Zibilimiz yanıb bizi qızdıracaq, külü isə yollara töküləcək

 
Zibilimiz yanıb bizi qızdıracaq, külü isə yollara töküləcək

Azərbaycanda, xüsusilə də Bakıda kommunal təmizlik mədəniyyətinin nə yerdə olduğu hamıya məlumdur. Bakının hər yerində "göz oxşayan" tullantıları, zibillikləri görməmək mümkün deyil. Amma bir şad xəbər də var ki, artıq bu zibillərdən qurtulmaq üçün zibil zavodu inşa edilir və yaxın illər ərzində zibillərimiz bizə fayda verməyə başlayacaq.

Belə ki, prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində tullantılarının yandırılması, emalı, çeşidlənməsi zavodunun tikilməsi qərara alınıb. Bununla bağlı Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edəcək zavodun layihələndirilməsi, tikintisi və 20 illik istismarı nəzərdə tutulur. Zavodun layihələndirmə-tikinti işlərinin ümumi məbləği 346 milyon avrodur.

Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə etmək mümkün olacaq. Elektrik enerjisinin miqdarı ildə 231,5 mln KVt saat enerjiyə bərabər olacaq. Zavodun 2012-ci ildə istifadəyə veriləcəyi bildirilir.

Qeyd edək ki, podratçı şirkətin- Fransanın “CNİM” S.A. şirkətinin rəsmi səhifəsindən əldə etdiyimiz məlumata görə, Balaxanı zavodunun layihələndirilməsi, tikintisi və istismarı bütünlüklə “CNİM” S.A tərəfindən həyata keçirilir. Şirkət bu sahədə 50 illik təcrübəyə malikdir. Şirkətin dünya üzrə 143 tullantı idarəetmə zavodu var. Fransız şirkəti tullantıların çeşidlənməsi, təkrar emalı, eləcə də tullantıların yandırılması ilə məşğul olur.

Avropa İttifaqının istismar və ekoloji tələblərinə cavab verən müasir texnologiyalar əsasında inşa edilən zavodun tullantılarının yandırılmasından yaranan kül yol tikintisində istifadə olunacaq.

Qeyd edək ki, Bakıda il ərzində təxminən 1 milyon tona yaxın zibil yaranır. Gün ərzində adambaşına 700-800 qram məişət tullantısı atılır. Dövlət başçısının sərəncamı ilə mövcud ekoloji problemlərin planlı sürətdə həll edilməsi məqsədilə də “Təmiz Şəhər” adlı ASC yaradılıb. "Təmiz Şəhər" dən tulantıların necə çeşidlənəcəyini öyrənməyə çalışdıq. ASC-dən konkret olaraq bildirildi ki, bu qurum Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. Qurumdan bildirildi ki, tullantıların toplanması və daşınması, o cümlədən onların ilkin mərhələdə çeşidlənməsi onların səlahiyyətində deyil.

Onu da bildirək ki, tullantıların tərkibində müxtəlif tərkibli maddələr olduğundan onların hamısının yandırılması düzgün deyil. Belə ki, müxtəlif kimyəvi tərkibli maddələrin yandırılması ətyraf mühitə daha çox ziyan vurduğundan, yandırılma prosesindən öncə zibillərin çeşidlənməsi mütləqdir. Azərbaycanda isə çeşidlənmə prosesinin hansı mərhələdə həyata keçiriləcəyi hələ ki, naməlumdur.

Hazırda Bakıda əhali bütün tullantıları, yəni şüşədən tutmuş plastik, karton, qida qalıqları, adi çörək qırıntılarına kimi hər bir şey eyni torbaya dolduraraq bir zibil qutusuna atır. Bir çox inkişaf etməkdə olan ölkələrdə isə məişət tullantıları üçün xüsusi rəngli sellofan torbalar paylanır. Rəngli torbalar öz rənglərinə görə onlara atılacaq tullantıların mənalarını bildirir. Və ya küçələrdə yerləşdirilən zibil qablarının üzərində lazımi şəkillər yerləşdirilir. Bəzi ölkələrdə müəyyən növ tullantı, məsələn plastik şüşələr üçün həftənin bir günü elan edilir ki, əhali müvafiq torbaları yolun kənarına yığır. Tullantıların yığılıb çeşidlənməsi ilə məşğul olanlar isə proses zamanı çətinlik çəkmir.

