milyon il sonra şimala doğru şərəkət edərək Aralıq dənizini məhv edəcək Afrika litosfer lövhəsinin təsiri nəticəsində Alp dağları da eynən Himalay dağ silsiləsi hündürlükdə olacaq.

Amerika isə Avrasiya ilə birləşəcək, bir litosfer dövhəsinin başqasının altına girməsi nəticəsində Atlantik Okeanı yox olacaq.
Beləcə, 250 milyon il sonra yeri Pangeya yaranacaq.

Yer nəhəng səhraya çevriləcək?

"Yer planetinin Marsın taleyini təkrarlamaqda olduğundan xəbəriniz varmı?! İnanmayacaqsınız, amma belədir. Vaxt gələcək, Yer indiki Mars təki bomboş olacaq".
Məşhur astrofizik, Tokio Texnologiya İnstitutunun professoru Siqenore Maruyama belə deyir.
Dünyaca nüfuzlu yapon alimin hesablamalarına görə, Yer həl il 900 milyon tona yaxın rütubəti itirir və bu, 1 milyard il ərzində planetdə suyun tamamən yoxa çıxması ilə sonuclanacaq. Planetimiz tədricən səhraya çevriləcək, bütün canlı orqanizmlər məhv olacaq.

Yer kürəsində su artıq mantiyanın yuxarı və aşağı layları arasında, 410-600 km dərinlikdə yığışmağa başlayıb.

Nəhəng Günəş: böyüdükcə təhlükəsi artacaq

Bu ssenariyə görə, mövcudluğunun sonunda nəhəng qırmızı Günəş yeri udacaq və yandırılmış səhraya çevirəcək.
Gerçəkdən də, bir vaxtlar Günəş indikindən xeyli fərqli idi. Milyardlarla il sonra o, yenidən "sima"sını dəyişəsidir. Günəşin öz həyat dövrləri var. Ulduzlararası maddədən ibarət buluddan enerji yaranır, sonra o enerjini Günəş udur və pulsarlar vasitəsilə ətrafa yayır.
Fəqət, gün gələcək, pulsarlar ətrafa enerji yox, ölüm yayacaqlar və bax, onda Yerin səthi yandırılmış məkana çevriləcək.

İstənilən başqa ulduzda olduğu kimi, Günəşdə də enerjinin yaranmasının termonüvə mənşəyi var. Ulduzun varlıq müddəti isə onun kütləsindən birbaşa salıdır. Yanar maddənin miqdarı nə qədər çox olarsa, yanma müddəti bir o qədər sürəkli ağacdan fərqli olaraq, ulduzlarda hər şey tam tərsinədir. Onların kütləvi nə qədər çox olarsa, bir o qədər tez yanırlar. Yəni ullduzların öz enerji mənbələrini tam tükətdikləri mərhələlər var.

Nisbi kütləsinin az olduğu Günəşdə həmin mərhələnin sürəyi təxminən 10 milyard ildir. Tərslikdən də biz indi həmin prosesin tam ortasındayıq. 5 milyard il sonra Günəş bütün hidrogenini sərf edib qurtaracaq, heliuma keçəcək və indiki kütləsindən 75 faiz iri olacaq.
Milyardlarla il keçəcək, yeni Günəş onun sisteminin mərkəzinə daha yaxın olan Merkuri və Veneranı udacaq. Günəşin qızmar atmosferində üzən Yer isə orbitindən çıxacaq və spiralvari hərəkətlə yeni, nəhəng ulduzun tam mərkəzində əriyib məhv olacaq.

Ola bilər ki, Marsın bəxti gətirsin və təxminən milyard il sonra orada həyat üçün yararlı, ya da həyatın bərpası üçün əlverişli mühit yaransın.
Nə də olsa, milyardlarla il əvvəl Marsda həyat olub.
Biz isə bunu bilməyəcəyik.

Günəş sistemi özünü "yeyə" bilər

Vaxt gələcək, Günəş sisteminin donmuş planetləri cırtdanlanmış Günəşin ətrafında tam zülmətdə dövr vuracaqlar.
Qırmızı planetdəki yeni genişlənmələr Yerdəki həyata son qoyasıdır. Amma bu, Günəşin məhvinin son səhnəsi olmayacaq: qırmızı planet hələ milyard il də belə vəziyyətdə qalacaq. Günəş heliumla qidalanmağa başlayacaq, sonra isə böyük dərinlikdə olan yeni və daha ağır elementləri tədricən udaraq kiçiləcək.

