Azərbaycan Dövlət Himni dəyişiləcək ?

 
Azərbaycan Dövlət Himni dəyişiləcək ?

Azərbaycanda son illər dövlətin bir sıra atributlarına ciddi dəyişiklik edən hakimiyyət indi də dövlətin daha bir atributunu - 93 il qabaq qəbul olunmuş dövlət himnini dəyişməyə hazırlaşır. Artıq bununla bağlı hakimiyyətin ən yuxarı eşelonlarında, Nazirlər Kabinetində və parlamentdə müəyyən hazırlıq işlərinə başlanılıb. Bu məlumat qəzetimizə hökumətdəki etibarlı mənbələrdən sızdırılıb.


Məlumatlara görə, müvafiq strukturlara yuxarıdan bununla bağlı tapşırıqlar verilib. Eyni zamanda əvvəllər bir neçə dəfə bəzi iqtidar deputatları tərəfindən “mətninin uzun, dilinin ağır olması”, “yadda qalmaması” səbəbi, daha doğrusu, bəhanəsi ilə dilə gətirilən bu məsələnin yaxın vaxtlarda parlamentdə və mediada təkrarən qaldırılması gözlənilir. Mənbəmiz deyir ki, artıq Milli Məclisdə müxalifət adından təmsil olunan bəzi partiya liderləri də bu məsələdə iqtidara dəstək verəcək. Himnin dəyişdirilməsinə dair televiziyalara tok-şou xarakterli verilişlərin hazırlanması da tapşırılıb. Bu işlər kampaniya şəklində eyni vaxtda başlanacaq və hakimiyyətin tapşırığına əsasən bir qrup ziyalılar tərəfindən də izahlı dəstək veriləcək. Bununla da ictimai rəy bu dəyişikliyə tədricən hazırlanacaq.
İqtidar himni dəyişmək üçün bir neçə “arqument” də hazırlayır. Onlardan biri Avropa Şurasının “himndə militarist fikirlərin əks olunmasına dair iradları”, digəri isə “xalq şairləri”nin izahı ilə “cümlələrin qafiyələnməməsi” şəklində ortaya atılacaq. Bu sahədə önəmli görəv isə Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Mənbənin məlumatına görə, dövlət himninin dəyişdirilməsi mövzusunda bu nazirlikdə indiyədək bir neçə dəfə müzakirələr də aparılıb. Hazırda bu prosesin ictimaiyyətdə doğuracağı narazılıq, həmin narazılıqların hansı formada yatırılması problemi müzakirə olunur.
Nazirliyin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, himnin dəyişdirilməsi prosesi milli valyutanın (manatın) dizaynının dəyişdirilməsindən, konstitusiyaya dəyişikliklərin edilməsindən də ağır məsələ olduğu üçün nazirlik hökumətdən prosesi tədricən həyata keçirmək üçün vaxt istəyib: “Belə şeyə dünya təcrübəsində nadir hallarda rast gəlinir. Bu prosesin həyata keçirilməsi o deməkdir ki, Azərbaycanda Xalq Cümhuriyyəti, Rəsulzadə dövründən qalma dövlət rəmzlərindən qalan yeganə yadigar bayraq olacaq. İmkanları olsa, bayrağı da dəyişərlər. Onun da saxlanılmasının bir səbəbi var və o da hamıya bəllidir”.
Qəzetimizə məlumat verən qaynaq bildirib ki, himnin dəyişdirilməsindən əvvəl ictimaiyyətin buna psixoloji cəhətdən hazırlanması nəzərdə tutulur. Elə Mədəniyyət və Turizm Nazirliyi də bunu təklif edib. Mənbə qəzetimizə prosesin hansı mərhələlərlə həyata keçiriləcəyini açıqlayıb. Belə ki, ictimai rəyin hazırlanmasından sonra hökumət yeni himnin mətninin seçilməsi üçün müsabiqə elan edəcək. Təbii ki, yeni himnin mətni indikindən qısa olmalıdır və burada müəyyən tələblər də qoyulacaq. Ondan sonra seçilən mətnin musiqisinin bəstələnməsi üçün başqa bir müsabiqə keçiriləcək və yekun variant Milli Məclisin plenar sessiyasının qərarı ilə təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Himnin mətninin dəyişdirilməsi üçün xüsusi komissiyanın yaradılması da gözlənilir ki, burada dövlət rəsmiləri ilə yanaşı Yazıçılar Birliyi və Bəstəkarlar İttifaqından da nümayəndələr yer alacaq. Hakimiyyətin içindən bizə gəlib çatan xəbərlər belədir ki, ötən bir neçə ayda ölkənin tanınmış ziyalılarından bir neçəsinə bu məsələ ilə bağlı danışmaq tövsiyə olunsa da onlar dövlət himninin dəyişdirilməsi məsələsini qaldırmaqdan imtina ediblər. Əməkdaşımızın əldə etdiyi məlumatlara görə, himnin dəyişmə proseduru hazırda çox qapalı aparılır və bütün detallar günlərlə müzakirə olunur. Bu səbəbdən də prosesin ən azı 2012-ci ilin ortalarınadək davam etməsi ehtimal olunur.
Məlumat üçün bildirək ki, indiyədək bir neçə dəfə ayrı-ayrı deputatlar və məmurlar himnin mətninin qısaldılmasını və ya dəyişdirilməsini tələb edən fikirlər səsləndirib. Mətnin “uzun olmasına” etiraz edənlər arasında BAXCP sədri Qüdrət Həsənquliyev fövqəladə fəallıq nümayiş etdirirdi. Himnin mətninin guya “anlaşılmaz” olmasını təklif edənlər isə ömürlərini Kommunist Partiyasında keçirən YAP-çılar idi. Bolşevik təfəkküründən hələ də qurtulmayan bu adamların Xalq Cümhuriyyətinin yadigarına belə nifrətlə yanaşması başadüşülən olmalıdır. Kommunist qafalı bu adamlar iliyinədək milli ruhlu iki böyük azərbaycanlının - Əhməd Cavadla Üzeyir bəy Hacıbəylinin şah əsəri olan dövlət himnimizi sevmirlər, sevə bilmirlər. Ona görə də onu hər vəchlə dəyişməyə çalışırlar. Qeyd edək ki, bundan əvvəl konstitusiyaya dəyişiklik ediləcəyi barədə məlumatlar da məhz belə adda-budda təkliflər şəklində meydana çıxıb yayılmışdı və bu reallaşdı.


