Erməni simalı dəftərlər

 
Erməni simalı dəftərlər

Paytaxtın dəftərxana ləvazimatları dükanlarında erməniəsilli Rusiya aktyorunun şəkilləri olan dəftərlər satışda peyda olub. Bu barədə məlumatı ANS TV-yə daimi tamaşaçılardan biri çatdırıb. O, faktın mövcudluğunu sübut etmək üçün hətta özü ilə gətirdiyi nüsxəni də təqdim edib. Həmin nüsxədə isə Rusiyanın TNT telekanalında yayımlanan “Naşa Raşa” adlı verilişin əsas personajlarından biri, erməniəsilli aktyor Mixail Qalustyanın şəkilləri təsvir olunub. Satışa çıxarılan bu dəftərlərin ölkəyə necə və kim tərəfindən gətirilməsini araşdırmaq üçün ANS-in çəkiliş qrupu paytaxt ərazisində dəftərxana ləvazimatlarının satıldığı dükanlardan bir neçəsinə baş çəkib.

Müşahidələr zamanı satışda bu dəftərlərə rast gəlinmədi. Bununla belə öyrənildi ki, bir müddət əvvəl erməniəsilli aktyorun şəkilləri olan dəftərlər şəhərin topdansatış mərkəzlərində mövcud olub. Sahibkarların bir qismi isə şəkildəki şəxsin kimliyini bilmədiyi üçün onu satışa çıxarıb. Hazırda isə həmin dəftərlərdən satışda rast gəlinməsi qeyri- mümkündür.

Təhsil Nazirliyinin rəsmisi Bayram Hüseynzadə isə deyir ki, təmsil etdiyi qurumun ölkəyə gətirilən tədris vəsaitlərinə nəzarət etməklə bağlı elə bir slahiyyəti yoxdur. Amma bununla belə, nazirlik məktəblərdə uşaqların yaşlarına uyğun olmayan və ya başqa ölkələrin təbliğatına işləyən tədris vəsaitlərinin təhsil ocaqlarında istifadə olunmaması ilə bağlı göstəriş verib.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətindən isə deyirlər ki, bu günə qədər belə fakta rast gəlinməyib. Amma xidmət əməkdaşları bazarlarda aparacağı araşdırmalar zamanı erməniəsilli aktyorun şəkilləri əsk olunan dəftərlərin satışına rast gəlsələr, bunun aradan qaldırılması üçün müvafiq tədbirlər görəcək.


Geri dön

Aglayan_Urek

  • 22 aprel 2011 23:39
  • Məqalə: 0
  • Şərh: 199
  • Bal:
coxdan bu xeberi bilirdim eziyyete gore coxsagol

--------------------
İnsan yalnız öz qüvvəsinə inandığı zaman nəyə isə nail olur. (L.Feyerbax)

HaYaT_GuZeL

  • 22 aprel 2011 23:04
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
3-cu serh menden

stern_gril

  • 22 aprel 2011 22:47
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
twekkurler.....

--------------------
Bir yürek nelere yeterse, bir can bir canı ne kadar severse bir damardan ne kadar çok kan geçerse, yaşam ölüme ne kadar değerse, sen de benim için o kadar değerlisin.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}