Kaş və Bəlkə

 
Kaş və Bəlkə


Bir səhər oyansan və görsən ki,buludlar rəngini dəyişib.Səhər yeməyini yeyib liftin düyməsini basıb girəsən və görəsən ki,qoca bir qadın dayanıb,amma nə gileylənir,nə də yorğundur.Salamlaşıb keçəsən.
Tıxacsız yollarda gedəsən,dəqiq dayanacaqlarda saxlayalar avtobuslar.Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca,dayanıb saatlarla baxasan,Və anlayasan ki,qırmızı rəngdən də başqa rənglər insanı yolundan eləyə bilir....
Sonra o qız əl eyləyə,sağollaşa,sənə həyatın yaşıl işığını yandıra.İşə gedib hirslənmədən adamların üzünün saflığında çiməsən,daha metrolardan tər iyi gəlməyə.Sən avtobusu,adamlar səni minməyə.
Günorta pəncərədən yerə baxasan,görəsən ki,əlini ağzına salan uşaq bilmədən barmağını dişlədi.Dünyadaki bütün hərəkətlərin bu qədər təbii olacağına inanasan.Ağlayan uşağın yanağından süzülən yaş,böyük bir prospektin tozunu yatıra.
Gözünü yumub özün haqqında yox,başqaları haqqında düşünəsən.İnsan özü haqqında o zaman çox düşünür ki,öz dərdi çoxalaraq onun başqalarına baxan gözünü bağlayır.Sonra yuxu tuta səni,yuxuda baxçanın həyətində oynayan uşaqlar görəsən.Amma,yuxuları yozmayasan.
Oyuncaq dükanlarını uşaqlara bağışlayalar.Ya da,uşaq vaxtı oyuncaq almağa pulu olmayan qocalara.
Qocaların ən çox getdiyi yer əczaxanalar,ən çox danışdıqları mövzu dərman preparatları olmaya.
Qapıların kəndarından təbəssüm asalar.İnsanlar ancaq ürəkləri istəyəndə gülələr.Varlılar üçün ayrı,kasıblar üçün ayrı maska taxmaya insanlar.Papiros və zavod tüstüləri küsüb gedələr şəhərdən.
Gözəl qızların çantalarından gözəl kitablar çıxa.
"Buyurun" "Çox yaxşı" "Mən də məmnunam" "Allah köməyiniz olsun" sözləri gün ərzində ən çox işlənən kəlmələr ola.
Baltalar ağacları yox,kin-küdurəti doğraya....
Televizoru açasan və eşidəsən ki,İraqda 300 uşaq doğulub.Çeçenlər silah yox,şənlik fişəngi atır.
Kaş hər şey belə olaydı.Bəlkədə bir gün olacaq.

Fikirləriniz...


Geri dön

::..ONSLAUGHT::..

  • 24 aprel 2011 14:55
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
tesekurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

naz

  • 24 aprel 2011 00:57
  • Məqalə: 0
  • Şərh: 559
  • Bal:
{awards}
maraqli idi.cox teshekkur

--------------------
SEVGI ETIR KIMIDIR,HAMIDA VAR AMMA HAMIDA ORIGINAL DEYIL...!

Nelya

  • 23 aprel 2011 20:12
  • Məqalə: 0
  • Şərh: 178
  • Bal:
{awards}
bunlardi mende arzulayiram,ve her wey bele olsun deye yalniz dua etmeye gucum chatir

Humay16

  • 23 aprel 2011 18:55
  • Məqalə: 0
  • Şərh: 315
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
Əgər günəşi gözdən qaçırdım deyə göz yaşı töksən onda ulduzları da qaçırdarsan

Bu Menem

  • 23 aprel 2011 18:39
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

nilayka

  • 23 aprel 2011 18:10
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Bəlkədə bir gün olacaq.Insallah bacis!cox beyendim xeberi maraqla oxudum twkler

--------------------

ASİ

  • 23 aprel 2011 18:07
  • Məqalə: 1
  • Şərh: 645
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
Senin icin canimi vericek kadar
Cesur........
seni bir kalemde silicek qadar
Yurekliyim...........

ZEHRA

  • 23 aprel 2011 17:53
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Təşəkkürlər

selim arhan

  • 23 aprel 2011 17:31
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
gözəl yazidir. bir çox insanən ürəyindən keşənləri yazmısınız.ümid edək ki nəzamansa belə olacaq.

gizlisevgim

  • 23 aprel 2011 17:26
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
maraqlidi twk

MuslimGirl

  • 23 aprel 2011 17:25
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Oxudum və çox bəyəndim. Bəlkə də, bir gün belə olacaq. Amma unutmayaq ki, bunu biz-bu yazını oxuyanlar da edə bilər. Əsas addım atmaqdır. Təşəkkürlər

beren saat

  • 23 aprel 2011 17:24
  • Məqalə: 30
  • Şərh: 445
  • Bal:
{awards}
wink winked recourse

--------------------

omur

  • 23 aprel 2011 17:20
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
{awards}

Gözəl qızların çantalarından gözəl kitablar cixsin....
bidene bu olmayaydi..superdi twk...............

--------------------
wirinler

UZEYIRIN GULIASI

  • 23 aprel 2011 17:20
  • Məqalə: 2
  • Şərh: 320
  • Bal:
{awards}
XMMM, SPASIBOCHKI.

--------------------
UZEYIRIN GULIASI.

lider

  • 23 aprel 2011 17:09
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

TEWEKKURLER

Grace_Angel

  • 23 aprel 2011 17:08
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
"Buyurun" "Çox yaxşı" "Mən də məmnunam" "Allah köməyiniz olsun" sözləri gün ərzində ən çox işlənən kəlmələr ola.

Kaş hər şey belə olaydı.Bəlkədə bir gün olacaq.INSALLAH!!!

Tewekkur edirem gozel bacisim ...cox gozel yazidir...minnetdaram...

--------------------

FanatkaJB

  • 23 aprel 2011 17:06
  • Məqalə: 18
  • Şərh: 922
  • Bal:
{awards}
twk

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}