May çiçəkləri

 
May çiçəkləri

Biz hamımız demək olar ki, bir ailə kimi hər gün yazdığımız hekayələri ,
maraqlı xəbərləri bir-birimizlə paylaşırıq. Bu gün isə sizinlə təsirli bir hekayəni paylaşmaq istəyirəm.
Çünki bu hekayəni dinlədiyim vaxtdan bu günədək unuda bilmirəm.

Keçmiş zamanlarda xoşbəxt bir ailə yaşayırdı . Bu ailədə dərin sevgi , qarşılıqlı məhəbbət, hörmət, ailə səadəti və ailənin möhkəm olmağı üçün tükənilməz dəyərləri var idi. Amma onların ürəyində bir sıxıntı məskən salmışdı . O da onların neçə illərdən bəri övlad üzünə həsrət qalmaları idi. Onlar bilirdilər ki, övladsız onların evlərinin dirəyi , ağacın körpə budağıdək dözümsüz olacaqdı. Çoxlu dualardan , nəzir-niyazlardan sonra allah onları yada saldı . Onlara gözəl bir qız uşağı bəxş etdi. Bu körpə o qədər gözəl , şirin idi ki, sanki bir mələyə bənzəyirdi. Onun dodaqları , yanaqları lalə gülü tək al qırmızı rəngə boyanmışdı . Gülüşləri isə al-əlvan bahar çiçəklərini xatırladırdı . İri qara gözləri məftun edici bir hisslər insana bəxş edirdi . Nurlu siması ətirli bənzərsiz baharı canlandırırdı insan gözündə . Valideynləri ona böyük sevgi bəsləyirdi . Onu göz bəbəyi kimi bütün dərd-bəlalardan qoruyurdular .

Çünki bu körpə onların yeganə xoşbəxtliyi və sevinci idi . Bax bele naz-neymətlə valideynləri onu 5 yaşına çatdırdı.Fəsillərin ən gözəli olan bahar fəslinin may ayında , anası onun uzun qara saçlarına rəngbərəng bəzəkli lentlər bağlayıb , onu hər gün gəzməyə aparırdı.Onun fərqli bir şıltaqlığı var idi. Hər dəfə gəzintiyə çıxanda valideynlərinin gözlərini yumdurub, mən gizlənim siz məni tapın sevimli oyununu oynayardı . Özü də may çiçəklərinin arasında gizlənərdi. Onun əlvan lentləri may çiçəklərinə bənzədiyi üçün onu tapmaq çətin olurdu. Valideynlərinin onu tapmamasını görüb, may çiçəklərinin arasından çıxıb mən burdayam! Deyib gülərdi.
Günlərin bir günü sağalmaz bir xəstəliyə düçar oldu . Valideynləri dünyanın hər bir yerindən həkimlərə müraciət etdi . Amma bunların heç biri ona xeyir etmədi. Valideynləri hər gün onun çarpayısının başında oturub onun tezliklə sağalmasına ümid edirdilər.
Bir gün körpə titrək əlləri ilə anasının əlini sıxıb dedi:
-Ana ,mən sağalsam sən məni yenə gəzməyə aparacaqsan ? Axı mən bizim sevimli oyunumuz
üçün çox darıxmışam .

Anası nazik kədərli səslə ona cavab verdi:
-Sən sağalsan mən səni nəinki may çiçəklərinin , dünyanın ən gözəl gəzintili yerlərinə
aparacağam. Körpə anasının üzünə gülümsəyərək, gözlərini əbədi yumdu . Sanki bu an bu ailənin xoşbəxtliyi , sevinci ,evlərinin nuru bu körpə ilə bir yerdə bitdi.Valideynləri onun ölümündən sonra, hər gün may çiçəklərinin yanına gəlib , qızlarının ətrini bu çiçəklərdən alırdılar . Onlara elə gəlirdi ki, hər dəfə olduğu kimi o, gizləndiyi may çiçəklərinin arasından çıxıb mən burdayam deyib güləcək. Amma təəssüf ki, bu çiçəklər onu ömürlük gizlətdi . Bu körpə özündən valideynlərinə tək bir xatirə və təsəlli may çiçəklərini saxladı . Onlar öz körpə balalarını xəyallarında may çiçəklərinin arasında yaşatdılar.
Valideyinləri hər dəfə qızlarının məzarının ziyarətinə may çiçəkləri ilə gəlirdilər.


Sən yoxsan , sən yoxsan biz indi bildik.
Soyuq məzarını öpməyə gəldik.
Dünyada səninçün biz yaşayırdıq.
Sən demə həsrətdi yer də səninçün.


Geri dön

_RONALDO_

  • 2 may 2011 22:59
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
tewekkurler

--------------------

ASİ

  • 19 aprel 2011 15:00
  • Məqalə: 1
  • Şərh: 643
  • Bal:
{awards}
tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

Aytac S-ova

  • 19 aprel 2011 12:11
  • Məqalə: 51
  • Şərh: 1420
  • Bal:
{awards}
спасибо

Gozel_lady

  • 19 aprel 2011 10:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkuller ellerine saglik

Inciciceyi

  • 19 aprel 2011 10:36
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Sən yoxsan , sən yoxsan biz indi bildik.
Soyuq məzarını öpməyə gəldik.
Dünyada səninçün biz yaşayırdıq.
Sən demə həsrətdi yer də səninçün.

Twk eladi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 19 aprel 2011 02:53
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
heeeeeeee wink sagol aaayyy müelliiifff

--------------------



ELIZA29

  • 19 aprel 2011 00:14
  • Məqalə: 0
  • Şərh: 208
  • Bal:
{awards}
MARAQLIDIR

::..ONSLAUGHT::..

  • 18 aprel 2011 23:50
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 18 aprel 2011 23:15
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 41
Cəmi: 69

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 30
Cəmi: 134
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
Darling
Xəbərləri: 25
Cəmi: 910
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 14
Cəmi: 574
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 9
Cəmi: 68
 
Jesicca
Xəbərləri: 9
Cəmi: 48
 
♔Hе важно∞
Xəbərləri: 8
Cəmi: 297
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}