Azərbaycanda da belə bir təcrübə artıq mövcuddur. "Təmiz şəhər" ASC “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yaranan bərk məişət tullantılarının daha səmərəli idarə edilməsi məqsədi ilə ötən ilin fevral ayından etibarən tullantıların çeşidlənməsi üzrə tədbirlər həyata keçirib. İçərişəhər əhalisi, burada fəaliyyət göstərən təşkilatlar və Qoruğun qonaqları arasında maarifləndirmə işləri aparılıb. İlkin mərhələdə üzvi və qeyri-üzvi tullantılar çeşidlənib. Bu məqsədlə tullantıları ayırmaq üçün xüsusi işarələnmiş konteynerlər Qoruq ərazisində yerləşdirilib, əhaliyə ikiseksiyalı tullantı qabları və müxtəlif rəngli tullantı torbaları paylanıb.

Milli Ekoloji Departament Forumunun rəhbəri Telman Zeynalov bildirir ki, “Təmiz Şəhər” ASC bu yaxınlarda Balaxanı qəsəbəsinin özündə məişət tullantılarının çeşidlənməsi ilə bağlı layihə təqdim edib və bununla bağlı açıq dinləmələr keçirilib. T. Zeynalovun sözlərinə görə, onlar da həmin dinləmələrdə iştirak edərək öz təkliflərini irəli sürüblər.

"Biz tullantıların idarə edilməsi ilə məqsədi ilə əhali arasında güclü və mütəmadi maarfiləndirmə işlərinin aparılmalı olduğu vurğuladıq. Məsələn, küçələrə müxtəlif qutular qoymaq və hansı qutuya nəyi tullamaq olar barədə məlumatlar verilməlidir. Ən vacibi isə zibillərin toplanmasını eyni maşınlar həyata keçirməməlidir. Məsələn, Bakı şəhəri İcra Hakimiyyəti avtodayanacaqlarda ağır metaldan olan zibil qutuları qoyub Onların 3 dəliyi var və hər birinə özünəməxsus tullantılar atmaq lazımdır. Amma zibilyığan maşın gəlib onların hamsını bir yerə töküb aparır. Onda belə sual yaranır ki, bu zibil qabları niyə qoyulur? Əgər onların hamısı bir yerə yığılıb aparılırsa, belə daşınacaqsa, belə zibil qutularının qoyulmasına nə ehtiyac var?"

T. Zeynalovun sözlərinə görə, hazırda “Təmiz Şəhər” ASC bununla bağlı çeşidlənmə zavodu tikir. Zavod üç yerdə - Balaxanı, Suraxanı və Qaradağ rayonunda olacaq.

"Bizim və başqa 7 təşkilatın daxil olduğu qrupun apardığı monitorinq zamanı Bakıda Balaxanıdan savayı qat-qat nəhəng zibilxanalar aşkar edildi. Onların xəritəsini işlədik və “Təmiz Şəhər” ASC-yə təqdim etdik”,- deyə Milli Ekoloji Departament Forumunun rəhbəri əlavə etdi.

İqtisadçı ekspert Nazim Məmmədov isə hesab edir ki, nəinki Bakının özündə, hətta rayonlarda belə tullantıların istehsalı ilə bağlı minizavodların təsis edilməsinə ehtiyac var. Bu həm də iqtisadiyyatın inkşafına müsbət təsir göstərər, çünki tullantılardan kifayət qədər məhsullar, o cümlədən elektrik enerjisi almaq mümkündür.

"Qeyd edim ki, Avropa İttifaqı vaxtı ilə inkişaf etmiş ölkələr, o cümlədən Azərbaycana da bu tipli layihələrin həyata keçirilməsi üçün qrantlar ayrımışdı. O vəsaitlərin Azərbaycana 25-30 illik faizsiz olaraq verilməsi nəzərdə tutulurdu. Bir neçə il bundan öncə bizim bölgədə belə bir layihənin həyata keçirilməsi ilə bağlı bir layihə göndərdik. Bu layihələrə maliyyə dəstəyini xarici şirkətlərin ayırmasına baxmayaraq, layihə yerlərdə dəyərləndirilmədi. Yerli icra başçıları bildirdilər ki, Nazirlər Kabineti buna icazə verməlidir. Lakin heç bir qanunda belə bir şey nəzərdə tutulmayıb. Yerli icra hakimiyyəti orqanlarından tələb olunan zavodla bağlı müvafiq torpaq sahələri, sənədlərin verilməsi ilə bağlı olan məsələlərdir. Biz vaxtı ilə belə bir təklif irəli sürmüşdük. Hesab edirəm ki, bu məsələdə Nazirlər Kabinetinin də bir qərarı olmalıdır. Bu iş təkcə Bakı şəhərində deyil, bölgələrdə də həyata keçirilməlidir".

