Salam vermək

 
Salam vermək

Salam vermək

961. Müsəlmanların görüşməyi

Qur‘an:

«Orada belə dua edərlər: «Allahım, Sən uca və paksan. Görüşən zaman «salam» deyərlər. Dualarının axırı isə budur: Şükr olsun, aləmlərin Rəbbi olan Allaha.» (Yunis, ayə 10)

Hədis:

3098. Allahın Peyğəmbəri (s): «Salam vermək bizim dinin rəhmət və mehribanlıq nişanəsi, dövrümüzün əmin-amanlığı və pənahımızdır.» (Kənzul-Ummal, hədis 25242)

3099. Allahın Peyğəmbəri (s): «Ən xəsis insan, salam verməkdə xəsislik edəndir.» (Əmali-Tusi, səh.89 , hədis 136)

3100. Allahın Peyğəmbəri (s): «Salama rəvac ver ki, evinin xeyir-bərəkəti artsın.» (əl-Xisal, səh.181 , hədis 246)

3101. İmam Baqir (ə): «Allah-taala insanları yedirtməyi və salama rəvac verməyi sevər.» (əl-Məhasin, c.2, səh.143 , hədis 1371)

3102.
İmam Sadiq (ə): «Salam sözdən qabaqdır.» (Camiul-Əxbar, səh.231 , hədis 596)

3103.
İmam Sadiq (ə) (öz ata babalarından nəql edir): «Allahın Rəsulu (s) buyurmuşdur: «Kim salam verməmiş sözə başlasa, ona cavab verməyin.» Eləcə də buyurmuşdur: «Heç kəsi salam verməyincə yeməyinə də‘vət etmə.» (əl-Xisal, səh.19 , hədis 67)



962. Salamda qabaqlamaq

3104. Allahın Peyğəmbəri (s): «Allaha və Onun Rəsuluna (s) ən yaxın olan insan birinci salam verəndir.» (Biharul-Ənvar,c.76, səh.12 , hədis 50)

3105. Allahın Peyğəmbəri (s) : «Birinci salam verən təkəbbürdən uzaqdır.» (Kənzul-Ummal, hədis 25265)

3106. İmam Əli (ə): «Salamın 70 savabı var: altmış doqquzu salam verənə, biri də salam alana çatar.» (Biharul-Ənvar,c.76, səh.11 , hədis 46)

963.
Evə daxil olanda salam vermək

Qur‘an:

«Evə daxil olanda özünüzə salam verin ki, bu Allah tərəfindən mübarək və pak salamlamadır.» (Nur, ayə 61)

Hədis:

3107.
Allahın Peyğəmbəri (s): «Sizlərdən biriniz evə daxil olan zaman salam versin. Çünki salam həmin evə bərəkət endirir və mələklər o evlə ünsiyyətə girir.» (Biharul-Ənvar,c.76, səh.7 , hədis 25)



964. Salamın cavabı vacibdir

Qur‘an:

«Sizə salam verildiyi zaman ondan daha yaxşı, ya onun kimi salamla cavab verin ki, Allah-taala hər şeyi hesaba alandır.» (Nisa, ayə 86.)

Hədis:

3108. Allahın Peyğəmbəri (s): «Salam vermək müstəhəbdir, salamı almaq isə vacib.» (Kənzul-Ummal, hədis 25294)



965. Salam verməyin qaydası

3109. Allahın Peyğəmbəri (s): «Kiçik böyüyə salam versin, bir nəfər iki nəfərə, sayları az olanlar sayları çox olanlara, yol gedən dayanana, ayaq üstə duran oturana salam versin.» (Kənzul-Ummal, hədis 25321)

3110. Allahın Peyğəmbəri (s): «Beş şeyi hələ ki, sağam tərk etməyəcəm:… uşaqlara salam verməyi, məndən sonra sünnə olsun deyə.» (Biharul-Ənvar,c.76, səh.10 , hədis 38)

