Dünya iqtisadiyyatına 218 milyard dollar ziyan dəyib

 
Dünya iqtisadiyyatına 218 milyard dollar ziyan dəyib


Dünyanın ən böyük təkrarsığorta şirkətlərindən olan “Swiss Re” şirkəti 2010-cu ildə baş verən təbii və antropogen fəlakətlər nəticəsində ortaya çıxan zərərlər və bu zərərlərə görə həyata keçirilən sığorta ödənişləri barədə illik məlumat dərc etdirib. İllik məlumatda aşağıdakı göstəricilər öz əksini tapıb. Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təbii və insan fəaliyyəti nəticəsində ortaya çıxan (antropogen) fəlakətlər 2010-cu ildə 304 000-ə yaxın insanı öz qurbanına çevirib və dünya iqtisadiyyatına 218 milyard ABŞ dollar məbləğində ziyan vurub. Bu fəlakətlər nəticəsində sığortaçılar 43 milyard dollar məbləğində sığorta ödənişləri həyata keçiriblər ki, bu da 1970-ci ildən, yəni sigmanın fəlakətlər haqqında məlumat bazası yaratmağa başladığı ildən etibarən, yeddinci ən çox sığorta ödənişi həyata keçirilən ildir.

Ötən il sığorta zərərləri 2009-cu il ilə müqayisədə 60 faiz daha çox olub, lakin bu göstərici ABŞ-da “Katrina”, “Wilma” və “Rita” qasırğalarının baş verdiyi 2005-ci ildəki zərərlərdən aşağıdır. 2010-cu ildə 304 fəlakət baş verib ki, bunlardan 167-i təbii, 137-i isə antropogen fəlakətlərdir. 2010-cu ildə 304 000-ə yaxın insan baş vermiş bədbəxt hadisələrin qurbanı olub. Belə ki, təkcə yanvar ayında Haitidə baş verən zəlzələ nəticəsində 222 000 insan öz həyatını itirib, 2010-cu ilin yayında isə Rusiyada istilik dalğası və meşə yanğınları nəticəsində ortaya çıxan tüstü və çox yüksək temperatur 56 000 insanı öz qurbanına çevirib.

2010-cu ildə təbii və antropogen zərərlər nəticəsində ortaya çıxan zərərlər dünya iqtisadiyyatına 218 milyard dollar məbləğində zərər vurub. 2009-cu ildə isə bu zərər cəmi 68 milyard dollar idi. 2010-cu ildə baş verən fəlakətlər nəticəsində ən çox Asiya qitəsi ziyan çəkib, nəticədə bu qitəyə 75 milyard dollar məbləğində ziyan dəyib.

Təbii fəlakətlər nəticəsində dünya sığorta bazarında 40 milyard dolları məbləğində sığorta ödənişi həyata keçirildiyi halda, antropogen fəlakətlər bu ödənişlərə daha 3 milyard dollarını əlavə edib. 2009-cu ildə isə bu ödənişlər ümumilikdə 27 milyard dolları keçməyib. Normadan çox yuxarı olan zəlzələ zərərlərinə baxmayaraq, ABŞ-da baş verən güclü qasırğalar səbəbindən 2010-cu ildə baş verən bütün fəlakətlər nəticəsində dəyən zərərlər son ilin 10 ilin orta göstəricisi ilə eyni idi. Sığorta zərərləri ən çox Şimali Amerikada idi, belə ki, burada zərər məbləği 15 mlrd. ABŞ dollarından çox idi

2010-cu ildə yaranan sığorta zərərləri məbləğinin 1/3-i zəlzələlər nəticəsində ortaya çıxan zərərlərdir. Çilidə baş verən zəlzələ 562 nəfərin həyatına son qoymaqla yanaşı, ölkə sənayesinə də 8 milyard dollar məbləğində ziyan vurub. Yeni Zelandiyada baş verən zəlzələ nəticəsində insan tələfatı olmasa da, bu zəlzələ sığortaçıları 4 milyard dollar məbləğində ödəniş həyata keçirməyə vadar edib. Şimal-qərbi Avropada 64 nəfərin ölümü ilə nəticələnən “Ksintiya” qış qasırğası 2.8 milyard dollar məbləğində sığorta zərərinin ortaya çıxması ilə nəticələnib. Digər mühüm və 2010-cu ildə ortaya çıxan zərərləri daha da artıran hadisələr isə ABŞ və Avstraliyada, hər birində 2 milyard dollar məbləğində sığorta zərəri ilə nəticələnən qasırğa və daşqınlardır.

Sigma illik məlumatında həmçinin, dünya əhalisinin artması və xüsusən də şəhərlərdə sıxlığın çoxalması səbəbindən bir zəlzələ nəticəsində insan itkisinin və sığorta zərərlərinin daha da artdığını göstərir. Belə ki, sürətlə inkişaf edən və əhalinin sıx olduğu şəhərlərin çoxu seysmik ərazilərdə yerləşir. Bu səbəbdən də baxmayaraq ki, seysmik təhlükə dəyişməz olaraq qalır zəlzələlərin daha çox insan tələfatı ilə nəticələnməsi mümkünlüyü isə artır.

İnkişaf etmiş tikinti standartlarının düzgün infrastruktur və fəlakət hallarında yardımlaşma cəhdləri vasitəsilə daha da təkmilləşdirilməsi zəlzələlərin mənfi nəticələrinin azaldılmasına öz köməkliyini göstərməkdədir. Ötən il çox geniş əraziləri əhatə edən və çox böyük zərərlər vuran daşqınlar, həmçinin tarixdə ən güclü, ən çox ölümlə nəticələnən və ən çox maddi zərər vuran zəlzələlərlə yadda qalan bir il oldu.

Risk xəritələrinin və hərtərəfli tikinti normalarının tərtibi kimi tədbirlər vasitəsilə riskin qarşının alınması və mənfi nəticələrin azaldılması fəlakətlərlə mübarizədə ən mühüm addımlardır. Lakin bütün risklərin qarşısını almaq qeyri-mümkün olduğuna görə fəlakətlərə meylli zonalarda yerləşən ölkə və regionlar üçün risklərin maliyyə aspektlərinə hazır olmaq çox vacibdir


Geri dön

_RONALDO_

  • 2 may 2011 23:03
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
TEWEKKURLER

--------------------

ASİ

  • 19 aprel 2011 14:58
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

Gozel_lady

  • 19 aprel 2011 10:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkuller

Inciciceyi

  • 19 aprel 2011 09:41
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk xebere gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

romantik_awk

  • 18 aprel 2011 23:59
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
o pulu olene kimi xerclesen qurtarmaz fellow

--------------------

::..ONSLAUGHT::..

  • 18 aprel 2011 23:57
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
xebere gore twkler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

lider

  • 18 aprel 2011 23:49
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
allah ozu komekleri olsun

::..ONSLAUGHT::..

  • 18 aprel 2011 23:47
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 35

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}