« İstifadəçi paneli »
Login :
Şifrə :
Şifrəni unutdum
 Qeydiyyat »


 (Səslər: 1)
BölməMaraqlı Tarix29-07-2010, 20:00
  Sehvlerimiz


Səhvlər insanın ayağına bağlanan kəndir kimidir.Nə qədər çox səhv etsən kəndir də bir o qədər ayağını sıxmağa başlayacaq.Addımların zəifləyəcək,taqətin tükənəcək,axsayacaqsan.Əvvəlki sən olmayacaqsan artıq.Səhvlərinlə qürur duymağa çalışacaqsan.Amma bunun bir təsəlli olduğunu düşünməkdən qorxacaqsan.Əslində səhvlərinin səni necə kiçiltdiyini,acizləşdirdiyini görəcəksən və hər dəfəsində qəlbində elə bir sızıltı əmələ gələcək ki qorxacaqsan.Hər dəfə o qorxunu aradan qaldırmağa çalışıb başqa səhvlər edəcəksən.Yolun uzanacaq və o uzun yolda ayağına bağladığın kəndir səni daha çox incidəcək.
Kim deyir ki səhvlər insana düzü öyrədir?Cəzası alınmayan səhv düzü öyrədə bilər mi?Sizcə niyə oğrular var?Hamı ilk dəfədənmi oğru olur?Birinci çətinlik ikincini asanlaşdırır.Oğru artıq ömürlük oğurluğa məhkumdur.İnsanlar da belədir.Səhvin başlanğıcı nəfsdir.Nəfsin bəhanəsi istək.Nəticə isə səhvdir.Səhv isə elə səhvdir.Hansı doğru səhvləö yrənilə bilər? Allahın varlığını qəbul etməyə kafirlikdənmi başlamalıyıq?Halbuki biz Allahın əhdini alaraq doğuluruq. Deməli kəndiri bir az dahaçox sıxmağa başlayırıq ayağımıza.Artıq göyərti və qan damlaları bizim izimizi aşkar edir.Niyə görə səhv etməkdən qorxub çəkinmirik amma səhvimizə haqq qazandırmağa cəsarətlənirik?
İnsanlar tövbə də edir səhvinə görə,peşman da olur.Hər tövbə ayaq bağımızı bir az daha yumşaldır,ağrılarımızı azaldır sanki.Bəs hər tövbədən sonra doğruya gedə bilirik mi? İlk səhvimiz hardan başlayır görəsən? Vicdanımızın olmaması bəlkə elə ilk səhvimizdir.İlk yalanlar,ilk xəyanət,ilk cinayət.Sonu gəlməyən bu ilklər hansı doğruya apara bilib insanları.Sonda kim qalib gəlib?
Səhv yolunda bir az daha addımlamağa başlayırıq.Artıq düşdüyümüz bataqlıqdan çıxa bilməyəcəyimizi düşünüb kəndirin sonunun harda bitəcəyi üçün gedirik.Artıq səhvlərin sıxdığı kəndirlə sürünməyə başlayırıq.Budur səhv!İnsanı alçaldır və süründürür.Doğrular insana qanad verib göyə qaldırarkən insanlar doğru səhvdədir adı ilə sürünməyi seçirlər.Və son...Bataqlıqdan çıxdıq sevincilə addımlayırıq asta-asta.Bir də baxıb nə görsək yaxşıdır?Yüksəklikdəyik!Bu ki uğurdur!Amma...bir az aşağı baxdıqda tam uçurumun kənarında dayanıb baş gicəlləntisilə seyr edirik mənzərəni-özümüzü.Seçim hələ də var.Ya var gücümüzlə kəndiri ayağımızdan qırıb tullamaq ya da uçurumdan aşağı istəməsək belə tullanmaq.
Səhv etmək acizlikdir.Acizliyimizlə doğrular sayəsində mübarizə aparaq!

Müəllif: Ulya Baxılıb: 438 Şərhlər: 7

Hörmətli Qonaq! Siz saytda qeydiyyatdan keçməmisiniz.
Zəhmət olmasa QEYDİYYAT dan keçin və ya öz adınızla daxil olun.
Xəbərləri: 1767
Şərhləri: 13749
Balları: 69238

       

Ulya ( ...Unutma yaşadığın bu günün təkrarı yox... ) »




Xəbərləri: 14
Şərhləri: 356
Balları: 107

_EfSaNe_ ( ) »


Xəbərləri: 429
Şərhləri: 2838
Balları: 297

 

Mr_Unlimited ( Ya olduğun kimi görün, ya da göründüyün kimi ol ) »


Xəbərləri: 1668
Şərhləri: 6890
Balları: 51767

      

♥Princess♥ ( My Lovely Networld_♥LeGenD.aZ♥ ) »




Xəbərləri: 4
Şərhləri: 162
Balları: 300

MiKoLaDka ( ) »




Xəbərləri: 74
Şərhləri: 2785
Balları: 1829

 

dangerous_angel ( ) »




Xəbərləri: 135
Şərhləri: 549
Balları: 555

  

_LeGenDa_ ( ) »




Məlumat

Statusu Qonaq olan istifadəçılərin bu xəbərdə şərh yazmaq hüququ yoxdur.


Sorğu

Saytın dizaynın dəyişməyə ehtiyac var?

Bəli wink
Xeyr recourse
Fərq etməz fellow

« ToP 10 » Müəllif

_BİTANESİ_
Xəbərləri: 11
Cəmi: [264]
 
AMANDA_O
Xəbərləri: 10
Cəmi: [838]
 
dj_okush717
Xəbərləri: 10
Cəmi: [109]
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 10
Cəmi: [370]
 
Dinar Mamedova
Xəbərləri: 9
Cəmi: [256]
 
..::Enigmatico::..
Xəbərləri: 8
Cəmi: [823]
 
xada
Xəbərləri: 8
Cəmi: [139]
 
only-girl
Xəbərləri: 8
Cəmi: [901]
 
...Yene Men...
Xəbərləri: 7
Cəmi: [23]
 
Musique Sage
Xəbərləri: 7
Cəmi: [230]
 

« Ən varlılar »

Ulya - 69238 bal
♥Princess♥ - 51767 bal
AMANDA_O - 34376 bal
_RONALDO_ - 25793 bal
..::Enigmatico::.. - 25223 bal
money and love - 25163 bal
CandyGirl - 22457 bal
only-girl - 21874 bal
KaraNlik RuyaLar - 20430 bal
Lexikon - 20010 bal
_TUNAR_MAMEDOV_ - 19028 bal
Dj_Tural - 16725 bal
SEYMUR551 - 16415 bal
۩۞๑EDIQ๑۞۩ - 15680 bal
::..ONSLAUGHT::.. - 15115 bal
Lindo - 14985 bal
Sergio Ramos - 13265 bal
..::Sevgi Meleyi::.. - 13162 bal
Sirli Melek - 12064 bal
фея - 11023 bal
hostchu - 10986 bal
NELLY19 - 10271 bal
KaRola_16 - 9969 bal
YazYamuru - 9876 bal
beren saat - 9691 bal

FaceBook...