Etiraf etmək

 
Etiraf etmək

Bəzən etiraf etmək çox çətindir...Hətta özünə etiraf etmək...O qədər çətindirki düşüncələrinin yalan olduğunu qəbul etmək. O qədər çətindir ki dediyin sözlərin yalan olduğunu anlamaq.O qədər çətindir ki, özünə verdiyin sözü tuta bilmədiyini anlamaq...
Bir anlıq zəiflik olur və anlayırsanki aylardı içində saxladığın qəzəbin əslində sadəcə sənin yaratdığın bir obrazdır. Bir bir yadına salmağa başlayırsan səni ağlatdığı günləri, etdiyi səhvləri..

Aylardı sənə nifrət etdiyimi düşünürdüm..Sən həyatımda ən yaxın dostum idin...Qızla oğlanın dostluğu nə ilə bitər?Arada sevgi olduqda...Amma səni məni itirməmək üçün hisslərini gizlətməyinə heyran idim.Bəzən şübhələnməyim deyə “Gəl səni ərə verim” deyə zarafatlarına heyran idim. Sənə heyran idim. Ən gözəl dostluğu sən yaşatdın mənə. Səninlə bağlı o qədər zarafatlarım var idiki.Bir birimizə sataşmaqlar..Hər gün məni sevindirəcək,məni güldürəcək hərəkət edərdin..Amma mənə həyatımda ən böyük zərbəni də sən dostum etdin.O an hər şey alt-üst oldu həyatımda..Səni tanıya bilmədimmi??Görəsən budurmu iç üzün??Budurmu dostluğun ? Bu suallarla hər gün dəli olurdum sanki...Aylardı sənə nifrət etdiyimi düşünürdüm.Nə adını eşitmək nə üzünü görmək istəyirdim.Ölmüşdün mənim üçün. Həqiqətəndə ürəyimdə belə qəddarlığın yaşaması məni qorxutmurdu. Sanki həzz alırdım sənə nifrət etməkdən. Hər səni gördüyümdə yad,soyuq baxışla gözlərinə baxıb səni incitmək mənə zövq verirdi. Sənin gözlərindəki peşmanlıq mənim ürəyimdəki buzları əritmirdi. Bağışla sözlərinin qarşısında ürəyimdəki hisslər daha da qəddarlaşırdı.Məni belə incitməyini sənə heç vaxt bağışlamayacam.Əslində bağışlamayacam demişdim.Amma....Özümə etiraf etmək zamanı gəldi.

Sənin üçün çox darıxıram.Hər gün üz-üzə gəlirik.Məni incitməmək üçün məni görməzdən gəlirsən. Axı sənə demişdim hər səni gördüyümdə sənə nifrətim daha da çoxalır. Bilirəm bu sözləri sənə heç vaxt deməyəcəm.Yeganə əlacım bu yazını nə məni nə səni tanıyan insanlarla bölüşməkdir. Nə məni yalançı görməsinlər, nə səni vicdansız..Özümə etiraf etməyi bacardım...Sənə isə bacarmayacam.
Səni bağışladım.Heç bir kin ,nifrət yoxdur qəlbimdə...Sənin Dostun......


Geri dön

Su Perisi

  • 21 avqust 2011 12:04
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
oxudum maraqlidi twk

--------------------

R.M_FaNaTka

  • 3 avqust 2011 20:03
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twkler

--------------------

tekna_297

  • 27 aprel 2011 15:18
  • Məqalə: 37
  • Şərh: 525
  • Bal:
{awards}
tesekkurler

--------------------
emo

_Güni_

  • 19 aprel 2011 23:27
  • Məqalə: 0
  • Şərh: 88
  • Bal:
{awards}
oxudum gozel movzudu coxsagol

--------------------
Gözəli gözəl edən ədəbdir..'Ədəb' isə sevilməyə səbəbdir...

lider

  • 19 aprel 2011 22:32
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
Etiraf etmeyi xowlayiram.

nilayka

  • 19 aprel 2011 22:30
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
twk yazi ucun

--------------------

ASİ

  • 19 aprel 2011 21:56
  • Məqalə: 1
  • Şərh: 643
  • Bal:
{awards}
tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

Niqulya-1

  • 19 aprel 2011 21:44
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Oxudum hamsini.Bilmek isterdim bunu muellifin ozu yazib ya hardansa goturub.Xahiw edirem bele xeberler olanda xeberin altinda eger muellif ozudurse yazılsın.

--------------------
Vicdan: Başqalarının sizə söyləyəcəklərini əvvəldən sizə pıçıldayan duyğudur. [J.H.Temple]

DaFFoDiL

  • 19 aprel 2011 21:29
  • Məqalə: 0
  • Şərh: 82
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
insanlar ne qeder agilli olursa olsun,sevdiyi wexsin 1sozune aldanacaq qeder axmaqdirlar...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 73

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 46
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 506
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}