Ekoloq Fəqan Əliyev isə düşünür ki, tullantıların çeşidlənməsi, yığılması, yandırılması böyük tullantılara məruz qalmış Abşeron yarımadasında məsələni daha da gərginləşdirəcək: "Orada çeşidlənmədən savayı, onun yandırılması prosesi də gedəcək. Yandırılma prosesi gedən zaman Abşeron yarımadasında küləyin iki böyük istiqaməti var. Bunun biri şimal, digər isə cənub şərq küləyidir. Yandırılan zaman tullantılardan ayrılan tüstü, emissiya tamam şəhəri tuta bilər. Bu isə çox böyük ekoloji fəsad verə bilər”.

Ekoloq seçilən yeri uyğun görmədiyini xüsusi olaraq vurğuladı: “Bunun üçün Abşeronun çıxış yerləri daha münasib olardı. Abşeron yarımadası olduqca gərgindir. Bir tərəfdən Abreşonda böyük karyerlər fəaliyyət göstərir, daşlar hamısı orada kəsilir. Onda görə də şəhərin üzü toz olur, göydən palçıq yağır. Bu daşların kəsilməsi Abşeron yarımadasını çox zədələyir".


Geri dön

_RONALDO_

  • 29 may 2011 22:46
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
uje gecdi ee )))






--------------------

lider

  • 22 aprel 2011 16:46
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
Kecib daha xeyri yoxdu

Kecib daha xeyri yoxdu

Inciciceyi

  • 22 aprel 2011 11:28
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Xebere gore twkkk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

kukla_2019

  • 22 aprel 2011 02:44
  • Məqalə: 20
  • Şərh: 348
  • Bal:
{awards}
STOP.
Burda sehv gorurem.chunki menim tanidigim bakinin zibil zavodu choxdan var.ve o gozel kucheleri zibilleyen insanlardir.
Baxin burada ele oglan yoxdur ki,siqaretini chekib bitirende zibil yewiyi axtarsin kuchede.kim ne etdi atir.men Bakida olanda bir taniw xanimin evine qonag getmiwdim.inanin 47 yawi var amma dem chaynikini 5-ci mertebenin penceresinden chixarib ichindeki zibili awaqi atanda dodaglarimi bir-birine ele ber sixdimki,hech ne demeyim ona.
bu iyrenclikler sakinler terefinden olunur.Amerikada yere atilan bir siqaret denesine 1300-1500 abs dollari cerime edirler.bu bakida olsaydi gor nece temiz olardi kucheler.

NEMLI GOZLER

  • 22 aprel 2011 00:50
  • Məqalə: 3
  • Şərh: 117
  • Bal:
{awards}
tewekkurler

--------------------
həyatda təsadüf yoxdu.baş verən hərşey ya sinaqdi ya cezadi yada mükafat ...

ASİ

  • 21 aprel 2011 23:51
  • Məqalə: 1
  • Şərh: 643
  • Bal:
{awards}
tesekkurler

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

::..ONSLAUGHT::..

  • 21 aprel 2011 22:11
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
xebere gore coxsagol

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

ZEHRA

  • 21 aprel 2011 21:58
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
tesekkurler

YazYamuru

  • 21 aprel 2011 21:44
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Zibilimiz yanıb bizi qızdıracaq, külü isə yollara töküləcək wink feel

--------------------



nilayka

  • 21 aprel 2011 20:46
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
wink twk

--------------------

Aglayan_Urek

  • 21 aprel 2011 20:42
  • Məqalə: 0
  • Şərh: 199
  • Bal:
{awards}
ehhh duzelen deyil

--------------------
İnsan yalnız öz qüvvəsinə inandığı zaman nəyə isə nail olur. (L.Feyerbax)

Che

  • 21 aprel 2011 20:28
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
elementar bir wey hara baxirsan sayt adi yaziblar vewidide camat ))

--------------------
http://www.mp33indir.tk

Che

  • 21 aprel 2011 20:26
  • Məqalə: 0
  • Şərh: 42
  • Bal:
{awards}
uje gecdi ee )))

--------------------
http://www.mp33indir.tk
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 55
Cəmi: 90

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 143
 
The Shield
Xəbərləri: 36
Cəmi: 299
 
Darling
Xəbərləri: 35
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 26
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 578
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 13
Cəmi: 53
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}