«Grand Cherokee - SRT8» 8 silindrli 6,4 litr həcmli mühərriklə təchiz olunub. 465 at gücündə olan mühərrikin hesabına avtomobil saatda 100 kilometr sürəti 4,8 saniyəyə yığır.Maşının 0-dan saatda 160 kilometr sürəti yığması və yenidən tam dayanması üçün 16 saniyə kifayətdir. Onun maksimal sürəti isə saatda 248 kilometrdir.Yeni «Grand Cherokee»nin ABŞ bazarlarında satışına 2011-ci ilin üçüncü rübündə başlanacaq. Amerikada onun qiyməti təxminən 45 min dollar olacaq.