Növbə dəmirə çatanda enerji ayrılması ilə müşayiət olunan termonüvə sintezi prosesi dayanacaq.
Sonra isə Güneəşin batinindəki elementlərin dəyişməsi davam edəcək, amma bu dəfə enerji udulacaq.
Belə növbəli termonüvə reaksiyaları zamanı Günəşdə qeyri-stabillik mərhələləri yaranacaq, onun işıqlanması dəyişəcək, "nəbzvari" sefeid-ulduzları və pulsarları xatırladacaq.
Final mərhələsində dövrlərin dəyişməsi sürətlənəcək, hər yeni dövr əvvəlkindən daha qısa olacaq.

Günəş varlığını dərhal, yəni partlayışla başa vurmayacaq. Onun ən üst qatları aralanaraq kosmosa gedəcək, planetar dumanlıq yaradacaqlar.
Miilyardlarla il ərzində soyumağa başlayacaq günəş sonda 4000 Kelvinə qədər çatacaq və onun maddəsi kristallaşacaq.

Kiçik, ağ Günəşin ətrafında "sağ qalmış" planetlərin reliktləri dövrə vuracaq. Onlar Mars, Yupiter və Saturn olacaqlar ki, soyuq həlqələri Günəşin növbəti mərhələsi əsnasında buxarlanacaqlar.
Daha sonra əbədi gecə başlayacaq. Hər tərəf zülmətə qərq olacaq, Günəş səmadakı başqa ulduzlardan əsla fərqlənməyəcək.

"Günəş sistemininm əhvi" faciəsinin son səhnəsi isə buza dönmüş planetlərin kiçik və soyuq Günəşin ətrafında "ölüm yallısı" getməsi olacaq.

Kəhkəşanın sonu qara dəlikdə olacaq?

Qalaktikanın mərkəzindəki Qara Dəlik ayılıb. Onun burulğanında kəhkəşanın bütün ulduzları məhv ola bilər.
Kəhkəşan və digər uzaq qalaktikaları müşaihə edən astromların dediklərinə görə, başqa qalaktikalarda fasiləsiz aktivlik müşahidə olunursa, bizdə nisbi sakitlikdir.
Qaz yayılmaları, ulduz formalaşmalarının yüksək intensivlik zonaları, güclü radiodalğa axınları, rentgen və qamma-şüalanmalar, nəhəng enerji "boşalmaları" - bütün bunlar qalaktikalara yaxın ulduz görüntüləri verir. Halbuki o qalaktikalar Günəş sistemindən milyardlarla işıq ili məsafəsindədir.

Sözügedən ulduz sistemlərinin hədsiz fəallığının bir izahı onların mərkəzindəki nəhəng qara dəliklərdir ki, kütlələri Günəşin ağırlığından on milyonlarla dəfə artıqdır. Belə kosmik "tozsoran" kəhkəşandakı ulduzlarla yanaşı, Günəş sistemini də udaraq yox edə bilər.

Qanadlı, yaşıl "ölüm" kiçik olsa da...

Yer kürəsində ən sürətlə mutasiya edən canlı çəyirtkədir. Onun nəsildən nəsilə yaşam imkanları sürətlə artır. Belə gedərsə, gec-tez çəyirtkələr istisnasız olaraq bütün pestisidlərə immunitetə malik olacaq, istənilən bitkini yeyəcəklər. Çəyirtkələrin sayının sürətlə artması planetin yaşıl örtüyünü məhv edəndə isə Yerin sonu çatasıdır.

Planetimiz niyə "8 vurur"?

Numerologiyaya görə, 8 rəqəminin mistik mənaları var. Hələ qədim şumerlər hesab edirdilər ki, səkkiz rəqəminin üfüqi və şaquli vəziyyəti insan həyatı ilə yanaşı, Günəş, Ay və ulduzların varlığını əks etdirir.
Qədim Babilistan və Misirdə isə kahinlər yazıblar ki, 8 rəqəmi özündən əvvəlki çoxluqla özündən sonrakı azlığın arasındakı mərhələdir.
Riyaziyyat, daha konkret olsaq, cəbr və həndəsə ərəb rəqəmlərinə keçəndən sonra isə ərəb riyaziyyatçılar buyurdular ki, 8 rəqəmi yaşamın sonsuzluğa qarşı mübarizəsidir: çünki bu rəqəm üst-üstə olan iki heçliyin yaratdığı varlıqdır.