Geri dön

-=EFSANE-XANIM=-

  • 21 aprel 2011 21:58
  • Məqalə: 8
  • Şərh: 842
  • Bal:
AY DA,BU EHMED CAVADA,UZEYIRE HORMETSIZLIK OLAR. METN HEC DE UZUN DYIL,WANLIDIR,UWAQLAR DA EZBER BILIR,NAZIRLER BILMIR,OYRENSINLER

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

meri

  • 21 aprel 2011 18:39
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
{awards}
Himnimiz çox əzəmətli səslənir.onu dəyişməyə heç ehtiyac yoxdur.Qaldı sozlərinin çətin olmasına.Onu dəyişmək istəyənlər üçün çətindir.bağçadakı uşaqların hamısı əzbər bilir.

Himnimiz çox əzəmətli səslənir.onu dəyişməyə heç ehtiyac yoxdur.Qaldı sozlərinin çətin olmasına.Onu dəyişmək istəyənlər üçün çətindir.bağçadakı uşaqların hamısı əzbər bilir.

Tecktonik66

  • 21 aprel 2011 17:28
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
maraqlidi twk

Angels_1985

  • 21 aprel 2011 17:12
  • Məqalə: 0
  • Şərh: 260
  • Bal:
{awards}
yuuuuuuuh daha neler... deyirem ishleri gucleri yoxdu eeeeee..... o qeder olkemizin problemleri var..... gedib onunla meshgul olmaqdan ........ o qeder genclerimiz ishsizdi... lucshe bu problemlere baxisnlar..........
3 yashinda ushaq daa himnimizi ezber bilir... hec de cetin ve uzun da deyill..... qetiyyen eleyhineyem deyishmesinin ................

--------------------
Думала, что люблю, оказалось, любила думать.

Не нужно завоевывать мир,Нужно завоевать себя,и весь мир будет у твоих ног.

E_M_O

  • 21 aprel 2011 17:04
  • Məqalə: 0
  • Şərh: 547
  • Bal:
{awards}
daha bilmirler neylesinler

ZEHRA

  • 21 aprel 2011 16:57
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
teweekuurler xebere gore

sevgi yalandir

  • 21 aprel 2011 16:36
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
teweekuurler xebere gore

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Aglayan_Urek

  • 21 aprel 2011 16:28
  • Məqalə: 0
  • Şərh: 199
  • Bal:
{awards}
bir bu qalmisdi eeeee
sonrada kecerler bayargi deyismeye ehhhhh

--------------------
İnsan yalnız öz qüvvəsinə inandığı zaman nəyə isə nail olur. (L.Feyerbax)

omur

  • 21 aprel 2011 16:25
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
aaa niye????

--------------------
wirinler
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 53
Cəmi: 72

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 18
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}