Tənbəllikdən necə qurtulaq?

 
Tənbəllikdən necə qurtulaq?

Çox vaxt tənbəlliyi ən təhlükəli xəstəliklər sırasına daxil edirlər. Onun əlamətləri isə soyuqdəymə kimi üzdədir. İlk növbədə süstlük hiss edirsiniz, bilmirsiniz bu yorğunluqdandır, yoxsa darıxmaqdan. Bəzən də heç kimlə danışmağa cəhd göstərmir, heç nə ilə maraqlanmaq könlünüzdən keçmir.

İkinci mərhələdə isə siz çarpayıya tərəf gedirsiniz...Yolüstü isə televizorun düyməsini yandırır, hər hansı bir jurnalı da götürməyi unutmursunuz. Heç özünüz də bilmirsiniz ki, konkret olaraq nə istəyirsiniz...Fikirləşirsiniz ki, orqanizminiz çox yorulub, səhhətinizdə problem var. Sızıldamaqdan başqa əlinizdən heç nə gəlmir. Bax budur, tənbəllik artıq sizin daxilinizdə məskən salıb!

Əgər bu əlamətlərdən hər hansınısa özünüzdə müşahidə edirsinizsə, deməli, artıq fəaliyyət başlamaq lazımdır. Necə deyərlər “ dəmiri isti-isti döyərlər”.

Bu qorxunc xəstəlikdən xilas olmağın 9 yolu var.

1. Heç nə etməyin- Nə qədər təəccüblü olsa da elədir. Sizə elə gəlir ki, siz heç nə etmirsiniz. Amma siz yemək yeyir, telefonla danışır, musiqiyə qulaq asırsınız. Vaxt tapıb otağın tən ortasında 10 dəqiqə hərəkətsiz qalın. Belə olanda eynilikdən özünüz də bezəcəksiniz.

2. Hər hansı işə başlamazdan əvvəl fikirləş bu sənə niyə lazımdır?- İşin nə dərəcədə ciddi olduğunu anlamaq sizə kömək edəcək. Fikirləşəcəksiniz, bu doğrudan da sizə lazımdır? Bu o demək deyil ki, siz hər şeyi yola verirsiniz. Sadəcə vaxtı dəyərləndirməyə başlayacaqsınız.

3. Bu günün işini sabaha qoymayın- heç vaxt bürclərə inanıb “bu gün həftənin ağır günüdür” deyib işlərinizi gecikdirməyin. Hər işi vaxtında etməyə çalışın.

4. Tez duran uduzmaz- belə daha çox vaxtınız qalacaq. Bəzi insanlar bütün günü əzgin formada oturub işlərini günün axırına saxlayırlar. Amma unutmamalıyıq ki, tez durub işləri vaxtında qurtarmaq insanın özünə xeyirdir.

5. Hisslərə aludə olmayın-Bəzən bir işə tənbəllik etsək də onu görürük. Yalnız sonda başa düşürük ki, heç lazım deyilmiş. Odur ki, vaxtınızın qədrini bilin.

6. Beş dəqiqə iş xilasedici ola bilər- Necə deyərlər şeytanın qıçını sındırıb, 5 dəqiqə fəal hərəkət tələb edən işlə məşğul olun, sonrası özü düzələcək.

7. Iş gününüzü planlaşdırın- Hər şeyi ardıcıllıqla görməyi öyrənin. Planlaşdırma vaxtınıza qənaətlə yanaşmağa kömək edəcək.

8. Tənbəllik keçicidir- Odur ki tənbəl insanlardan qaçın. Çünki auranız korlana bilər.

9. Özünüzü qiymətləndirin- arada işlərinizə görə özünüzü tərifləyin. Bu bir növ sizə əlavə stimul verəcək.

p.s. Ümid edirəm ki, bu məsləhətlər yardımçınız olacaq...


Geri dön

Inciciceyi

  • 22 aprel 2011 11:55
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Twkkkkkkkkk maraqlidi no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

samir-x

  • 21 aprel 2011 20:39
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
tws winked

samir-x,
OXUMADIM AMMA MARAQLI DI YEQIN winked KI

nilayka

  • 21 aprel 2011 19:14
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli meslehetlerdir cox sag olun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}