Slipknot [Biography]

 
Slipknot [Biography]



1996 ilində qaynaq işində işləyən Shawn Crahan və yoldaşı Anders Colsefini tərəfindən Slipknot fikiri ortaya cıxar. Shawn, Paul Gray adlı yoldaşını sınamaq üçün L.A`dan cağırır. Daha sonra qrupa Paulun köhnə qrup yoldaşı(Anal Blast) Joey Jordison, Donuya Steele (Body Pit) və Josh Brainiard (Modifidious) əlavə olunar. Beləcə qrupun ilk heyəti meydana gələr. (Shawn Crahan-perkusyon, Anders Colsefini-vokal, Paul Gray-bas, Joey Jordison-davul, Donuya Steele-gitar, Josh Brainard-gitar). Qəsəbələrində və ətraf kəndlərdə çalmağa başlayarlar. 1996ın yarısında ilk albomları Mata Feed Kill Repeat`ı cıxardılar(Producter Sean McMahon). 1000 kopiyayla məhdud albom qısa müddətdə tükəndi. Albom regional radiolarda oxunmağa başlamışdı belə. Anders`in Painface`yə getməsiylə yerinə Corey Taylor gəldi. Coreyin qrupa daxil olmasıyla hər şey daha yaxşıya getməyə başladı. Paltarlar dəyişdi, keçi amblemli dərilər geyməyə başladılar. Hər biri ayrı rəngdə barkodlara və rəqəmlərə sahib oldu. Və maskalar.

Hamısı ayrı qorxuncluqda maska taxmağa basladi. Özləri, bunun musiqilərini daha yaxşı əks etdirdiyini düşünürlər… Coreydən sonra DJ Sid Wilson və perkusyonist Cuddles də qrupa daxil olar.Cuddlesin də ayrılması uzun sürməz. Yerini Chris Fehn`ə buraxar. 1997-ci ildə Sepultura(Roots), Korn və Limp Bizkit üçün etdikləriylə adından bir xeyli söz etdirmiş Ross Robinson yeni qrup bir axtararkən, tövsiyələr üzərinə Slipknotu yerində izləmək üzrə lowa`ya gedər, göstərdikləri canlı performansdan təsirlənərək albom etmə təklifində tapılar. Bir çox böyük şirkətdən təklif almalarına baxmayaraq (Epic, Mercury vs) Ross Robinson sayəsində Roadrunner Records əlaqəli I Am Records ilə müqavilə imzalayarlar və Californiya-Malibuda olan Indigo Ranch Studiyalarında qeydlərə başlarlar. Hər şey gözəl getməkdədir. Ancaq Josh ailəsindən ayrı qala bilməyəcəyini söyləyərək qrupdan ayrılar. Onun yerinə gələn James Root(Deathfront) gitaraya keçərək ‘Purityi çalar. Öz adlarını daşıyan albom 29 İyun 1999da bazara çıxar. Bu albomla böyük şöhrətə qovuşarlar.

Albom əvvəl Qızıl Val sonrada Platin Val mərtəbəsinə çatar. Rolling Stone tərəfindən "Haqqında Ən Çox Danışılan Qrup" elan əldə edildikdən sonra Billboard Heatseekers siyahılarında 1 nömrəyə çıxarlar. Bir yarım yıl davam edən dünya turundan geri dönəndə bir çox rok-Alternative radiosunun da zirvəsini ziyarət etmiş vəziyyətdədirlər. Hard Drive jurnalı "Son On İlin Ən Yaxşı Canlı Performans Qrupu", Kerrang! jurnalı isə oxuyucu səsləriylə "Ən Yaxşı Beynəlxalq Canlı Performans Mükafatı"nı layiq görər Slipknota. Slipknotun bu qədər danışılmasına çaşmamaq lazımdır. Cünkü həqiqətən təsir edici və orjinal səhnə şoularıyla tamaşaçını coşdururlar. Shawnın bu mövzuda isə belə bir şərhi var ; "Səhnəyə çıxmadan əvvəl bilirik ki bu bəzilərinin bizi izlədiyi ilk konsertdir və bu səbəblə mümkün olduğunca ağılda qalıcı olmasını təmin etməyə çalışırıq." 28 avqust 2001 tarixində lowa albomu I Am Recordsdan çıxdı. Slipknot bu albomla da musiqisini sübut etdi. Bu albomdan da People=Shit, Left Behind, Heretic Anthem kimi hitlər çıxardı. Bu qədər hit çıxaran və qızıl çağını yaşayan Slipknotun işçiləri öz yan proyektlərində də çslışmsğs başladılar. Joey Statix-Xin gitaristi Tripp Eisen ilə Murderdolls qrupunu qurdu. Corey Stone Sour qrupunda vokalına davam etdi(Jim Stone Sour da da çalır). Onu da qeyd edim ki, səhv etmirəmsə bu uşaqlar valideynlərini qətlə yetiriblər.


Geri dön

nilayka

  • 8 may 2011 17:07
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
tewekkurler

--------------------

nilayka

  • 4 may 2011 23:10
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tesekkur xebere gore.ama menlik deyil:))))

--------------------

_RONALDO_

  • 1 aprel 2011 16:02
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
dangerous_angel,


super xeberdi slipknot hakknda hersey bilirem thansk canikom mikoladka

--------------------

Yusif

  • 8 avqust 2010 00:45
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler super

Ulya

  • 2 avqust 2010 12:09
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur xebere gore.ama menlik deyil:))))

_SliPkNoTkA_

  • 2 avqust 2010 01:33
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
dangerous_angel,
love

super xeberdi slipknot hakknda hersey bilirem thansk canikom mikoladka

--------------------

GuLLi

  • 1 avqust 2010 22:15
  • Məqalə: 19
  • Şərh: 496
  • Bal:
{awards}
bunlarda ele acigim gelir olmayan kimi insanliqdan cixiblar ele bil ele yeqin ona gorediki agir rocku hec sevmirem

--------------------

Живи, как можешь, раз нельзя как хочется.

Mr_Unlimited

  • 31 iyul 2010 01:26
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
thanks for new information

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 29

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}