3111. İmam Baqir (ə): «Nə yəhudiyə salam verin, nə də xaçpərəstə. Nə məcusiyə, nə bütpərəstə, nə süfrə başında şərab içənlərə, nə şahmat və nərd oynayanlara, nə özünü qadın surətinə salan kişiyə, nə ismətli qadına böhtan deyən şairə və nə də namaz qılana (namaz vaxtı) salam verməyin. Çünki namaz qılan salamın cavabını verə bilmir, halbuki müsəlmana salam vermək müstəhəbbdir, salamı almaq isə vacib. Nə sələm yeyənə salam verin, nə ayaq yolunda olana, nə hamamda olana, nə açıq-aşkar günah və fisq edən fasiqə salam verməyin.» (Biharul-Ənvar,c.76, səh.9 , hədis 35)
3112. İmam Sadiq (ə): «Allahın Rəsulu (s) qadınlara salam verərdi. Onlar da Həzrətin salamının cavabını alardılar. Əmir-əl-mö’minin(ə) də həmçinin qadınlara salam verərdi. Amma cavan qadınlara salam verməkdən xoşu gəlməzdi və buyurardı: «Qorxurdum ki, səsləri mənim xoşuma gəlsin, nəticədə savab və əcr (mükafat) qazanmaq əvəzinə günaha batım.» (əl-Kafi, c.5, səh.535 , hədis 3)

Salam vermək


Geri dön

music_angel

  • 5 sentyabr 2011 16:47
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

angeloka

  • 2 iyul 2011 20:52
  • Məqalə: 0
  • Şərh: 506
  • Bal:
{awards}
salam vermek savabdir

Nelya

  • 21 aprel 2011 18:43
  • Məqalə: 0
  • Şərh: 177
  • Bal:
{awards}
Allah razi olsun

tunar_mamedov

  • 21 aprel 2011 04:22
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
3108. Allahın Peyğəmbəri (s): «Salam vermək müstəhəbdir, salamı almaq isə vacib.» (Kənzul-Ummal, hədis 25294)

DOQRULAR

  • 20 aprel 2011 21:01
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Allahin salami olsun haminizin uzerine inshaALLAH.

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

Inciciceyi

  • 20 aprel 2011 09:20
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twkk allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Dj_Tural

  • 20 aprel 2011 05:05
  • Məqalə: 852
  • Şərh: 1584
  • Bal:
{awards}
Tesekkurler Canim Cibbisim...Hemise Bele Agilli ol ...Hemse Bele Gozel ve Deyerli Xeberler Qoy ...Senede Ele Bu Yarasar...

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

YazYamuru

  • 20 aprel 2011 01:52
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
HEERR KESE SALAAAM OLSUUUNN wink

--------------------



kiss love

  • 19 aprel 2011 20:57
  • Məqalə: 4
  • Şərh: 1278
  • Bal:
{awards}
tesekkurlerrr xebere gore allah razi olsun

--------------------

::..ONSLAUGHT::..

  • 19 aprel 2011 19:36
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
xebere gore tewekurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

UZEYIRIN GULIASI

  • 19 aprel 2011 17:44
  • Məqalə: 2
  • Şərh: 318
  • Bal:
{awards}
SPASIBO. INTERESNO.

--------------------
UZEYIRIN GULIASI.

_Güni_

  • 19 aprel 2011 17:10
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
Allahın Peyğəmbəri (s): «Ən xəsis insan, salam verməkdə xəsislik edəndir.» (Əmali-Tusi, səh.89 , hədis 136)

Allahın Peyğəmbəri (s): «Salam vermək müstəhəbdir, salamı almaq isə vacib.» (Kənzul-Ummal, hədis 25294)

--------------------
Gözəli gözəl edən ədəbdir..'Ədəb' isə sevilməyə səbəbdir...

lider

  • 19 aprel 2011 15:45
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEWEKKURLER.

MY_SWEET_FRIEND

  • 19 aprel 2011 15:45
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
RAZIYAM...............

--------------------
ßÁŚĶÁĹÁŔĨŃĨ ÁVÚŤМÁĶĹÁ ĶĔŃĎĨ ÁČĨĹÁŔĨŃĨ ÚŃÚŤÚŔŚÚŃ..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 68
Cəmi: 93

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 40
Cəmi: 785
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}