Müasir astrofizikada da 8 rəqəminin mənası var. Belə ki, qalaktikamızdakı səma cisimləri bir-birlərinə ifrat yaxınlaşanda, onların hərəkət orbitlərin kəsişməsi məhz 8 rəqəmini xatırladır.
Amerikalı və avropalı astronomların son müşahidələri göstərir ki, Yer planetinin orbiti yaxın, nisbətən "statik" səma cisimləri ilə müqayisədə 8-i xatırlatmağa başlayıb.

Son illərdəki güclü zəlzələ və sunamilər, Yer təkindəki tektonik fəallığın artması planetin fırlanma oxunu dəyişdiyi kimi, orbitinə də kiçik dəyişikliklər edib.
Bunu alimlər "orbitin 8 vurması" adlandırır və təhlükəli məqam sayırlar.
Belədirsə, bizi nə gözləyir?


Geri dön

justin bieber fan

  • 11 fevral 2012 17:10
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
dünya dağılarsa uzağı öləcəyik.başqa nə ola bilər ki fellow

ZAC EFRON

  • 26 iyun 2011 22:22
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
SPOSIBA....SPOSIBA....SPOSIBA...

_RONALDO_

  • 2 may 2011 22:52
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TWKR. melumatlara gore

--------------------

E_M_O

  • 28 aprel 2011 13:27
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
HER SEY ALLAHIN ELINDEDIR ALLAH INSANLARI SEVIR ALLAH BAQISLAYANDIR

CandyGirl

  • 19 aprel 2011 14:14
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
Sitat: Gozel_lady
tewkkuller en duzun Allah bilir Allah sonumuzu xeyirli etsin Amin


--------------------

hazal kaya

  • 19 aprel 2011 12:16
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
twk winked

..:LuNaTiK:..

  • 19 aprel 2011 11:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah eləyə dağılmasın.Ancaq hamsı allahın əlindədir.İstəyər dağıdar,istəyər yox!

Gozel_lady

  • 19 aprel 2011 11:11
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewkkuller en duzun Allah bilir Allah sonumuzu xeyirli etsin Amin

Inciciceyi

  • 19 aprel 2011 10:46
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkkkk maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

AbdulRauuf

  • 19 aprel 2011 01:38
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Melumata gore cox saqolun! Mence umudumuzu ALLAHA baqlamaliyiq.Cunku o bizi sevir.

ELIZA29

  • 19 aprel 2011 00:16
  • Məqalə: 0
  • Şərh: 208
  • Bal:
{awards}
MEN QORXDUM

romantik_awk

  • 19 aprel 2011 00:03
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
yawiyariq gorerik neler olacaq

--------------------

angel of seas

  • 18 aprel 2011 23:55
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
hmm oxudum maraqli idi twk what

::..ONSLAUGHT::..

  • 18 aprel 2011 23:52
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
memumata gore twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

aydanka09

  • 18 aprel 2011 23:12
  • Məqalə: 0
  • Şərh: 342
  • Bal:
{awards}
nuuuuuu her gun ewitdiyimiz sozler hec kim bile bilmezz ne olaceyyy geleceydeee.

daha1gece

  • 18 aprel 2011 23:00
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
twk yaxci xeber idi

omur

  • 18 aprel 2011 22:29
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
{awards}
TWK maraqli idi cox sagol......

.................


.......................))))))))

--------------------
wirinler

YazYamuru

  • 18 aprel 2011 22:26
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
cooxx qisa metn oldugu ücün hammisini oxudum wink sagole aayy müellif bizidekiii ya$ayib görerik ne gözlediyini yeqinki yax$i bir $ey olmaz.....

--------------------



ASİ

  • 18 aprel 2011 21:39
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

::..ONSLAUGHT::..

  • 18 aprel 2011 21:33
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
thank you

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

kiss love

  • 18 aprel 2011 21:17
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
twk ilk serh menden

--------------------

lider

  • 18 aprel 2011 21:17
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TWKR. melumatlara gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}